25 Dekabr 2024, Çərşənbə

Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyəti Fondunun və Azərbaycan Televiziyasının dəstəyi ilə keçirilən IV Muğam Tele­viziya Müsabiqəsinin növbəti mərhələsi Naxçıvan şəhərində Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında keçirilib.

Əməkdar incəsənət xadimi, “Muğam müsabiqəsi-2013” Tele­viziya Müsabiqəsinin təşkilat rəhbəri Nadir Axundovun, Azərbaycan Respublikasının xalq artistləri Arif Babayevin, Ağaxan Abdullayevin, Səkinə İsmayılovanın, Mənsum İbrahimovun və Azərbaycan Bəs­təkar­lar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcovun münsiflər heyətində yer aldığı “Muğam Müsabiqəsi-2013” Televiziya Müsabiqəsinin iştirakçıları muğamlar ifa ediblər. Gənclərin ifaları Naxçıvan muğamsevərləri, sənət və mədəniyyət adamları tərəfindən hərarətli alqışlarla qarşılanıb.
Müsabiqə Azərbaycan Televiziyası və “Mədəniyyət” kanalı ilə yanaşı, Naxçıvan Dövlət Televiziyası ilə də canlı yayımlanıb. Müsabiqənin növbəti mərhələsi cümə axşamı yenə də Naxçıvanda keçiriləcək və Naxçıvan muğam məktəbinin yetirməsi Sərxan Bünyadzadə də öz ifasını təqdim edəcək.
Dünən müsabiqənin münsiflər heyətinin üzvləri Naxçıvan Dövlət Universitetində olub, ustad dərsləri keçiblər. Burada universitetin İncəsənət fakültəsi tələbələrinin ifasında konsert proqramı təqdim olunub. Tələbələr Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən parçalar ifa ediblər. Sonra muğam ustaları Azərbaycan muğamlarından parçalar ifa edən tələbələrə dəyərli məsləhətlər veriblər.
Qeyd edək ki, artıq dördüncü dəfədir, keçirilən muğam televiziya müsabiqəsinin münsiflər heyəti həmişəki kimi peşəkarlardan ibarətdir. Bu müsabiqə sənətsevərlər tərəfindən böyük maraqla izlənilir. Müsabiqə iştirakçıları olan gənclər müxtəlif rayon və şəhərlərdə aparılan dinləmələrdə yaşıdlarından seçilən istedad sahibləridir.

Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR