10-17 noyabr – Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə noyabr ayının 13-də Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində müsabiqə keçirilib. Müsabiqədə Naxçıvan Muxtar Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinin “Şən və hazırcavablar” klubları iştirak ediblər.
Dörd komandanın iştirak etdiyi müsabiqədə Naxçıvan Dövlət və Özəl universitetlərinin, Müəllimlər İnstitutunun və Naxçıvan Dövlət Texniki Kollecinin tələbələrinin nümayiş etdirdikləri səhnəciklər maraqla qarşılanıb. Münsiflər heyətinin qərarına əsasən, Naxçıvan Müəllimlər İnstitutunun kollektivi müsabiqənin birincisi olub. Naxçıvan Dövlət Universiteti və Naxçıvan Özəl Universitetinin tələbələri isə ikinci və üçüncü yerlərə layiq görülüblər. Qaliblər müsabiqənin təşkilatçıları tərəfindən kubok və diplomlarla mükafatlandırılıblar.
Türkan HÜSEYNLİ