Ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən “Naxçıvan Open-2013” Beynəlxalq Şahmat Festivalında VII turun oyunları yekunlaşıb.
“A” qrupunda rusiyalı şahmatçı İqor Kurnosov 5 xalla liderlik mövqeyini qoruyub saxlayır. Belaruslu Aleksey Aleksandrov ikinci, Azərbaycan şahmatçısı Eltac Səfərli isə üçüncü sıradadırlar. Beşinci sırada yer alan rusiyalı şahmatçı Aleksandr Xalifmanın 7 turdan sonra 5 xalı var. Naxçıvan şahmatçılarından Ürfan Sevdimalıyev və Talıb Babayev VII turdan üç xallıq nəticə əldə ediblər. Bu turda Talıb Babayev Azərbaycan şahmatçısı Nərgiz Umudovaya, Ürfan Sevdimalıyev isə Nərmin Kazımovaya qalib gəliblər.
“B” qrupunda isə İlyas Qarayev 7 xalla turnir cədvəlində birincidir. Seyidəli Bağırov 6 xalla ikinci, Habil Məmmədov eyni göstərici ilə üçüncü yerdədir.
Bu turdan sonra “C” qrupunda turnir cədvəlinə 6,5 xalla Sumqayıt şahmatçısı Murad İbrahimli liderlik edir. Gəncə şahmatçısı Qurban Bayramov ikinci, Bakı şahmatçısı Vüqar Manafov üçüncü sıradadırlar. Şərur şahmatçısı Rəvan Rəhimov isə 5 xalla səkkizinci sıradadır.
Turnir davam edir.
Xəbərlər şöbəsi