22 Dekabr 2024, Bazar

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən “Naxçıvan Open-2013” Beynəlxalq Şahmat Festivalı davam edir. Festivalda iştirak edən hakimlər, beynəlxalq qrossmeysterlər, məşqçilərlə görüşüb təəssüratlarını öyrənirik:
İlqar BACARANİ – beynəlxalq dərəcəli hakim, beynəlxalq usta, şahmat üzrə əməkdar məşqçi:
– Artıq üçüncü dəfədir ki, Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə keçirilən Beynəlxalq Şahmat Festivalında iştirak edirik. Əvvəlki illərdə olduğu kimi, bu il də festival çox təntənəli şəkildə keçir. Burada şahmatçılar 3 qrupda – “A”, “B”, “C” qruplarında mübarizə aparırlar. “C” qrupunda 12 yaşadək uşaqlar, “B” qrupunda reytinq əmsalı 1250-dən aşağı olan şahmatçılar, “A” qrupunda isə reytinq əmsalı 2250-dən yuxarı olan zəka sahibləri yarışırlar. Əvvəlcə “A” qrupunda yarışan şahmatçılar haqqında onu demək istərdim ki, bu qrupda yarışan şahmatçılar, əsasən, dünyanın aparıcı şahmat ölkələrini təmsil edirlər. Onlar arasında Azərbaycan yığma komandasının üzvləri də var. Mükafat fondu, şahmatçılar üçün yaradılan şərait kifayət qədər cəlbedicidir və buna görə də bu festivalda yüksək reytinqə sahib şahmatçıların oyununu izləyə bilirik. Onu da qeyd edim ki, şahmat festivalında “A” qrupunun oyunlarını internet üzərindən bütün dünya izləyir.

Ardını oxu...

Ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən “Naxçıvan Open-2013” Beynəlxalq Şahmat Festivalında VII turun oyunları yekunlaşıb.
“A” qrupunda rusiyalı şahmatçı İqor Kurnosov 5 xalla liderlik mövqeyini qoruyub saxlayır. Belaruslu Aleksey Aleksandrov ikinci, Azərbaycan şahmatçısı Eltac Səfərli isə üçüncü sıradadırlar. Beşinci sırada yer alan rusiyalı şahmatçı Aleksandr Xalifmanın 7 turdan sonra 5 xalı var. Naxçıvan şahmatçılarından Ürfan Sevdimalıyev və Talıb Babayev VII turdan üç xallıq nəticə əldə ediblər. Bu turda Talıb Babayev Azərbaycan şahmatçısı Nərgiz Umud­ovaya, Ürfan Sevdimalıyev isə Nərmin Kazımovaya qalib gəliblər.
“B” qrupunda isə İlyas Qarayev 7 xalla turnir cədvəlində birincidir. Seyidəli Bağırov 6 xalla ikinci, Habil Məmmədov eyni göstərici ilə üçüncü yerdədir.
Bu turdan sonra “C” qrupunda turnir cədvəlinə 6,5 xalla Sumqayıt şahmatçısı Murad İbrahimli liderlik edir. Gəncə şahmatçısı Qurban Bayramov ikinci, Bakı şahmatçısı Vüqar Manafov üçüncü sıradadırlar. Şərur şahmatçısı Rəvan Rəhimov isə 5 xalla səkkizinci sıradadır.
Turnir davam edir.

Xəbərlər şöbəsi

Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin V-VI sinif şagirdləri arasında “Şən startlar” əyləncəli idman yarışı keçirilib. Yarışda 2 komanda – “ Forsaj” və “ İdmançılar” iştirak edib.
Yarışdan əvvəl məktəbin müəllimlərindən İslam Hüseynov, Səbinə Bayramova məktəblilər arasında idmanın kütləviliyinin əhəmiyyətindən, muxtar respublikanın təhsil müəssisələrində müxtəlif idman növləri üçün yaradılan şərait­dən danışıblar. Qeyd olunub ki, hər bir məktəbli bu şəraitdən lazımınca bəhrələnərək sağlamlığının qayğısına qalmalı, idman yarışlarında aktivlik nümayiş etdirməlidir.
Sonra yarış başlanıb. “Şən startlar” yarışında müxtəlif idman oyunları üzrə “Forsaj” və “ İdmançılar” komandaları öz qüvvələrini sınayıblar. Münsiflər heyətinin qərarına əsasən, “İdmançılar” komandası birinci olub. Qalib komandaya mükafatlar verilib.

Xəbərlər şöbəsi

Ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən “Naxçıvan Open-2013” Beynəlxalq Şahmat Festivalında V turun oyunları yekunlaşıb. Bu turda “C” qrupunda Şərur şahmatçısı Rəvan Rəhimov Bakı şahmatçısı Kənan Qarayevlə qarşılaşıb. Bu oyundan hər iki şahmatçı yarım xal əldə edib. V turdan sonra Rəvan Rəhimov 4,5 xalla turnir cədvəlinə liderlik edir. İkinci və üçüncü yerləri isə Sumqayıt şahmatçıları Murad İbrahimli və Kamal Əzizov bölüşdürürlər.
“B” qrupunda 5 xalla Bakı şahmatçısı Fariz Əhmədov birinci sıradadır. İkinci və üçüncü yerləri isə Bakı şahmatçıları Rəşad Zeynalov və Anar Ələkbərov bölüşürlər. Ötən turdan sonra da birinci sırada olan Fariz Əhmədov liderlik mövqeyini Bakı şahmatçısı Azər Abdullayev üzərində qazandığı qələbədən sonra təmin edib.
Ən yüksək reytinqli şahmatçıların yarışdığı “A” qrupunda Aleksey Aleksandrov liderlik mövqeyini bu turda saxlaya bilməyib. V turdan sonra Rusiya idmançısı İqor Kurnosov 4 xalla birinci sırada yer alıb. Azərbaycan şahmatçısı Eltac Səfərli ikinci, polşalı Macieja Bartlomiey üçüncü sıradadır. İqor Kurnosov Hindistan şahmatçısı Gupta Abhijeeti məğlub edib. Aleksey Aleksandrov gürcü şahmatçı Mikeil Mçedlişvili ilə görüşdən yarım xal toplayıb. Naxçıvan şahmatçılarından Ürfan Sevdimalıyev Azərbaycan şahmatçısı Zaur Məmmədovla görüşdən yarım xal əldə edə bilib. Digər bir Naxçıvan şahmatçısı, FİDE ustası Talıb Babayev Nərmin Xələfova ilə görüşdə qələbə əldə edib və aktivinə 1 xal yazdırıb.­
Festival davam edir.

Xəbərlər şöbəsi

Naxçıvan Müəllimlər İnstitutunun tələbələri internet vasitəsilə beynəlxalq tələbə yarışmalarına qatılaraq uğurlu nəticələr əldə ediblər. Belə ki, institutun IV kurs tələbələrindən Murad Məmmədov “XI Beynəlxalq Türk Dili Olimpiadası”na “Hacı Zeynalabdin Tağıyev – sevdamın adı millət” mövzusunda təqdim etdiyi yazısı ilə birinci yerə çıxaraq yarışmanın sonuncu turunda iştirak etmək hüququ qazanıb. Yaqut Rəhimova isə 18-21 aprel 2013-cü il tarixdə İstanbul şəhərində təşkil edilən Avropada ən böyük tələbə assosiasiyası olan “Avropa Tələbə Forumu”nun (AEGEE-yə) “Şəbəkə görüşü”nə dəvət alıb. Qeyd edək ki, “Dünya bir səma altında toplansın” adı ilə gənc­lərin mədəni inteqrasiyasını təşkil edən bu tədbir əvvəllər Parisdə, Milanda və Londonda keçirilib.
Dünən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində Murad Məmmədov və Yaqut Rəhimova ilə görüş keçirilib. Görüş zamanı onların əldə etdikləri nailiyyətlər yüksək qiymətləndirilib. Sonra Murad Məmmədov və Yaqut Rəhimova qazandıqları bu uğurlara görə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən mükafatlandırılıblar.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən “Naxçıvan Open-2013” Beynəlxalq Şahmat Festivalında dördüncü turun oyunları yekunlaşıb. Bu turdan sonra “C” qrupunda Naxçıvan şahmatçısı Rəvan Rəhimov 4 xalla turnir cədvəlində birinciliyi əldə edib. Bu mövqeyi ona Bakı şahmatçısı Gülçin Qədimbəyli ilə görüşdə qazandığı qələbə təmin edib. Digər bir Bakı şahmat məktəbinin yetirməsi Elman Atakişiyev turnir cədvəlində ikinci sırada, Qubadlı şahmatçısı İmran Babayev isə üçüncü sırada qərarlaşıb.
Dördüncü turdan sonra “B” qrupuna 4 xalla şahmatçımız Fariz Əhmədov başçılıq edir. Rəşad Zeynalov və Azər Abdullayev isə ikinci və üçüncü yerləri bölüşdürürlər.
Bu turda “A” qrupunda ötən turda birinci sırada qərarlaşan belaruslu şahmatçı Aleksey Aleksandrov Rusiya şahmatçısı Konstantin Landa ilə görüşüb. Bu oyundan hər iki şahmatçı yarım xal toplayıb. Aleksandr Xalifman isə Eltac Səfərli ilə qarşılaşıb. Bu oyunda da heç bir şahmatçı bir xal qazana bilməyib. Yarışa inamla başlayan, reytinq əmsalı 2665 olan Rusiya şahmatçısı Vladimir Potkinin budəfəki rəqibi gürcü şahmatçısı Giqa Quparadze olub. Rusiyalı şahmatçı inamlı oyun nümayiş etdirib və gürcü rəqibinə qalib gəlib. Naxçıvan şahmatçısı Talıb Babayev Quba şahmatçısı Şəhriyar Rəhmanovla qarşılaşmasından məğlub ayrılıb. Digər bir Naxçıvan şahmatçısı Ürfan Sevdimalıyev Faiq Ələsgərovla görüşüb və qalibiyyət əldə edib. Dördüncü turun nəticələrinə görə, “A” qrupunda polşalı Macieja Bartlomiey turnir cədvəlinə liderlik edir. O, rusiyalı rəqibi Denis Kismatullinə qalib gələrək bu mövqeyə yüksəlib. Belaruslu şahmatçı Aleksey Aleksandrov ikinci, rusiyalı şahmatçı İqor Kurnosov üçüncüdür.
Turnir davam edir.

Xəbərlər şöbəsi

Azərbaycan xalqının ümummilli lider­i Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən “Naxçıvan Open-2013” Beynəlxalq Şahmat Festivalı davam edir. İkinci turda “A” qrupunda rusiyalı şahmatçı Vladimir Potkin Aleksey Aleksandr­ovla görüşdə məğlub olub. Sergey Ziqalkonun Hindistan şahmatçısı Gupta Abhijeetlə görüşü heç-heçə başa çatıb. Aleksandr Xalifman isə Türkan Məmmədyarovanı məğlub edib. Zeynəb Məmmədyarova naxçıvanlı şahmatçı Talıb Babayevi məğlub edib və aktivinə bir xal yazdırıb. Digər bir Naxçıvan şahmatçısı Ürfan Sevdimalıyev isə Misrətdin İsgəndərovu mat edə bilməyib. İkinci turdan sonra “A” qrupunda turnir cədvəlində birinci sırada belarusiyalı şahmatçı Aleksey Aleksandrov yer alıb. İkinci yerdə rusiyalı şahmatçı İqor Kurnosov, üçüncü yerdə isə Aleksandr Xalifman qərarlaşıb. Azərbaycan şahmatçısı Qadir Hüseynov isə ikinci turdan sonra dördüncü yerlə kifayətlənməli olub. “B” qrupunda isə ikinci turdan sonra turnir cədvəlinə 2 xalla azərbaycanlı şahmatçı Anar Ələkbərov liderlik edir. İkinci sırada iranlı şahmatçı Amin Təbatəbai, üçüncü sırada isə Azərbaycan şahmatçısı Nurlan Şabanov yer alıb. “C” qrupunda Naxçıvan şahmatçısı Sadiq Məmmədov turnir cədvəlində lider olub.
Üçüncü turda isə “C” qrupunda Sumqayıt şahmatçısı Kamal Əzizov turnir cədvəlinin birinci sırasına yüksəlib. Gəncə şahmatçısı Qurban Bayramov ikinci pillədə yer alıb. Bu turda “B” qrupunda ilk üç yeri Anar Ələkbərov, Amin Təbatəbai, Fariz Əhmədov bölüşdürürlər. Gərgin mübarizələrin aparıldığı “A” qrupunda Aleksey Aleksandrov birincidir. Turnir davam edir.

Xəbərlər şöbəsi

Beynəlxalq Şahmat Festivalının iştirakçıları bu qənaətdədirlər

“Naxçıvan Open-2013” Beynəlxalq Şahmat Festivalının iştirakçıları arasında tanınmış şahmat ustaları, eləcə də hakimlər və məşqçilər də var. Onlardan bir neçəsi ilə görüşüb həmsöhbət olduq, təəssüratlarını öyrəndik.
Qədir Hüseynov – beynəlxalq qrossmeyster (Azərbaycan): Beynəlxalq festivalın mənim üçün ən böyük əhəmiyyəti bu festivalın müstəqil Azərbaycanın qurucusu, ulu öndərimiz Heydər Əliyevin 90 illik yubileyinə həsr edilməsidir. Naxçıvana gəlişim xoş xatirələrlə yadda qalacaq. Ona görə ki, burada biz şahmatçılar üçün yaxşı şərait yaradılıb və asudə vaxtımız da səmərəli təşkil edilib. Hər gün yarışlardan əvvəl Naxçıvanın görməli yerlərində olur, bu diyarın tarixi, mədəniyyəti, incəsənəti haqqında məlumatlar alırıq. Naxçıvan bir şahmatçı üçün ideal məkandır. Hər yer sakit və təmizdir. İnsan özünü çox rahat hiss edir. Bizə yaradılan şəraitə görə şahmatçı yoldaşlarım adından minnətdarlığımı bildirirəm.

Mustafa Yılmaz – beynəlxalq qrossmeyster (Türkiyə): Artıq ikinci dəfədir, Naxçıvanda oluram. Buraya gələndə Naxçıvanın nə qədər dəyişildiyini gördüm. Mən elə hiss edirdim ki, bu diyara birinci dəfədir gəlirəm. Şahmat Mərkəzini görəndə çox təəccübləndim. Çünki bu idman müəssisəsi dünyanın inkişaf etmiş ölkə­lərində inşa olunan şahmat mərkəzlərindən heç də geri qalmır. Şahmat Mərkəzində mötəbər beynəlxalq turnirlərin keçirilməsi üçün ən yüksək şərait yaradılıb. Onu da deyim ki, bu qədim diyarda şahmata böyük maraq var. Festivalın keçirilməsi üçün hərtərəfli hazırlıq işləri də yüksək səviyyədə olub. Bu səbəbdən də dünyanın müxtəlif ölkələrindən buraya öz gücünü sınamağa gəlmiş şahmatçılar razılıq edirlər. Bizə görüşlərdə qələbə əzmi yaradan şəraitə və naxçıvanlıların yüksək qonaqpərvərliyinə görə minnətdarlığımızı bildiririk.

Aleksandr Xalifman – beynəlxalq qros­s­meyster (Rusiya): İkinci dəfədir ki, Naxçıvan Muxtar Respublikasında keçirilən beynəlxalq festivalda iştirak edirəm. Keçən il xoş təəssüratlarla ayrılmışdım. Bu dəfə festivala dəvət alanda çox sevindim. Ona görə sevindim ki, köhnə dostlarımı görmək, onlarla ünsiyyətdə olmaq imkanı əldə edirəm. Muxtar respublika bu festivalla dünyanın müxtəlif ölkələrindən gələn insanları bir araya toplayıb. Bu, məncə, böyük nailiyyətdir. Bir də ona görə məmnunam ki, Naxçıvan bizi yenə böyük qonaqpərvərliklə qarşıladı. Görürəm ki, şahmatçılara xüsusi diqqət yetirilir. Sözsüz ki, ürəkaçan mühit, yarışlarda müşahidə olunan yaxşı təşkilatçılıq oyunuma da təsir edir, qələbələrimin sayı artır. Çalışacağam, görkəmli dövlət xadimi Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş festivalın qalibi olum.

Müsahibəni apardı:
Sara ƏZİMOVA

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi  münasibətilə keçirilən  “Naxçıvan Open-2013” Beynəlxalq Şahmat Festivalı davam edir. İsveçrə sistemi ilə “A”, “B” və “C” qrupları üzrə keçirilən festivalda təcrübəli şahmatçılar qüvvələrini sınayırlar. “A”qrupunda reytinq əmsalı 2665 olan rusiyalı şahmatçı, Avropa çempionu Vladimir Potkin, reytinq əmsalı 2662 olan azərbaycanlı şahmatçı Rauf Məmmədov, reytinq əmsalı 2656 olan belarusiyalı şahmatçı Sergey Ziqalko, reytinq əmsalı 2650 olan hollandiyalı şahmatçı Sergey Tiviyakov qələbə uğrunda mübarizə aparırlar. Bu qrupda Naxçıvan şahmatçılarından beynəlxalq usta Talıb Babayev və FİDE ustası Ürfan Sevdimalıyev də yarışır. “B” və “C” qruplarında isə  mübarizə aparanların əksəriyyətini Azərbaycandan, eləcə də Naxçıvan Muxtar Respublikasından olan şahmatçılar təşkil edir. “A” qrupunda ilk turda Vladimir Potkin türkiyəli şahmatçı Sanal Vahapla görüşüb. Bu görüşdən Vladimir Potkin 1 xalla ayrılıb. Naxçıvanlı şahmatçı Talıb Babayev isə Sergey Ziqalkoya məğlub olub. İkinci turun nəticələrinə görə, hələlik bu qrupdakı Naxçıvan şahmatçıları aktivlərinə xal yazdıra bilməyiblər. Festival davam edir.

Səbuhi HÜSEYNOV

Naxçıvan mötəbər bir şahmat bayramına, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən “Naxçıvan Open-2013” Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edir. Festivalın baş hakimi, beynəlxalq dərəcəli hakim Faiq Həsənovla həmsöhbət olduq:

– Faiq müəllim, Azərbaycanda şahmat idman növünün inkişafını necə dəyərləndirirsiniz?

– Gənclərin mənəvi tərbiyəsində, zehni inkişafında mühüm vasitə olan şahmat Azərbaycanda yüksək inkişafla irəliləyən və çox sevilən bir idman növüdür. Tarix boyu zəngin şahmat ənənələrinə malik ölkəmizdə idman və bədən tərbiyəsi hərəkatının yüksək inkişaf yoluna qədəm qoyduğu müasir dövrdə də şahmatçılarımız nüfuzlu yarışlarda qələbələr əldə edirlər. Ulu öndərimiz Heydər Əliyev Azərbaycan şahmatçılarını daim diqqət və qayğı ilə əhatə etmiş, onların peşəkarlıq səviyyələrinin yüksəlməsi üçün xüsusi sərəncamlar imzalamışdır. Bu prosesi uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyevin 2009-cu il 5 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı” dünya ölkələri təcrübəsində şahmat idman növünün inkişafına yönəldilən ilk proqram kimi müasir idman tariximizə daxil olmuşdur. Bu gün ölkəmizdə şahmat idman növünə maraq günü-gündən artır. Demək olar ki, bütün regionlarda müasir şəraitə malik şahmat mərkəzləri tikilib istifadəyə verilmişdir. Bu qayğının nəticəsi olaraq, şahmatçılarımız dünyamiqyaslı yarışlarda qazandıqları uğurlu nəticələrlə xalqımızı sevindirirlər. Azərbaycanın şahmat üzrə yığma komandası dünyanın ən güclü komandaları arasında ön sıralardadır. Şahmatçılarımızın qələbələri həm də Azərbaycanın intellektual potensialını göstərir. Belə mötəbər yarışa Naxçıvan Muxtar Respublikasının ev sahibliyi etməsi regionda şahmat idman növünün yüksək inkişafından, bu sahədə müasir infrastrukturun yaradılmasından xəbər verir.

Ardını oxu...

Dünən Daxili Qoşunların Naxçıvan Alayında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil və Fövqəladə Hallar nazirlikləri, Naxçıvan Qarnizonu və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə “Şahin” hərbi-idman oyununun muxtar respublika zona birinciliyi keçirilib.
Birincilik başlanmazdan əvvəl komandaların hazırlığı ilə bağlı baş hakimə raport verilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Gənc­lərlə iş şöbəsinin müdiri Canməmməd Canməmmədov, Təhsil Nazirliyinin şöbə müdiri Firudin Zamanov və Naxçıvan Qarnizonunun zabiti Hacı Məmmədov çıxış edərək ölkəmizdə gənclərə və ordumuza göstərilən dövlət qayğısından danışıblar.
Qeyd edək ki, yarışda rayon (şəhər) mərhələlərində qalib olmuş 9 komanda mübarizə aparıb. Oyun X-XI sinif şagirdləri arasında keçirilib və komandalar sıra hazırlığı, darağa patron doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açmaq, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı və sanitarların yarışı üzrə məharətlərini göstəriblər. Yarışın yekun nəticəsinə görə, Şahbuz şəhər tam orta məktəbinin komandası birinci, Ordubad şəhərindəki internat məktəbin komandası ikinci, Culfa rayon Göydərə kənd tam orta məktəbinin komandası isə üçüncü yerlərə layiq görülüblər.
Sonda qalib komandalara Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin kubok və diplomları, digər təşkilatçıların isə diplomları təqdim olunub.
Qeyd edək ki, birinci və ikinci yerlərə layiq görülən komandalar bu ilin may ayında Bakı şəhərində keçiriləcək “Şahin” hərbi-idman oyununun respublika final mərhələsində muxtar respublikamızı təmsil edəcəklər.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Aprelin 22-dən etibarən Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının idmançıları arasında peşəkar qarışıq döyüş növləri üzrə təlim-məşqlər keçirilir.
Təlim-məşqlər Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyası tərəfindən muxtar respublikamıza dəvət olunmuş Azərbaycan FAİT Klubunun heyətinin iştirakı ilə keçirilir. Muxtar respublikamızda peşəkar qarışıq döyüş növlərini təbliğ etmək, uşaq və gənclərdə bu idman növünə marağı artırmaq məqsədilə keçirilən təlim-məşqlər əvvəlcə Şərq Döyüşü Sənəti Federasiyasının Şərur rayonunda məşğul olan idmançıları arasında təşkil edilib. Azərbaycan FAİT Klubunun prezidenti, dünya və Avropa çempionu Şəhriyar Abbasovun rəhbərliyi ilə baş tutan məşqlərdə klubun dünya və Avropa çempionları olan idmançıları da iştirak edirlər. Şərur rayon idmançıları ilə görüşdə Şəhriyar Abbasov peşəkar qarışıq döyüş növləri ilə bağlı ətraflı məlumat verib. Sonra bu idman növünün texniki-taktiki hazırlıqları idmançılara nümayiş olunub.
Aprelin 23-də Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksinin Üzgüçülük Mərkəzində FAİT Klubunun heyətinin iştirakı ilə mətbuat konfransı keçirilib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Aprel ayının 20-də Hava və Ekstremal İdman Növləri Federasiyasının yaranmasına həsr olunmuş 10 km məsafəyə yürüş üzrə Naxçıvan Muxtar Respublikası birinciliyi keçirilib. “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinə gedən yolda keçirilən yarış başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov və Hava və Ekstremal İdman Növləri Federasiyasının sədri Hafiz Yaqubov çıxış edərək komandalara uğurlar arzulayıblar.
Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi və Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 10 komandada 100-ə yaxın idmançı mübarizə aparıb. Gərgin və maraqlı keçən yarışda Naxçıvan Dövlət Universitetinin komandası qalib olub. Culfa rayon komandası ikinci, federasiyanın “Qapıcıq” klubu isə üçüncü yerləri tutublar. Fəxri yerləri tutan komandalara diplomlar və hədiyyələr təqdim olunub.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Dünən Şərur Olimpiya İdman Kompleksində paralimpiyaçılar arasında stolüstü tennis üzrə muxtar respublika birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Paralimpiya Federasiyasının təşkil etdikləri yarışın açılış mərasimində Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin məsləhətçisi Aydın Mirzəyev və Par­alimpiya Federasiyasının sədr müavini Elçin Nəzərəliyev çıxış edərək yarışın əhəmiyyətindən danışıblar.
Birincilikdə 20 idmançı iştirak edib. Yarışda Kəngərli rayon par­alimpiyaçısı Məhərrəm Zeynalov birinciliyin qalibi olub. Şərur və Kəngərli rayonlarının idmançıları Abbasəli Məhərrəmovla İsgəndər Hüseynov isə ikinci və üçüncü yerləri tutublar.
Sonda qalib idmançılara Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının hədiyyələri verilib. Həmçinin yer tutmayan idmançılara həvəsləndirici mükafatlar təqdim olunub.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Dünən Daxili Qoşunların Naxçıvan Alayının “N” hərbi hissəsində “Cəsurlar” hərbi-idman və turizm oyununun muxtar respublika üzrə zona birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil və Fövqəladə Hallar nazirlikləri, Naxçıvan Qarnizonu və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən yarışda muxtar respublika üzrə zona birinciliyində rayon (şəhər) mərhələlərinin qalibi olmuş 9 komanda iştirak edib.
Yekun nəticəyə görə, Culfa rayon Saltaq kənd tam orta məktəbinin komandası birinciliyin qalibi olub. Naxçıvan şəhərindəki 2 və 15 nömrəli tam orta məktəblərin komandaları ikinci və üçüncü yerləri bölüşüblər. Qalib komandalara Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin kubok və diplomları, digər təşkilatçıların isə diplomları təqdim olunub.
Qeyd edək ki, birinci və ikinci yerləri tutan komandalar “Cəsurlar” hərbi-idman və turizm oyununun respublika üzrə final mərhələsində muxtar respublikamızı təmsil edəcəklər.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və “Naxçıvan” Sərhəd Diviziyasının təşkilatçılığı ilə muxtar respublika ümumtəhsil məktəblərinin şagirdləri arasında yaz çağırışına həsr olunmuş “Vətənin müdafiəsinə hazır­am” poliatlon çoxnövçülüyü və “Sərhəd” hərbi-idman oyunu üzrə rayon birinciliklərinə start verilib. Böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərmək məqsədilə keçirilən “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü yarışlarında şagirdlər 100 metr qaçış, turnikdə dartınma, 2000 metr məsafəyə kross qaçış və qumbaraatma növləri üzrə öz məharətlərini göstərirlər.
Gənc nəsli Vətənə, onun sərhədlərinə hörmət ruhunda tərbiyə etmək, yaradıcı, düşünən, sağlam gənclər yetişdirmək və onlarda sərhədçi peşəsinə marağı artırmaq məqsədilə təşkil olunan “Sərhəd” hərbi-idman oyununda isə məktəblilər sıra hazırlığı, sərhəd növbətçisi tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açmaq, maskalanma, yaralanmış sərhəd növbətçisi üzvünə ilkin tibbi yardımın göstərilməsi və onun təxliyyəsi, ləpirçilik üzrə bacarıqlarını nümayiş etdirirlər.
Bu günlərdə Naxçıvan şəhər və Şahbuz rayonunda “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü, Ordubad rayonunda isə “Sərhəd” hərbi-idman oyunu keçirilib. Naxçıvan şəhərindəki 15 nömrəli tam orta məktəb ilə Şahbuz rayon Ayrınc kənd tam orta məktəbinin komandaları “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə şəhər və rayon birinciliklərinin qalibi olublar. Ordubad internat məktəbinin komandası isə “Sərhəd” hərbi-idman oyunu üzrə yarışda birinci yeri tutub. Fəxri yerləri tutan komandalara kubok, diplomlar və qiymətli hədiyyələr verilib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Şərur Şəhər Olimpiya İdman Kompleksində Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmələr arasında karate-do üzrə rayon birinciliyi keçirmişdir. Turnirdə 8-9, 10-11, 12-13, 14-15 və 16-17 yaş qrupları arasında 4 məktəbin komandası iştirak etmişdir. Yarışdan əvvəl Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir. Tədbiri giriş sözü ilə muxtar respublika Karate-do Federasiyasının sədr müavini Nəriman Quliyev açaraq demişdir ki, yarışın keçirilməsində məqsəd uşaqların sağlam, vətənpərvər ruhda tərbiyə edilməsinə, idmançı, məşqçi və hakimlərin ustalığının artırılmasına, uşaqların mənəvi və fiziki hazırlığının inkişafına və karate-do idman növünün inkişafına və kütləviliyinə nail olmaqdan ibarətdir.
Yarışda 120 idmançı tatami üzərində qalib olmaq üçün qüvvəsini sınamışdır.

Ardını oxu...

İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublika Stadionunda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş yüngül atletikanın qaçış növü üzrə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyası, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə keçirilən yarışda 170 şagird iştirak edib. Oğlan və qızlar arasında keçirilən yarış şəxsi və komanda xarakterli olub. Yarışda iştirak edənlər qələbə uğrunda 100, 200, 400, 800, 1000 və 1500 metr məsafələrə qaçış üzrə mübarizə aparıblar. Komanda hesabı ilə Naxçıvan şəhərindəki 9 nömrəli tam orta məktəb birinci yerə çıxaraq muxtar respublika birinciliyinə vəsiqə alıb.
Qaliblərə Yüngül Atletika Federasiyasının hədiyyələri və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları verilib.

Xəbərlər şöbəsi

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Babək Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən, ümumtəhsil məktəbləri arasında voleybol turnirinə də start verilib. Turnir zonalar üzrə keçirilir.
Aprel ayının 10-da Babək qəsəbə tam orta məktəbinin idman zalında keçirilən yarış başlanmazdan əvvəl rayon İcra Hakimiyyətinin əməkdaşı Tural Seyidov, Təhsil Şöbəsinin metodisti Müslüm Vəliyev və rayon Uşaq-Gənclər İdman Məktəbinin direktoru Füzuli Salmanov çıxış edərək ümummilli liderimizin elmə, təhsilə, o cümlədən idmana göstərdiyi qayğının muxtar respublikamızda uğurla davam etdirildiyini bildiriblər. Qeyd olunub ki, ulu öndər ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə olduğu kimi, idmanın inkişafına da xüsusi qayğı göstərilməyə başlandı. Bunun nəticəsi olaraq, təhsil və idman sahəsində qısa müddət ərzində yeni uğur və nailiyyətlər əldə edilib.
Yarışda Babək qəsəbə tam orta məktəbi və Nehrəm 1, 2 və 3 nömrəli, Güznüt, Çeşməbasar kənd tam orta məktəblərinin şagirdləri güclərini sınayıblar.
Xatırladaq ki, qalib komandalar may ayının 3-də keçiri­ləcək final yarışına vəsiqə qazanıblar.

Xəbərlər şöbəsi

Ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Culfa Rayon Şahmat Məktəbində 14 yaşadək məktəblilər arasında şahmat üzrə muxtar respublika birinciliyi keçirilir. 9 aprel tarixdə start verilən, Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman, Təhsil nazirliklərinin, muxtar respublika Şahmat Federasiyasının birgə təşkil etdiyi birincilikdə hələlik Naxçıvan şəhərinin məktəbli şahmatçıları 12 xalla irəlidədirlər. Ordubad şahmatçılarının 10, Culfa şahmatçılarının isə 9 xalı var. Birinciliyin yekun nəticəsi bu gün bəlli olacaq.

Xəbərlər şöbəsi

Şahbuz Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının Şahbuz rayon şöbəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş kross qaçışı üzrə rayon birinciliyi keçirilib. Birincilikdə iştirak edən 30 idmançı fəxri yerlərə sahib olmaq üçün 1500 metr məsafəni qət edib. Yarışda finişə birinci, ikinci və üçüncü çatan idmançılar təşkilatçılar tərəfindən diplomlar və qiymətli hədiyyələrlə təltif olunublar.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

2013-cü ilin muxtar respublikamızda “Heydər Əliyev ili” elan olunması ilə əlaqədar Ordubad rayon ümumtəhsil məktəblərinin komandaları arasında “Heydər Əliyev – 90” devizi altında futbol birinciliyinə start verilib. Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin təşkilatçılığı ilə keçirilən yarışa 3 zona üzrə 18 komanda qatılıb. Qələbə uğrunda olimpiya sistemi ilə öz qüvvələrini sınayan komandalar arasında fərqlənənlər əvvəlcə zona yarışlarında müəyyənləşdiriləcək. Zona yarışlarında birinci və ikinci yerləri tutan komandalar həlledici mərhələdə mübarizəni davam etdirəcəklər. Birincilik aprel ayının sonlarınadək davam edəcək.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Babək Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən, ümumtəhsil məktəbləri arasında mini-futbol turnirinə start verilib.
Yarış başlanmazdan əvvəl rayon Təhsil Şöbəsinin metodisti Müslüm Vəliyev, rayon İcra Hakimiyyəti başçısının müavini Abbas Əliyev çıxış edərək ulu öndərin elmə, təhsilə, o cümlədən idmana göstərdiyi qayğıdan danışıblar.
Dörd zona üzrə keçirilən turnirin ilk görüşü Nehrəm kənd 1 nömrəli tam orta məktəbin komandası və Güznüt məktəbliləri arasında olub. Bu oyun 3:0 hesabı ilə Nehrəm məktəblilərinin qələbəsi ilə yekunlaşıb. Çeşməbasar futbolçularının Nehrəm kənd 2 nömrəli tam orta məktəbin komandasıyla qarşılaşması 4:1 hesabı ilə birincilərin xeyrinə yekunlaşıb. Babək qəsəbə tam orta məktəbi ilə Nehrəm kənd 3 nömrəli tam orta məktəbin komandasının görüşü 4:3 hesabı ilə nəticələnib. Babək qəsəbə tam orta məktəbi və Nehrəm kənd 1 nömrəli tam orta məktəbin komandasının qarşılaşması 4:0 hesabı ilə başa çatıb. Finala Çeşməbasar və Babək qəsəbə tam orta məktəblərinin futbolçuları çıxıb.
Xatırladaq ki, hər zonada 6 komanda iştirak edir. Zonalar üzrə birinci, ikinci yerləri tutanlar finala vəsiqə qazanırlar. Turnirin final mərhələsi mayın 8-də keçiriləcək.

Xəbərlər şöbəsi

Naxçıvan şəhərindəki Şahmat Mərkəzində şəhər ümumtəhsil məktəbləri şagirdlərinin iştirakı ilə şahmat yarışı keçirilib. Yarışı Naxçıvan Şəhər Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi təşkil edib.
Ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən yarışda şəhər məktəblərindən 68 məktəbli ağ-qara taxtada qalib olmaq üçün qüvvəsini sınayıb. Olimpiya sistemi üzrə keçirilən yarışın təşkilində məqsəd ümumtəhsil məktəblərində şahmat dərslərinin keçilməsini təbliğ etmək, şahmatı məktəblilər arasında daha da kütləviləşdirmək, şahmatçılar arasında idman və dostluq əlaqələrini inkişaf etdirməkdən ibarət olub.
Yarışın nəticələri isə ən çox Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin şahmatçılarını sevindirib. Belə ki, onlar bu zəka oyununda ən yaxşı olduqlarını yaxşı oyun nümayiş etdirməklə sübut edərək birinci olublar. Naxçıvan şəhər 10 nömrəli məktəbin şahmatçıları “mat” etməkdə rəqiblərindən yalnız bircə addım geridə qalıblar və yarışı ikinci yerlə başa vurublar. 5 nömrəli tam orta məktəbin şagirdləri isə bu yarışdan “5” ala bilməyiblər və üçüncülüklə kifayətlənməli olublar.
Qaliblərə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin diplomları verilib.

Xəbərlər şöbəsi

Naxçıvan Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş “Universiada – 2013” idman yarışlarına start verilib. Bu münasibətlə keçirilən mərasimdə universitetin rektoru, akademik İsa Həbibbəyli çıxış edərək Azərbaycanda idmanın inkişafına göstərilən diqqət və qayğıdan, 18 mart 2013-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti ilə bağlı keçirilən müşavirədə qarşıya qoyulan vəzifələrdən danışıb. Naxçıvan Dövlət Universitetinin idman sahəsində qazandığı uğurlara diqqət çəkən rektor idmanın kütləviliyinin təmin olunması, tələbələrin asudə vaxtlarının səmərəli təşkili, Azərbaycan birinciliyində uğur qazanacaq sabit komandaların formalaşdırılması kimi zəruri məsələlərdən bəhs edib.

Ardını oxu...

Martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə Ali Məclisin Sədri muxtar respublikada idmanın stend və sportinq atıcılıq növünün inkişafı, bu idman növü ilə yanaşı, hava və ekstremal idman növünün fəaliyyətinin təşkili üçün hər cür şəraitin mövcud olduğunu önə çəkib. Müşavirədə hər iki idman növü üzrə təşkilati işlərin görülməsi və yeni idman federasiyalarının yaradılması qərara alınıb.
Müşavirədən dərhal sonra Naxçıvan şəhərində “Hədəf” və “Qələbə” adlı iki atıcılıq idman klubu yaradılıb. Yaradılmış bu iki idman klubu əsasında Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının təsis yığıncağı keçirilib. Yığıncaqda Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov Naxçıvan Muxtar Respublikası Atıcı­lıq Federasiyasının sədri seçilib.

Ardını oxu...

Mart ayının 22-dən 24-dək Bakı şəhərində budo döyüş növləri üzrə Azərbaycan çempionatı keçirilib. Budo döyüş növlərinin semi-kontakt və full-kontakt növləri üzrə 350-dən artıq idmançının birincilik uğrunda mübarizə apardığı çempionatda muxtar respublikamızın idmançıları Həsən Əliyev ilə Elvin Əhmədov da iştirak edib. Naxçıvan Muxtar Respublikası Şərq Döyüş Sənəti Federasiyasının yetirməsi olan Həsən Əliyev bu yarışda 90 kiloqram çəki dərəcəsində mübarizə aparıb. Dünya və beynəlxalq səviyyəli yarışların təcrübəsinə yetərincə sahib olan həmyerlimiz çempionatda qalib olub. 90+ kiloqram çəki dərəcəsində finala qədər bütün görüşlərini qələbə ilə başa vuran digər idmançımız Elvin Əhmədov həlledici görüşdə də rəqibini məğlub edərək Azərbaycan çempionu olub. Qalib idmançılarımız aprelin 5-dən 9-dək Moldovanın Kişinyov şəhərində keçiriləcək budo döyüş növləri üzrə Avropa çempionatına vəsiqə əldə ediblər.

Naxçıvan Muxtar Respublikası
 Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Gənclərin hərbi vətənpərvərlik tərbiyəsini gücləndirmək məqsədilə Babək rayonunda “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilmişdir. Yarışın açılış mərasimində çıxış edənlər yarışın əsas məqsədinin yetişməkdə olan gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, “gənclərin çağırışaqədərki hazırlığı” fənninin tədrisi səviyyəsini yüksəltmək, məktəblilərin ordu sıralarına hazırlığını gücləndirməkdən ibarət olduğunu vurğulamışlar. Sonra rayonun bütün orta ümumtəhsil məktəblərinin komandalarının qatıldığı kütləvi hərbi-idman yarışına start verilmişdir. Şagirdlər bacarıqlarını nümayiş etdirmişlər. Yarışda 12 orta məktəbin X-XI sinif şagirdləri sıra hazırlığı, maneələri dəfetmə, avtomatın sökülüb-yığılması, patronun darağa doldurulub-boşaldılması, 100 metr məsafəyə qaçış, turnikdə dartınma, mülki müdafiə hazırlığı, sanitarların yarışı, estafet şəklində maneələri dəfetmə və digər növlər üzrə qüvvələrini sınamışlar. Nehrəm kəndindəki 2 nömrəli tam orta məktəbin komandası birinci, Şıxmahmud kənd tam orta məktəbinin şagirdləri ikinci, Nehrəm kəndindəki 3 nömrəli tam orta məktəbin “Şahin”ləri üçüncü yerləri tutmuşlar. Birinci yeri tutan komanda “Şahin” hərbi-idman oyunlarının muxtar respublika üzrə zona yarışında iştirak edəcəkdir.
Bununla da, “Cəsurlar” hərbi-idman və turizm oyunu ilə “Şahin” hərbi-idman oyununun rayon mərhələləri başa çatmışdır.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Bu ilin fevral ayından etibarən muxtar respublikamızın ümumtəhsil məktəblərinin komandaları arasında “Cəsurlar” hərbi-idman və turizm oyunları və “Şahin” hərbi-idman oyunlarının keçirilməsinə start verilib. Gənclərin vətənpərvərlik tərbiyəsində böyük əhəmiyyət kəsb edən bu hərbi-idman oyunları muxtar respublikamızda hər il üç mərhələdə təşkil olunur. Birinci mərhələ məktəb daxilində, ikinci mərhələ rayon, üçüncü mərhələ isə zona üzrə keçirilir. Rayon, şəhər turlarında birinci yeri tutan komanda muxtar respublika zona yarışlarında iştirak etmək hüququ qazanır. Bu günlərdə Naxçıvan şəhəri, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarında “Şahin” hərbi-idman oyunları, Ordubad və Culfa rayonlarında “Cəsurlar” hərbi-idman və turizm oyunları keçirilərək həmin bölgələri zona yarışlarında təmsil edəcək komandalar müəyyənləşdirilib. Oyunlarda sıra hazırlığından başlayaraq müxtəlif mərhələlərdən keçməli olan şagirdlər bir sıra çətinliklərlə üz-üzə gələrək kollektiv məqsəd uğrunda birgə mübarizə aparıblar. Hərbi-idman oyunlarında iştirak edən hər bir məktəbli həm idmançı kimi qələbə uğrunda mübarizə aparıb, həm də gələcək əsgər kimi hərb sənətinin müxtəlif incəliklərinə yiyələniblər.

Ardını oxu...

Bu ilin mart ayından etibarən Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyinin müvafiq iş planına uyğun olaraq, gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində müstəsna əhəmiyyətə malik olan hərbi-idman oyunlarına start verilmişdir. Yetişməkdə olan gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarına xidmətə hazırlanmasına köməklik göstərmək məqsədilə bu günlərdə Babək və Ordubad rayonlarının ümumtəhsil məktəblərinin şagirdləri arasında hərbi-idman oyunları təşkil edilmişdir.
Babək rayonunda keçirilən “Cəsurlar” hərbi-idman və turizm oyununda iştirak edən 23 komanda sıra hazırlığı, zəhərli zonanın dəf olunması, yaralının döyüş zonasından çıxarılması, turist çadırının qurulması və digər mərhələlər üzrə öz qüvvələrini sınamışdır. Yarışda Kərimbəyli kənd tam orta məktəbinin komandası qalib olmuşdur.
Ordubad rayon məktəblilərinin “Şahin” hərbi-idman oyununda isə 14 komanda öz məharətini göstərmişdir. Əvvəlcə şagirdlər marş sədaları altında hərbi keçid nümayiş etdirmişlər. Sonra onlar dağılıb-düzülmək, bir cərgədən iki cərgə olmaq və digər sıra duruşu tapşırıqlarını yerinə yetirmişlər. Şagirdlər darağa patron doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, fiziki hazırlıq, maneələrin dəf olunması və başqa hərbi-idman oyunları üzrə bacarıqlarını göstərməyə çalışmışlar. Yarışda Ordubad şəhərindəki internat məktəbinin komandası birinci yeri tutmuşdur. Rayon Gənclər və İdman idarələri, Təhsil və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbələrinin birgə təşkil etdikləri yarışlarda fəxri yerləri tutmuş komandalara kubok, diplom və hədiyyələr verilmişdir.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və muxtar respublika Par­alimpiya Federasiyasının təşkilatçılığı ilə xalq-uşaq oyunlarından ibarət əyləncəli idman yarışı keçirilib.
Yarış başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini Mirməcid Seyidov və muxtar respublika Paralimpiya Federasiyasının sədr müavini Elçin Nəzər­əliyev çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar. Qeyd olunub ki, xalqımızın zəngin, özünəməxsus və maraqlı folklor nümunələrindən biri də xalq-uşaq oyunlarıdır. Tarixi çox qədimlərə gedən, adət-ənənələrimizi, etnoqrafiyamızı özündə yaşadan bu oyunlar nəsildən-nəslə keçərək bu günümüzədək gəlib çatıb. Belə oyunlar mövzu, məzmun, yaranma yolu və formaları baxımından da çox zəngin və rəngarəngdir. Yarışın keçirilməsində məqsəd xalq-uşaq oyunlarını təbliğ etmək, uşaqlarda bu oyunlara olan marağı artırmaqdır.
Sonra yarışa start verilib. Yarışda 4 komanda qələbə uğrunda mübarizə aparıb. Əyləncəli idman yarışında fəallığına görə seçilən “Qartal” komandası qalib olub. Qalib komandaya və digərlərinə mükafat və hədiyyələr təqdim edilib.

Xəbərlər şöbəsi

Mart ayının 4-dən 6-dək sərbəst güləş üzrə yeniyetmələr arasında “Olimpiyaçılar aramızda” devizi altında açıq respublika turniri keçirilmişdir. Turnirdə qələbə uğrunda səylə mübarizə aparan bir idmançımız muxtar respublikamıza medalla qayıtmışdır. Belə ki, yarışda 58 kiloqram çəkidə mübarizə aparan Əmrah Məmmədov ilk görüşlərini öz üstünlüyü ilə başa çatdırmışdır. Buna baxmayaraq, gərgin və maraqlı keçən növbəti döyüşdə təmsilçimiz məğlub olaraq üçüncü yerlə kifayətlənməli olmuşdur. İdmançımız diplom və medalla təltif olunmuşdur.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi, məhəbbət və məsuliyyət hissinin, hər an öz Vətəninin, xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşdırılmasıdır. Azərbaycan Respublikası ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu bir vaxtda gənclərə ilkin hərbi bilik, bacarıq və vərdişlərin aşılanmasının onların hərbi-vətənpərvərlik tərbiyəsinə böyük təsiri var. Məktəblilərin ənənəvi olaraq “Cəsurlar”, “Şahin”, “Sərhəd” hərbi-idman və turizm oyunları keçirilir. Müharibə şəraitində yaşayan ölkə­mizdə məktəblərdə hərbi hazırlıq dərslərinin yüksək səviyyədə keçilməsi məqsədilə müasir əyani vəsaitlərlə təmin edilmiş hərbi kabinələrin yaradılmasına və tədrisin ixtisaslı kadrlar tərəfindən aparılmasına xüsusi diqqət yetirilir. Eyni zamanda orta məktəb şagirdlərinin hərbi hissələrə aparılması, onların hərbçilərlə görüşünün təşkil edilməsi gənclərdə vətənpərvərlik hissini daha da yüksəldir, onları Vətəni qorumağa hazır olmaq ruhunda tərbiyə edir.
Bu günlərdə Naxçıvan şəhər, Şərur və Şahbuz rayon ümumtəhsil məktəblərinin 7-8-ci sinif şagirdləri arasında “Cəsurlar” hərbi-idman və turizm oyununun keçirilməsində də məqsəd yeniyetmələrlə aparılan hərbi-vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsini, orta məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazır­lığını və turizm hərəkatının inkişaf etdirilməsini təmin etməkdən ibarət idi. Naxçıvan şəhər, Şərur və Şahbuz rayonlarının Gənclər və İdman idarələri, Təhsil, Mədəniyyət və Turizm şöbələri və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər, Şərur və Şahbuz rayonlarındakı idarə və şöbələrinin birgə təşkil etdikləri yarışlarda iştirak edən şagirdlər sıra hazırlığı, zəhərli zonanın dəf olunması, yaralının döyüş zonasından çıxarılması, turist çadırının qurulması və digər mərhələlər üzrə öz qüvvələrini sınayıblar. Yarışlarda ən yaxşı nəticəni göstərən Naxçıvan şəhərindəki 2 nömrəli tam orta məktəbin, Şahbuz şəhər tam orta məktəbinin və Şərur rayon İbadulla kənd tam orta məktəbinin komandaları muxtar respublika zona mərhələsində iştirak etmək hüququnu əldə ediblər.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Mart ayının 6-dan 11-dək paytaxt Bakı şəhərində boks üzrə “İpək Yolu” Beynəlxalq Turniri keçirilmişdir. 12 ölkədən 150-yə yaxın boksçunun qatıldığı yarışda muxtar respublikamızın idmançıları da iştirak etmişlər. Turnirdə 75 kiloqram çəkidə rinqə çıxan Eldar Quliyevin döyüşləri finala qədər uğurlu olmuşdur. Lakin o, həlledici döyüşdə qələbəni əldən verərək ikinci yerə layiq görülmüşdür. Boksçumuza diplom, medal və qiymətli hədiyyələr təqdim edilmişdir.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Culfa rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə “Məktəbli kuboku” uğrunda mini-futbol üzrə birincilik keçirilib. İki yarımqrupda keçirilən yarışda 16 komanda gücünü sınayıb. Komandaların olimpiya sistemi ilə yarışdığı birincilikdə Culfa rayon Ərəzin kənd tam orta məktəbinin komandası ən yüksək nəticəni göstərib. Culfa şəhərindəki 1 və 3 nömrəli tam orta məktəblərin komandaları ikinci və üçüncü yerləri tutublar.
Yer tutan komandalara Culfa Rayon Gənclər və İdman İdarəsi ilə Təhsil Şöbəsinin diplomları təqdim olunub.

Naxçıvan Muxtar Respublikası  
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Naxçıvan şəhər ümumtəhsil məktəblərinin qızlardan ibarət voleybol komandaları arasında birincilik keçirilib. Yarışda olimpiya sistemi ilə 15 komanda mübarizə aparıb. Birincilikdə qalib adını qazanan komanda Naxçıvan şəhərindəki 6 nömrəli tam orta məktəbin komandası olub.
Yarışda ikinci və üçüncü yerləri isə 15 və 13 nömrəli tam orta məktəblərin komandaları bölüşüblər. Fəxri yerləri tutan komandalara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin diplomları verilib.

Naxçıvan Muxtar Respublikası 
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş idman tədbirlərinin açılış mərasimi keçirilib.
Mərasimi giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının gənc­lər və idman naziri Azad Cabbarov açaraq günün əhəmiyyətindən danışıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bədən Tərbiyəsi və İdman Günü”nün təsis edilməsi haqqında” 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən, hər il martın 5-i ölkəmizdə “Bədən Tərbiyəsi və İdman Günü” kimi qeyd olunur.
Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ildən yeni mərhələyə qədəm qoyub. 1997-ci il iyul ayının 31-də cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra respublikada idman hərəkatının genişlənməsinə xidmət edən kompleks tədbirlərin həyata keçirilməsinə başlanılıb, Azərbaycan beynəlxalq miqyasda idman ölkəsi kimi tanınıb.

Ardını oxu...

Ulu öndər Heydər ƏLİYEV: Bədən tərbiyəsi və idman xalqın sağlamlığı ilə bağlı olan mühüm bir sahədir. Dünyada bədən tərbiyəsi və idmanın müasir səviyyədə inkişaf etdiyi bir dövrdə Azərbaycanda idmanın, bədən tərbiyəsinin kütləvi surətdə inkişaf etməsinə ciddi fikir verməliyik. Bu, bizim vəzifəmizdir, borcumuzdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bədən Tərbiyəsi və İdman Günü”nün təsis edilməsi haqqında” 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən, hər il martın 5-i ölkə­mizdə “Bədən Tərbiyəsi və İdman Günü” kimi qeyd olunur.
Ümummilli liderimiz Heydər Əliyev istər ötən əsrin 70-80-ci illərində, istərsə də müstəqillik dövründə ölkəmizdə idmanın inkişafını mühüm vəzifələrdən biri kimi qarşıya qoymuş, bu sahədə inkişafa nail olunmuşdur. Müstəqillik illərində dövlətin idman siyasətinin bir mərkəzdən həyata keçirilməsi, görülən işlərin daha da sürətləndirilməsi məqsədilə 26 iyul 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılmış, təkcə mərkəzdə deyil, ölkəmizin regionlarında da idmanın inkişafı istiqamətində məqsədyönlü tədbirlər görülmüşdür. Ulu öndər insanların sağlamlığında, ölkəmizin dünyada tanıdılmasında idmanın müstəsna əhəmiyyətini qeyd edərək demişdir: “İdman, bədən tərbiyəsi xalqın sağlamlığı ilə bağlı olan mühüm sosial sahədir. Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən və bir də idmançılarımız beynəlxalq yarışlarda çempion adını qazanarkən baş verir”.

Ardını oxu...

Gömrükçülər arasında idmanın stolüstü tennis növü üzrə təşkil olunan növbəti turnir Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 21-ci ildönümünə həsr olunub. Komitənin idman zalında təşkil olunan yarışda sistemə daxil olan gömrük orqanlarından 17 tennisçi qüvvəsini sınayıb.
Gömrükçülərin fiziki sağlamlığını qorumaq, onlar arasında idmanın bu növünü təbliğ etmək, asudə vaxtın səmərəli təşkilinə nail olmaq və ən güclü tennisçiləri müəyyənləşdirmək məqsədilə təşkil olunan turnirin iştirakçıları iki yarımqrupda mübarizə aparıblar. Üç gün davam edən oyunlarda nizam- intizamı qorumaq Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşlarına həvalə olunub.
Yarımqruplarda mübarizə gərgin alınıb. Birinci tur olimpiya sistemi üzrə keçirilib. Yarışın qaydalarına görə, öz yarımqrupunda ilk iki pillədə qərarlaşan idmançılar həlledici mərhələyə vəsiqəni təmin ediblər.
Turnirin final mərhələsi dairəvi sistem üzrə keçirilib. Həlledici qarşılaşmada Vüqar Qurbanova (komitə) əsas mükafatın bir addımlığında “dur” deyən İsgəndər Hüseynov (“Naxçıvanterminalkompleks” Birliyi) aktivinə altıncı xalı yazdırmaqla qələbəni təmin edib. Üçüncülük isə Ənvər Zeynalova (Sədərək Gömrük İdarəsi) nəsib olub.
Qaliblər Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.

Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin mətbuat xidməti

Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar olaraq, Babək Rayon İcra Hakimiyyəti tərəfindən tərtib olunmuş tədbirlər planına əsasən, ümumtəhsil məktəblərinin şagirdləri arasında şahmat üzrə rayon birinciliyi keçirilir. Şahmat Məktəbində keçirilən yarışın birinci zona turnirinə start verilmişdir. Yarış başlanmazdan əvvəl rayon İcra Hakimiyyəti başçısının müavini Səlvər Hacıyev və Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası sədrinin müavini Emin Hacıyev çıxış edərək ölkəmizdə, eləcə də muxtar respublikamızda gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün həyata keçirilən tədbirlərdən, idmana, o cümlədən şahmatın inkişafına göstərilən qayğıdan bəhs etmişlər.
Oyunun baş hakimi İlyas Həsənov yarışın qaydaları barədə məlumat vermişdir. Hər bir yarış iştirakçısı şahmat taxtası arxasına keçərək bacarığını nümayiş etdirmişdir. Xatırladaq ki, yarışa Nehrəm 1, Nehrəm 2, Nehrəm 3 nömrəli, Çeşməbasar və Güznüt kənd tam orta məktəblərinin komandaları qatılmışdılar. Ən çox xal toplayan komandalar may ayının 1-də keçiriləcək final yarışına vəsiqə qazanmışlar.

Dilrubə NOVRUZOVA

26 fevral Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar yeniyetmələr və gənclər arasında cüdo üzrə Culfa rayon turniri keçirilib. Turnirin qalibləri 9 çəki dərəcəsində 70-ə yaxın idman­çı arasında müəyyən olunub. İdmançılardan Məhəmməd Yaqublu, Abbas Məmmədov, Emin Nəzərov, Elsevər Məmmədov, Elşad Məmmədov, Telman Muradov, Ələkbər Cəfərov, Adəm Rəhimov və Hikmət Hacıyev yarışda bütün rəqiblərinə qalib gələrək birinci yerləri tutublar. Yer tutan idmançılara Culfa Rayon Gənclər və İdman İdarəsi ilə Uşaq-Gənclər İdman Məktəbinin kubok, medal və diplomları təqdim olunub.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında isə voleybol üzrə Naxçıvan şəhər birinciliyi keçirilib. Naxçıvan Türk Liseyinin idman zalında baş tutan yarışda 5 komanda iştirak edib.
Olimpiya sistemi ilə keçirilən birincilikdə Heydər Əliyev adına Hərbi Liseyin komandası qalib olub. Naxçıvan Tibb Kollecinin komandası ikinci, Naxçıvan Dövlət Texniki Kollecin voleybolçuları isə üçüncü yerləri tutublar.
Fəxri yerləri tutan komandalara Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının kuboku, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları verilib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

“Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında boks üzrə yeniyetmələr arasında Ordubad rayon birinciliyi keçirilmişdir. Birincilikdə 3 çəkidə 18 idmançı yarışmışdır. Yarışda müvafiq çəkilərdə Elvin Seyidov, Novruz Sadiqov və Arzu Qasımov birinci yerləri tutmuşlar. Yer tutan idmançılara Ordubad Rayon Gənc­lər və İdman İdarəsinin diplomları verilmişdir.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Fevral ayının 16-17-də Bakı şəhərindəki Hövsan Olimpiya İdman Kompleksində Dünya Karate Konfederasiyasının növləri üzrə Azərbaycan Karate-do Federasiyasının təşkilatçılığı ilə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında Azərbaycan çempionatı keçirilmişdir. 350 idmançının qatıldığı çempionatda muxtar respublikamızın 10 nəfərdən ibarət komandası da iştirak etmişdir. Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının yetirmələrindən kontakt karate üzrə 16 yaş qrupunda yarışan Mircavid Seyidov ən yüksək nəticəni göstərərək qızıl medala sahib olmuşdur. Digər idmançılarımızdan 18 yaşdan yuxarı, 14-15, 11 yaş qruplarında tatamiyə çıxan İlkin Şirinov, Xəzər Əliyev və Həşim Nuriyev finalaqədərki görüşlərini uğurla başa çatdırmışlar. Lakin həlledici döyüşlərdə təmsilçilərimiz üstünlüyü əldən verərək ikinci yerlərə layiq görülmüşlər. Çempionatda karatenin iki növündə mübarizə apararaq kontakt karate üzrə qalib olan Mircavid Seyidov karatenin şotokan növü üzrə yarışlarda ikinci yerə layiq görülmüşdür. Yarışda 12 və 18 yaşdan yuxarı yaş qruplarında qüvvələrini sınayan Əkrəm Nəcəfov ilə Samir Sarıyev isə üçüncü yerləri tutmuşlar.
Beləliklə, muxtar respublikamızın idmançıları Dünya Karate Konfederasiyasının növləri üzrə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında keçirilən Azərbaycan çempionatından 1 qızıl, 4 gümüş və 2 bürünc medalla qayıtmışlar. Yarışda fəxri yerləri tutan karateçilərimizə diplom və medallar təqdim olunmuşdur.

Naxçıvan Muxtar Respublikası 
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 26 fevral Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar sərbəst və yunan-Roma güləşi üzrə Naxçıvan şəhər turniri keçirilib. Turnirdə, ümumilikdə, 17 çəki dərəcəsində 90-a yaxın idmançı mübarizə aparıb.
Fəxri yerləri tutan idmançılara diplomlar verilib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

“Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında boks üzrə Culfa rayon birinciliyi keçirilib. Yarışda 5 çəki dərəcəsində 35 idmançı mübarizə aparıb. Birinciliyin yekun nəticəsinə görə, müvafiq çəkilərdə Sahil Novruzov, Tapdıq Novruzov, Məhəmməd Nəsirov, Məhəmməd Novruzov və Fəxri Qazıbəyov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Qalib idmançılara Culfa Rayon Gənclər və İdman İdarəsinin kubok və diplomları verilib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Fevral ayının 4-dən 11-dək paytaxt Bakı şəhərində boks üzrə yeniyetmələr arasında Azərbaycan çempionatı keçirilib. 60 komandadan 300-ə yaxın boksçunun qatıldığı yarışda muxtar respublikamızın idmançıları da iştirak ediblər. Çempionatda qələbə uğrunda səylə mübarizə aparan idmançılarımız muxtar respublikamıza medallarla qayıdıblar. Belə ki, yarışda 52 kiloqram çəkidə rinqə çıxan Tayfur Əliyev ən yüksək nəticəni göstərərək qızıl medal qazanıb. Çempionatda 70 kiloqram çəkidə qüvvəsini sınayan Çingiz Cəfərov ilə 80 kiloqram çəkidə yarışan Nihad Orucovun mübarizəsi isə finala qədər uğurlu olub. Onlar həlledici döyüşlərdə qələbəni əldən verərək ikinci yerə layiq görülüblər. Digər idmançılarımızdan 48 kiloqram çəkidə mübarizə aparan Sərxan Əliyev də ilk görüşlərini öz üstünlüyü ilə başa çatdırıb. Lakin gərgin və maraqlı keçən növbəti döyüşdə təmsilçimiz məğlub olaraq üçüncü yeri tutub. Yarışda fəxri yerləri tutmuş idmançılarımıza diplom, medal və qiymətli hədiyyələr verilib. Eyni zamanda Tayfur Əliyev çempionatın ən yaxşı boksçusu kimi kubokla təltif olunub.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Dünən Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində paralimpiyaçılar arasında armrestlinq üzrə muxtar respublika birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının təşkil etdikləri yarış başlanmazdan əvvəl Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Açılış mərasimində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin məsləhətçisi Aydın Mirzəyev və Naxçıvan Muxtar Respublikası Par­alimpiya Federasiyasının sədr müavini Elçin Nəzərəliyev çıxış edərək yarışın əhəmiyyətindən danışıblar.
Birincilikdə 20 idmançı iştirak edib. Əvvəlcə 70 kiloqramadək çəki dərəcəsində olan paralimpiyaçılar öz qüvvələrini nümayiş etdiriblər. Bu çəkiyədək yarışanlar arasında Babək rayon idmançısı Telman Şirinov birinciliyin qalibi olub. Kəngərli və Ordubad rayonlarının idmançıları Elşən Babayev ilə Zamin Hacıyev isə ikinci və üçüncü yerləri tutublar.
70 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparan idmançılar arasında Kəngərli rayon təmsilçisi Əzobil Rüstəmov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Babək və Culfa rayonlarının paralimpiyaçıları Fərasət Məmmədovla Firudin Həsənov ikinci və üçüncü yerləri bölüşüblər.
Sonda qalib idmançılara Naxçıvan Muxtar Respublikası Par­alimpiya Federasiyasının qiymətli hədiyyələri verilib. Yer tutmayan idmançılara da həvəsləndirici mükafatlar təqdim olunub.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublika Stadionunun idman zalında muxtar respublika Karate-do Federasiyasının təşkilatçı­lığı ilə karate-do üzrə yoldaşlıq görüşü keçirilib. Federasiyanın komandası ilə Şərq Döyüşü Sənəti Federasiyasının karate-do bölməsinin idmançıları arasında keçirilən yarışda, ümumilikdə, 42 idmançı qüvvəsini sınayıb. Görüşdə Karate-do Federasiyasının idmançıları kumite döyüşləri üzrə 25:5, kata görüşlərində isə 6:0 hesabı ilə qalib gəliblər.

*     *     *

Şərur rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında isə stolüstü tennis üzrə birincilik keçirilib. 34 idmançının iştirak etdiyi yarışda Kamil Məhərrəmov, Kəmalə Əliyeva birinci, Xəlil Xəlilov, Nuray Əliyeva ikinci, Vəli Qasımov ilə Ellada Babayeva isə üçüncü yerləri tutub­lar. Fəxri yerləri tutan idmançılara diplom­lar verilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında şahmat üzrə keçirilən birincilik başa çatıb. Üç gün davam edən birincilikdə yüzdən çox şahmatçı öz bacarığını sınayıb. Yarışın seçmə turu olimpiya sistemi ilə keçirilib. Turun qalibi olan 8 komanda dairəvi sistem üzrə mübarizəni davam etdirib. Bu mübarizədə Naxçıvan şəhərindəki 8 nömrəli tam orta məktəbin komandası birinci, 1 nömrəli tam orta məktəbin komandası ikinci, 5 nömrəli tam orta məktəbin komandası isə üçüncü yerlərə layiq görülüblər.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR