22 Dekabr 2024, Bazar

Yeni mövsümdə birinci divizionda iştirak edəcək “Araz” futbol komandası məşqlərini davam etdirir. Komanda uzun müddət Şərur şəhərində təlim-məşq toplanışı keçdikdən sonra Bakıya yollanıb. Əsgər Abdullayevin yetirmələri yenidən muxtar respublikaya qayıdıblar. Onların burada yoldaşlıq oyunları keçirəcəyi bildirilir. Komandanın məskunlaşdığı Şərur Olimpiya İdman Kompleksinə yollandıq.

Peşəkar məşqçilər və...

Bütün infrastrukturlarla təmin edilmiş kompleksdə məşq etmək üçün hər cür şərait mövcuddur. Naxçıvan Muxtar Respublika Stadionunun təmir olunması ilə baş məşqçi Əsgər Abdullayev buranı seçib. Əslində, Ə.Abdullayev seçimində heç də yanılmayıb. Niyəsinə gəlincə, uzun illər futbolsuz qalan Naxçıvanda formalaşan yeni komanda üçün bu şəraitin yaradılacağı gözlənilən idi.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilməsinin 16 illiyi münasibətilə yeniyetmə və gənclər arasında üzgüçülük üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksinin Üzgüçülük Mərkəzində keçirilən yarışdan öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Yarışın açılış mərasimində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahim­ov, İlham Əliyev adına Olimpiya İdman Kompleksinin direktoru Ramin Talıbov çıxış edərək dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin ölkəmizdə idmanın inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıblar.
Üzgüçülüyün sərbəst növündə təşkil edilmiş yarışın qalibləri ümumilikdə 30-dan çox idmançının 25 və 50 metr məsafələrə ən tez çatmaq uğrunda mübarizəsində məlum olub. Gərgin və maraqlı keçən yarışda yeniyetmələr arasında Ülvi Kazımlı, gənc­lər arasında isə Fuad Babayev ən yüksək nəticəni göstərib. Muxtar Mahmudov və İsmayıl Haqverdiyev ikinci, Pərviz Əliyev ilə Fikrət Abbasov isə üçüncü yerlərə layiq görülüblər. Fəxri yerləri tutan idmançılara Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin diplom və fəxri fərmanları təqdim olunub.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Muxtar respublikamızda bütün kateqoriyadan olan məhdud fiziki imkanlı şəxslərin idmana marağının artırılması, istedadlı idmançıların aşkara çıxarılması, habelə yeni idman növlərinin inkişafı məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. İdman bu kateqoriyadan olan insanların cəmiyyətə daha fəal inteqrasiyası, özünütəsdiqin ifadəsi baxımından mühüm əhəmiyyət daşıyır.
Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası tərəfindən muxtar respublikamızda paralimpiyaçılar arasında qolbol idman növünün inkişafının təmin edilməsi məqsədilə Azərbaycan Milli Paralimpiya Komitəsinin iki məşqçisi muxtar respublikaya dəvət olunub. Bu tədbir 2013-cü il mart ayının 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası ilə əlaqədar olaraq həyata keçirilib.
Qeyd edək ki, dünən İlham Əliyev adına Olimpiya İdman Kompleksində 6 görmə qabiliyyəti məhdud idmançılar arasında təşkil olunan təlim-məşq qolbol idman növü üzrə komandanın yaradılması yolunda ilk addımdır. Məqsəd bu kateqoriyadan olanların idmanın bu növünə marağını artırmaq, nəticədə, ölkə və beynəlxalq miqyaslı paralimpiyaçılar arasında keçiriləcək qolbol idman növü üzrə yarışlarda muxtar respublikamızı təmsil edəcək komandanın formalaşdırılmasıdır.

Xəbərlər şöbəsi

Dünən Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində paralimpiyaçılar arasında futzal üzrə muxtar respublika birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Paralimpiya Federasiyasının təşkil etdikləri yarış başlanmazdan əvvəl Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Açılış mərasimində Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov və Paralimpiya Federasiyasının sədr müavini Elçin Nəzərəliyev çıxış edərək yarışın əhəmiyyətindən danışıblar.
Birincilikdə 8 komanda iştirak edib. Komandalar olimpiya sistemi ilə yarışıblar. Şahbuz və Culfa rayonlarının komandaları arasında baş tutan final qarşılaşması şahbuzlu paralimpiyaçıların 8:2 hesablı qələbəsi ilə başa çatıb. Yarışın yekun nəticəsinə görə, Şahbuz, Culfa və Babək rayonlarının komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutublar.
Sonda qalib komandalara Par­alimpiya Federasiyasının qiymətli hədiyyələri verilib. Həmçinin yer tutmayan komandalara həvəsləndirici mükafatlar təqdim olunub.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Dünən Naxçıvan Türk Liseyinin idman zalında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə Naxçıvan şəhər və Ordubad rayon basketbol komandaları arasında yoldaşlıq görüşü keçirilib.
“Heydər Əliyev ili” devizi altında keçirilən görüş 47:26 hesabı ilə Naxçıvan komandasının xeyrinə başa çatıb. Qalib komandanın üzvlərinə federasiyanın fəxri diplom və hədiyyələri verilib.
Görüşdən sonra Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyası tərəfindən məşqçi müəllimlərin peşəkarlığının artırılması və basketbol idman növündə kütləviliyə nail olunması məqsədilə seminar-məşğələ təşkil olunub.

Xəbərlər şöbəsi

Bu dəfə üz-üzə durub söhbət etdiyim dörd qəhrəmanımla, sadəcə, qələbədən danışırıq: bayrağımızın dalğalanmasından, himnimizi tarixi düşmənlərimizin belə, ayaq üstündə dinləməsindən, bir də işğalçılar üstündə çalınan qələbədən.
Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədr müavini, IV dan qara kəmər sahibi, dünya kubokunun qalibi Nəriman Quliyev, dünya çempionu Mirpaşa Kərimov, II dan qara kəmər sahibi, dünya kubokunun ikincisi İlkin Şirinov, dünya kubokunun üçüncüsü Xəzər Əliyev Ukraynanın Odessa şəhərində 18 ölkənin yığma komandalarının iştirakı ilə keçirilən karate idman növü üzrə VI dünya kuboku yarışlarında Azərbaycan milli yığma komandasının tərkibində çıxış ediblər. Təqdirəlayiq haldır ki, 40 nəfərlik milli yığma komandamızın tərkibinə qatılan 4 naxçıvanlı idmançının hamısı Vətənə medallarla qayıdıb.

40 saniyədə qələbə

Yarışlara Naxçıvanı təmsil edən idmançıların həm də məşqçisi kimi qatılan Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədr müavini Nəriman Quliyev deyir ki, ABŞ, Ukrayna, Rusiya təmsilçilərinə qarşı döyüş keçirməkdən daha məsuliyyətlisi göstərilən diqqəti və qayğını doğrultmaq, birinci tatami üzərinə çıxmaq idi. Kontakt karate yarışlarında 35 yaşdan yuxarı idmançıların mübarizəsində dünya kubokunun birincisi olan idmançımız ilk görüşün elə bu səbəbdən daha gərgin olduğunu deyir. Finalda isə ABŞ təmsilçisini 3 dəqiqəlik görüşdə 40 saniyə ərzində məğlub etmək nəinki idmançımız, bütün milli komanda üçün gözlənilməz olub. İdmançımız Odessada digər bir nəticə də əldə edib. Belə ki, o, kata görüşlərində üçüncü yerə sahiblənə bilib.

Ardını oxu...

Bu il mart ayının 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı müşavirədə Ali Məclisin Sədri “Araz” klubunun yaradılması haqqında tapşırıq verib. Beləliklə də, Naxçıvana peşəkar futbolun qayıtmasının təməli qoyulub. Bu iş Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyinə və Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasına həvalə edilib. Ötən müddət ərzində adıçəkilən qurumlar tərəfindən yeni komandanın formalaşdırılması istiqamətində konkret addımlar atılıb, komandaya yeni baş məşqçi cəlb olunub. Baş məşqçi SSRİ idman ustası, Azərbaycan milli futbol komandasının, sonra “Turan” komandasının sabiq məşqçisi olmuş veteran futbolçu Əsgər Abdullayevdir. İyun ayının 3-dən Əsgər Abdullayev və fiziki hazırlıq üzrə məşqçi, milliyyətcə gürcü olan Yevgeni Qurqadze Şərur Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı aparmış, “Araz” komandasına oyunçu seçimi ilə məşğul olmuşlar.

Ardını oxu...

Bu günlərdə Serbiyanın Novi Sad şəhərində məktəblilər arasında Avropa çempionatı keçirilmişdir. 13 ölkədən 250-dək məktəblinin qatıldığı çempionatda Azərbaycan şahmatçıları ilə bərabər mübarizə aparan muxtar respublikamızın şahmatçısı Rauf Murtuzov uğurlu nəticə əldə etmişdir. İsveçrə sistemi üzrə 9 turdan ibarət olmuş yarışda 11 yaşlı oğlanlar arasında öz qüvvəsini sınayan Rauf Murtuzov 8.5 xalla qızıl medal qazanmışdır.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Ordubad Rayon Uşaq-Gənclər Şahmat Məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında dama üzrə rayon birinciliyi keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tədbirlər planına uyğun olaraq təşkil edilən yarışda 25 idmançı mübarizə aparmışdır. Olimpiya sistemi ilə keçirilən birincilikdə Simur Rzayev ən yüksək nəticəni göstərmişdir. Elnur Məhərrəmov ilə Aydın İsmayılov ikinci və üçüncü yerləri tutmuşlar. Qalib idmançılara Ordubad Rayon Gənclər və İdman İdarəsinin diplomları verilmişdir.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

İdmanın kütləviliyinə nail olmaq, onu inkişaf etdirmək, yüksək nailiyyətlər qazanmaq və yeni idmançılar hazırlamaq Naxçıvan Muxtar Respublikasında aparılan idman siyasətinin əsas məqsədidir. Hazırda muxtar respublikada 2 Olimpiya İdman Kompleksi, 2 Üzgüçülük Mərkəzi, 1 Şahmat Mərkəzi, 7 Uşaq-Gənclər Şahmat Məktəbi, 10 Uşaq-Gənclər İdman Məktəbi, Stend və Sportinq Atıcılıq Mərkəzi, eləcə də stadionlar, idman zalları və sadə idman qurğuları fəaliyyət göstərir. Son illər 40-a yaxın idman obyekti tikilərək, yenidən qurularaq və ya əsaslı şəkildə təmir olunaraq istifadəyə verilib. Yeni məktəb binalarında müasir standartlara cavab verən idman zalları yaradılıb. Görülən işlərin nəticəsidir ki, muxtar respublika müxtəlif beynəlxalq yarışların keçirildiyi regiona çevrilib. İdmanın inkişafında muxtar respublikada yaradılan idman federasiyalarının da rolu böyükdür.

Bu il mart ayının 18-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə Ali Məclisin Sədri cənab Vasif Talıbov muxtar respublikada hava və ekstremal idman növünün fəaliyyətinin təşkili üçün də hər cür şəraitin mövcud olduğunu bildirib, elə həmin müşavirədə bu idman növü üzrə federasiya yaradılıb. Federasiyanın muxtar respublikada ekstremal dağ turizmi, qayayadırmanma (təbii relyefdə), idman qayayadırmanması (süni relyefdə), buzadırmanma, hava idman növlərindən paraşüt, paraplan, motoparaplan, deltaplan, motodeltaplan kimi idman növlərinin inkişaf etdirilməsi və populyarlaşması istiqamətində fəaliyyət göstərməsi nəzərdə tutulub. Ötən müddət ərzində federasiya yuxarıda sadalanan növlərdən bəziləri üzrə bir sıra tədbirlər keçirib. Ancaq məsələ orasındadır ki, bu tədbirlər, necə deyərlər, tədbir xatirinə keçirilib, kütləvi informasiya vasitələrinin gücündən istifadə edilərək görüntü əldə edilib, ictimaiyyətdə federasiyanın fəaliyyəti haqqında ilkin “müsbət” rəy formalaşdırılıb. Ancaq yarışlarda keyfiyyət amilinə o qədər də diqqət yetirilməyib.

Ardını oxu...

Babək Rayon Uşaq-Gənclər İdman Məktəbinin voleybol komandası və Naxçıvan Türk Liseyinin voleybolçuları arasında yoldaşlıq görüşü keçirilib.
Görüşdən əvvəl muxtar respublika Voleybol Federasiyasının sədr müavini Aydın Mirzəyev çıxış edərək muxtar respublikada voleybol idman növünün inkişafına göstərilən diqqət və qayğıdan danışıb, görüş iştirakçılarına uğurlar arzulayıb.
Sonra görüşə start verilib. Babək Rayon Uşaq-Gənclər İdman Məktəbinin voleybolçuları Naxçıvan Türk Liseyinin komandasına qalib gəliblər.
Qaliblərə Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının hədiyyələri təqdim olunub.

Xəbərlər şöbəsi

Futbolun dəqiq harada və nə vaxt yarandığı məlum deyil. Ayaqla top oyunu qədim Şərq xalqlarına məlum idi və Antik dövrün ölkələri olan Yunanıstan və Romada geniş yayılmışdı. XVI əsrin ortalarında İngiltərədə qədim və indiki futbola oxşayan oyunlar çox məşhur olub. Qaydalara uyğun ilk oyun 1681-ci ildə keçirilib. Həmin oyunda kralın komandasının məğlub olmasına baxmayaraq, o, rəqib komandanın oyunçularını mükafatlandırıb. XIX əsrin əvvəllərinə qədər ingilis komandalarında oyunçuların sayına hər hansı məhdudiyyət qoyulmayıb, əsas məqsəd qələbə çalmaq olub. Futbolun yalnız ayaqla oynanılmasının tərəfdarı olan 11 nəfər 13 bənddən ibarət qaydaları işləyib hazırlayıb. 1863-cü il dekabrın 1-də həmin qaydalar qəzetlərdə dərc edilib. Və beləcə, futbol “dünyaya gəlib”. Bu gün futbol bütün dünyada yayılmış idman növüdür.

Azərbaycan futbolunun 102 yaşı var

Ardını oxu...

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində gənclər arasında cüdo üzrə muxtar respublika turniri keçirilib. Turniri Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov açıq elan edib. Azərbaycan Respublikasının Dövlət himni oxunub. Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının çıxışları olub.
Sonra turnirə start verilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Güləş Federasiyasının birgə təşkil etdiyi birincilikdə 11 çəki dərəcəsində 70 idmançı mübarizə aparıb.
Turnirin qaliblərinə diplomlar və hədiyyələr təqdim edilib.

Səbuhi HÜSEYNOV

*   *   *

15 İyun – Milli Qurtuluş Günü münasibətilə Şərur Olimpiya İdman Kompleksində paralimpiyaçılar arasında voleybol üzrə muxtar respublika birinciliyi keçirilib. Birinciliyi Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Malik Hacıyev açıq elan edib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman, Təhsil nazirliklərinin və Yüngül Atletika Federasiyasının təşkilatçılığı ilə Şərur Olimpiya İdman Kompleksində xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş ümumtəhsil məktəbləri şagirdlərinin Naxçıvan Muxtar Respublikası üzrə kross yarışı keçirilib. 8 komandada 150-yə yaxın məktəbli oğlan və qızın qatıldığı tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Yarışı Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev açıq elan edərək muxtar respublikada idmana və idmançılara göstərilən dövlət qayğısından danışıb, atletləri dahi rəhbərin yubileyinə həsr olunmuş idman bayramı münasibətilə təbrik edib.
Sonra yüngül atletika çoxnövçülüyünün 100, 200, 400, 800 metr məsafəyə kross və estafet yarışına start verilib.
Yarışın nəticələrinə görə, Naxçıvan şəhər komandası turnirin qalibi olub. İkinci yerdə Şərur, üçüncü yerdə isə Şahbuz rayonlarının komandaları qərarlaşıblar.
Qaliblərə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirliklərinin və Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının diplomları və hədiyyələri təqdim olunub.

Cəfər ƏLİYEV

Dünən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə İlham Əliyev adına Olimpiya İdman Kompleksində 28 May – Respublika Gününə həsr olunmuş qol güləşi idman növü üzrə Naxçıvan Muxtar Respublikası birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Malik Hacıyev yarışı açıq elan edərək idmançılara uğurlar arzulayıb. Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Muxtar respublikada qol güləşi idman növü ilə məşğul olanların idman ustalığının artırılması, idmançıların müxtəlif yarışlara hazırlıq səviyyəsinin müəyyənləşdirilməsi və kütləviliyə nail olunması məqsədini daşıyan yarışda 9 çəki dərəcəsində 60 idmançı mübarizə aparıb. Şəxsi birincilik uğrunda 60 kiloqram çəkidə Mövlan Fərəcov, 65 kiloqram çəkidə Hüseyn Cəfərov, 70 kiloqram çəkidə Nurlan Muradov, 75 kiloqram çəkidə Həsən Bayramov, 80 kiloqram çəkidə Asiman Mehdiyev, 85 kiloqram çəkidə Xəyal Kərimov, 90 kiloqram çəkidə Pənah Əliyev və 90 kiloqramdan yuxarı çəkidə Anar Qasımov adlarını birincilər sırasına yazdırıblar.
Qaliblər Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin diplom və hədiyyələri ilə mükafatlandırılıblar.

Səbuhi HƏSƏNOV

1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Paralimpiya Federasiyası ilə birgə 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında şahmat üzrə muxtar respublika birinciliyi keçirmişdir. Babək Rayon Uşaq-Gənclər Şahmat Məktəbində təşkil edilən tədbirə muxtar respublikanın müxtəlif bölgələrindən sağlamlıq imkanları məhdud 20 uşaq qatılmışdı.
Birincilik başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikası Par­alimpiya Federasiyasının sədr müavini Elçin Nəzərəliyev çıxış edərək muxtar respublikamızda bu qəbildən olan uşaqlara göstərilən dövlət qayğısından danışmışdır. Bildirmişdir ki, son illər sağlamlıq imkanları məhdud olan uşaqların istedad və bacarıqlarının üzə çıxarılması, bu keyfiyyətlərin düzgün istiqamətləndirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Belə tədbirlər sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə inteqrasiya olunmasında mühüm rol oynayır.
Birinciliyin hakimi Zakir Quliyev yarışın şərtləri barədə məlumat verdikdən sonra şahmat həvəskarları öz güclərini sınamışlar. Yarışın nəticələrinə görə, Babək rayonunun təmsilçisi Hüseyn Mirzəyev birinci, Şərur rayonunun təmsilçisi Orxan Şəfiyev ikinci, Naxçıvan şəhərinin təmsilçisi Təyyar Hüseynov üçüncü yerlərə layiq görülmüşlər.
Qaliblərə Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının qiymətli hədiyyələri, yarış iştirakçılarına mükafatlar verilmişdir.

Səbuhi HƏSƏNOV

V və VII sinif şagirdlərindən ibarət futbol komandaları arasında 2012-2013-cü dərs ilində “Məktəbli kuboku” uğrunda yarışa yekun vurulmuşdur. Turnir Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkilatçılığı ilə ölkəmizdə əvvəlcə bölgələr üzrə start götürmüşdür.
Naxçıvan Muxtar Respublikası üzrə zona birinciliyində VII sinif şagirdləri arasında Şərur şəhərindəki 2 nömrəli tam orta məktəbin komandası qalib olmuş və Bakı şəhərində respublika mərhələsində iştirak etmək hüququ qazanmışdır. Qeyd edək ki, ölkə paytaxtında VII sinif şagirdlərindən ibarət 3 min komanda gücünü sınamışdır.
Yarışda Şərur komandası yüksək texnikalı oyun nümayiş etdirmiş, Naxçıvanda və Bakıda keçirdiyi yarışların hamısında qələbə qazanmışdır. Ümumiyyətlə, mütəxəssislər tərəfindən şərurlu yeniyetmə futbolçuların texniki və taktiki keyfiyyətləri və fərdi oyundan kollektiv oyun sisteminə keçid prosesi təqdir olunmuşdur. Beləliklə, ölkə miqyasında VII sinif şagirdləri arasında keçirilən futbol yarışında Şərur şəhər 2 nömrəli tam orta məktəbin komandası çempion olmuş və kuboka yiyələnmişdir.
Komandanı yarışlara Şərur Rayon Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi, “Arpaçay” futbol komandasının baş məşqçisi Bilal Nağıyev və onun köməkçisi Bəhruz Əsədli hazırlamışlar.

Xəbərlər şöbəsi

Mayın 27-də Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə İlham Əliyev adına Olimpiya İdman Kompleksinin Üzgüçülük Mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş üzgüçülük üzrə muxtar respublika turniri keçirilib.
Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini Mirməcid Seyidov turniri açıq elan edərək idmançılara müvəffəqiyyətlər arzulayıb. Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Yarışda muxtar respublikanın şəhər və rayon komandalarının 20-yə yaxın üzvü iştirak edib. 50 metr məsafəyə sərbəst üsul üzrə keçirilmiş üzgüçülük turnirində Şahin Qubadov birinci, Fuad Babayev ikinci, Elşən Babayev isə üçüncü yerlərə layiq görülüblər.
Qaliblər Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin diplom və hədiyyələri ilə mükafatlandırılıblar.

Səbuhi HƏSƏNOV

İlham Əliyev adına Olimpiya İdman Kompleksində xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən muxtar respublika üzrə sərbəst güləş birinciliyinə mayın 25-də yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirliklərinin, Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda komanda hesabı ilə Naxçıvan şəhəri birinci, Şərur rayonu ikinci, babəkli idmançılar isə üçüncü yerlərə layiq görülüblər. 10 çəki dərəcəsində şəxsi birincilik uğrunda mübarizə aparan idmançılar arasında isə 42 kiloqram çəkidə Ərkal Məmmədov, 46 kiloqram çəkidə Əbülfət Məmmədov, 50 kiloqram çəkidə Məhərrəm Cabbarov, 54 kiloqram çəkidə Əli Haqverdiyev, 58 kiloqram çəkidə Aqil Qasımlı, 63 kiloqram çəkidə Əmrah Məmmədov, 69 kiloqram çəkidə Məzahir İsmayılov, 76 kiloqram çəkidə Əli Muradov, 85 kiloqram çəkidə İlham Zeynalov və nəhayət, 100 kiloqram ağırlıqda Rza Vəliyev adlarını qaliblər sırasına yazdırıblar.
Qaliblər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin diplom və hədiyyələri ilə mükafatlandırılıblar.

Səbuhi HƏSƏNOV

Məlum olduğu kimi, bu il sen­tyabrın 1-dən 8-dək ağır atletika üzrə Avropa birinciliyi keçiriləcəkdir. Çempionata hazırlıq məqsədilə Azərbaycan Respublikasının ağır atletika üzrə yeniyetmələrdən ibarət yığma komandası may ayının 18-dən Şərur Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlamışdır. Təlim-məşq toplanışı iyunun 4-dək davam edəcəkdir. 13-17 yaş arasında idmançılarla iki məşqçi – ağır atletika üzrə dördqat dünya çempionu, Azərbaycan Respublikasının əməkdar idman ustası Nizami Paşayev, Azərbaycan Respublikasının əməkdar idman ustası, ağır atletika üzrə dəfələrlə Azərbaycan çempionu olmuş Asif Məmmədov məşğul olurlar.
Ağır atletika üzrə yeniyetmələrdən ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Nizami Paşayev bizimlə söhbət zamanı dedi:
– İkinci dəfədir ki, Şərur şəhərində oluram. Burada çox möhtəşəm Olimpiya İdman Kompleksi istifadəyə verilib. Mübaliğəsiz deyirəm ki, bu idman ocağı paytaxtımızın idman komplekslərindən heç də seçilmir. Gözəl mehmanxanası, hər cür şəraiti olan idman zalları, üzgüçülük mərkəzi vardır. Bizim təlim-məşq toplanışımız da öz qaydasında gedir. Burada 20 günlük təlim-məşq toplanışımız başa çatdıqdan sonra məşqlərimizi Bakı şəhərində davam etdirəcəyik. Məqsədimiz ağır atletika üzrə yeniyetmələrdən ibarət Avropa çempionatına bu dəfə seçilmiş 8 ən güclü idmançı ilə qatılmaqdır. Təlim-məşq toplanışında iştirak edənlərin 1-i Naxçıvanın təmsilçisidir.
Öyrəndik ki, dördqat dünya çempionu Nizami Paşayev 2009-cu ildən ölkəmizin yeniyetmələrindən ibarət yığma komandasının baş məşqçisidir. Onun yetirmələrindən bir çoxu dəfələrlə dünya və Avropa çempionları olmuşdur. Təcrübəli məşqçinin bir çox yetirmələri isə hazırda ağır atletika üzrə Azərbaycan Respublikasının gənc­lərdən ibarət yığma komandasında ölkəmizin idman şərəfini qoruyurlar.

Cəfər ƏLİYEV

Dünən İlham Əliyev adına Olimpiya İdman Kompleksində xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikası üzrə sərbəst güləş birinciliyinə start verilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirliklərinin, Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov idmançıları salamlayaraq yarışı açıq elan edib.
Yarışda Naxçıvan şəhəri, Şərur, Babək, Şahbuz və Culfa rayonlarını təmsil edən 5 komanda iştirak edir. 10 çəkidə 100-ə yaxın idmançının iştirak etdiyi yarışda qaliblər həm komanda hesabında, həm də şəxsi birincilikdə müəyyənləşdiriləcək. Yarışın keçirilməsində məqsəd muxtar respublikamızda idmanın sərbəst güləş növünün kütləviliyini təmin etmək və seçilən idmançıları muxtar respublika yığma komandasına daxil etməkdən ibarətdir.
Yarışa bu gün yekun vurulacaq.

Səbuhi HƏSƏNOV

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş basketbol üzrə muxtar respublika turnirinə yekun vurulub.
Mayın 23-də İlham Əliyev adına Olimpiya İdman Kompleksində turnirin son mərhələsinin görüşləri keçirilib. Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və muxtar respublika Basketbol Federasiyasının təşkil etdiyi turnirdə iki yarımqrupda 8 komanda dairəvi sistem üzrə yarışıb. Finala çıxan komandalar arasında ilk qarşılaşma Şərur komandası ilə Naxçıvan şəhərinin 2 nömrəli komandası arasında olub. Görüş 32:19 hesabı ilə birincinin xeyrinə başa çatıb. Birinci və ikinci yerlər uğrunda mübarizə aparan 1 nömrəli Naxçıvan şəhər komandası ilə Ordubad komandası arasındakı görüş isə 52:42 hesabı ilə paytaxt idmançılarının qalibiyyəti ilə nəticələnib. Beləliklə, yekun turnirdə Naxçıvan şəhərinin 1 nömrəli komandası birinci, Ordubad komandası ikinci, Şərur komandası isə üçüncü yerə layiq görülüb.
Qalib komandaların üzvlərinə Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının diplom və qiymətli hədiyyələri təqdim olunub.

Səbuhi HƏSƏNOV

Mayın 17-dən 21-dək yeniyetmələr arasında keçirilən sərbəst güləş üzrə Azərbaycan birinciliyində 63 kiloqram çəkidə yeniyetmə güləşçimiz Təbriz Məmmədov da iştirak edib. İslam Hümbətov adına Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi olan güləşçimiz birinciliyə uğurlu başlayıb. O, ilk görüşündə qələbə qazanaraq növbəti mərhələyə keçib. Növbəti mərhələni də başa vuran Təbriz Məmmədov finala vəsiqə qazanıb. İdmançımızın final görüşü daha gərgin və maraqlı keçib. Birinci hissədə Təbriz Məmmədov inamlı təsir bağışlayıb. Təəssüf ki, həlledici dəqiqələrdə idmançımız təcrübəli rəqibinə məğlub olub. Bununla da, Təbriz Məmmədov gümüş medala sahib çıxıb. Fəxri yeri tutan təmsilçilərimizə diplom, medal və hədiyyə verilib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Basketbol idman növü 1891-ci ildə Massaçusets ştatının (ABŞ) Sprinqfilds kollecinin bədən tərbiyəsi müəllimi Ceyms Neysmit tərəfindən yaradılıb. Az vaxtda bu oyun Amerikada böyük şöhrət qazanıb. Hazırda dünyada milyonlarla insan bu idman növü ilə məşğul olur. Azərbaycanda basketbol digər idman növləri kimi hələ 1920-ci ildən əvvəl Bakıya işləməyə gəlmiş xarici neft şirkətlərində çalışan fəhlə və qulluqçuların təşəbbüsü ilə həyata vəsiqə alıb. Tarixi materiallar göstərir ki, hələ 1912-ci ildə “Soko” adlı ilk gimnastika cəmiyyətinin yaradıcısı, “Ştilman və Kompaniya” şirkətinin nümayəndəsi Ştrekker adlı bir varlı şəxs Bakıda ilk su stansiyasının tikilməsi təşəbbüsünü irəli sürüb və tədricən bu cəmiyyətin fəal iştirakı ilə basketbolun təbliğinə başlanılıb.

Ardını oxu...

Bakı şəhərində “Heydər Əliyev Kuboku” Beynəlxalq Boks Turniri keçirilib. Yeniyetmə idmançılar arasında keçirilən bu yarışda ölkəmizin komandaları ilə yanaşı, İrlandiya, Türkiyə, Hindistan, Türkmənistan, İsrail, Ukrayna, Qazaxıstan, Özbəkistan, Rusiya, Gürcüstan və Şotlandiya komandaları da mübarizəyə qoşulublar. Turnirdə iştirak edən muxtar respublikamızın idmançılarından Tayfur Əliyevin döyüşləri yaddaqalan olub. 52 kiloqram çəki dərəcəsində mübarizə aparan yeniyetmə idmançımız bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Boksçumuz yarımfinalda Ukrayna komandasının üzvünü məğlub edib. Finalda isə boksçumuzun rəqibi macarıstanlı olub. Bu dəfə də daha yaxşı döyüş nümayiş etdirən həmyerlimiz qələbə qazanıb. Qalib idmançımız diplom və kubokla təltif edilib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Mayın 17-də İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş kikboksinq üzrə muxtar respublika turnirinə yekun vurulub.

Ardını oxu...

“Naxçıvan” Sərhəd Diviziyasının, Təhsil, Gənclər və İdman nazirliklərinin təşkilatçılğı ilə keçirilən “Sərhəd” hərbi-idman oyununun Naxçıvan Muxtar Respublikası üzrə zona birinciliyini giriş sözü ilə diviziyanın komandir müavini, polkovnik Həmzə İmanov açıq elan edib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət himni oxunub.
Sonra “Naxçıvan” Sərhəd Diviziyasının zabiti, mayor Akif Əsəd­ovun, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Elxan Babayevin çıxışları olub. Qeyd olunub ki, Dövlət Sərhəd Xidməti sərhədlərimizin toxunulmazlığını təmin etməklə yanaşı, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması və onlarda sərhədçi peşəsinə marağın artırılması istiqamətində də tədbirlər həyata keçirir. Həmin tədbirlər sırasında “Sərhəd” hərbi-idman oyunları xüsusi yer tutur. Artıq ənənə şəklini almış bu oyunlar “Naxçıvan” Sərhəd Diviziyasının, Təhsil, Gənclər və İdman nazirliklərinin təşkilatçılığı ilə keçirilir.
Bildirilib ki, 7 komandanın iştirak etdiyi “Sərhəd” hərbi-idman oyunu bu dəfə də 3 turda keçirilir. Zonalar üzrə keçirilən yarışların qalibləri ikinci tura vəsiqə qazanıblar. Bu turda komandalar “Sıra hazırlığı”, “Maneələrin dəf edilməsi”, “Süni nəzarət zolağının yaradılması”, “Yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilməsi və onun təxliyəsi” və digər mərhələlərdə öz bacarıqlarını nümayiş etdiriblər.
Birinci yerə Ordubad şəhərindəki internat tam orta məktəbi, ikinci yerə Culfa rayon Yaycı kənd 2 nömrəli tam orta məktəbi, üçüncü yerə Kəngərli rayon Böyükdüz kənd tam orta məktəbi çıxıb. Qaliblərə kuboklar, medallar, diplomlar və hədiyyələr verilib. Birinci yerə çıxmış qalib komanda “Sərhəd” hərbi-idman oyununun Bakı şəhərində keçiriləcək respublika turunda muxtar respublikamızı təmsil edəcək.

Səbuhi HÜSEYNOV

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Futbol Federasiyasının təşkilatçılığı ilə XI muxtar respublika futbol çempionatının II dövrəsi çərçivəsində XVI turun oyunları yekunlaşıb. Bu turda qapılara, ümumilikdə, 10 qol vurulub. Turun ilk oyununda “Arpaçay” “Əlincə”yə 2:1 hesabı ilə qalib gəlib. Növbəti oyunlarda isə “Universitet” “Batabat”ı 2:0, “DİN FK” “Kəngərli”ni 3:0 hesabı ilə məğlub edib. Turun sonuncu qarşılaşmasında “Dübəndi” “Babək”in qapısından 2 cavabsız top keçirib.
Növbəti oyunlardan sonra turnir cədvəlində vəziyyət belədir:

Ardını oxu...

Mayın 16-da Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyası seminar-treninq keçirmişdir. Seminar-treninqi giriş sözü ilə federasiyanın sədr müavini Ənvər Məmmədov açaraq muxtar respublikada idmana göstərilən dövlət qayğısından danışmış, bu sahədə qarşıda duran vəzifələrdən bəhs etmişdir. Bildirilmişdir ki, mart ayının 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə, digər idman federasiyaları ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyası qarşısında da mühüm vəzifələr qoyulmuşdur. Bu vəzifələrin icrası ilə əlaqədar federasiyada bir sıra tədbirlər həyata keçirilmişdir. Qeyd olunmuşdur ki, bugünkü seminar-treninq həmin tədbirlərin davamıdır.
Sonra Azərbaycan Respublikası Basketbol Federasiyasının hakimlər kollegiyasının üzvü, beynəlxalq dərəcəli hakim Ələkbər Həsənov çıxış edərək slaydlarla məşqçilərin peşəkarlığı barədə tədbir iştirakçılarına məlumat vermiş, onları maraqlandıran sualları cavablandırmışdır.
Seminar-treninqə Ənvər Məmmədov yekun vurmuşdur.

Səbuhi HƏSƏNOV

Mayın 3-dən 11-dək ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Böyük Qafqaz dağlarının Şahdağ silsiləsinin Qızıl qaya massivində 3751 metr yüksəklikdə yerləşən Heydər Əliyev zirvəsinə ənənəvi kütləvi yürüş keçirilib. Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra başlanan yürüşdə 500 nəfərə yaxın iştirakçı Qızıl qaya massivinin ətəklərinə doğru istiqamət götürüb. Yürüşə muxtar respublikamızın 3 nəfərdən ibarət komandası da qatılıb. Mayın 4-dən 9-dək Heydər Əliyev zirvəsinə uğurlu yürüş etdiklərinə görə Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının “İlandağ” Klubunun üzvləri Amin Babayev ilə Yadigar Məmmədova Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən sertifikatlar verilib. May ayının 10-da keçirilən Heydər Əliyev zirvəsinə Zirvə qaçışı – dağçılıq yarışında isə Naxçıvan Dövlət Universitetinin tələbəsi Amin Babayev üçüncü yeri tutub. Mükafatçılar sırasına düşərək Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin diplom və qiymətli hədiyyələri ilə təltif olunan təmsilçimiz yürüşdə fərqləndiyinə görə milli yığma komandaya daxil edilib. Eyni zamanda muxtar respublikamızın komandası komanda hesabında ikinci yerə sahib olub. Yürüşdə fəal iştirak etdiyinə görə Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasına Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən təşəkkürnamə təqdim olunub.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Mayın 5-dən 8-dək Mingəçevir şəhərindəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə üzgüçülük üzrə beynəlxalq turnir keçirilib. Turnirdə muxtar respublikamızın idmançısı Şahin Qubadov da iştirak edib. Dəfələrlə ölkə və muxtar respublika miqyaslı yarışların mükafatçısı olmuş yeniyetmə üzgüçümüz bu yarışda da fərqlənib. Belə ki, turnirdə üzgüçülüyün 50 metr məsafəyə brass növü üzrə yarışan Şahin Qubadov üçüncü yerə layiq görülüb. Fəxri yeri tutan idmançımıza diplom verilib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş muxtar respublika üzrə kişilər arasında voleybol turnirinə yekun vurulub.
Dünən İlham Əliyev adına Olimpiya İdman Kompleksində turnirin son mərhələsinin görüşləri keçirilib. Həmin gün Şərur voleybolçuları Daxili İşlər Nazirliyinin komandasını, Sədərək komandası isə şahbuzlu rəqiblərini 3:0 hesabı ilə məğlub ediblər. Üçüncü-dördüncü yerlər uğrunda Şahbuz və DİN-in komandasının mübarizəsi 3:1 hesabı ilə asayiş keşikçilərinin xeyrinə başa çatıb. Birinci və ikinci yerlər uğrunda isə Sədərək və Şərur komandaları mübarizə aparıblar. Bu görüşün birinci hissəsi 25:13, ikinci hissəsi 25:22, üçüncü hissəsi isə 25:15 hesabı ilə Sədərək voleybolçularının xeyrinə başa çatıb. Beləliklə, Sədərək komandası turnirin qalibi olub. İkinci yerdə Şərur rayonunun, üçüncü yerdə isə DİN-in voleybol komandaları qərarlaşıb.
Qaliblərə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin diplomları, Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının qiymətli hədiyyələri verilib.


Xəbərlər şöbəsi

Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə 5000 metr məsafəyə kross yarışı keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirliklərinin, Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının təşkil etdiyi yarışa 400-ə yaxın atlet qatılıb.
Yarışı Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının sədri Rövşən Məmmədov açıq elan edərək muxtar respublikada idmana və idmançılara göstərilən dövlət qayğısından danışıb, atletləri dahi rəhbərin yubileyinə həsr olunmuş idman bayramı münasibətilə təbrik edib.
Sonra kross yarışına start verilib. Duzdağ massivində keçirilən yarışda oğlanlar arasında birinci yeri “Rabitə” İdman Klubunun yetirməsi Kərim Quliyev tutub. Heydər Əliyev adına Hərbi Liseyin təmsilçilərindən Fərdin Fərəcov ikinci, Fəzli Əliyev üçüncü olublar. Qızlar arasında isə finiş xəttinə Rəngiz Rəhimova ən tez çata bilib. Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Mədinə Abdullayeva ikinci, “Rabitə” İdman Klubunun yetirməsi Aytac Məmmədova üçüncü yerlərə layiq görülüblər.
Qaliblərə diplomlar və hədiyyələr verilib.

Xəbərlər şöbəsi

Ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi münasibətilə İlham Əliyev adına Olimpiya İdman Kompleksində kişilər arasında voleybol üzrə muxtar respublika turniri keçirilir.
Turniri Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının sədri Mənşur Gülməmmədli açıq elan edib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Sonra qarşılaşmalara başlanılıb. Səkkiz komandanın iki yarımqrupda mübarizə apardığı turnirin ilk qarşılaşması Ordubad voleybolçuları və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin komandası arasında olub. Bu görüşdə hər üç hissədə komandaların mövqeyi dəyişsə də, hesab Ordubad komandasının xeyrinə dəyişməyib. Asayiş keşikçiləri mübarizə meydanından 3:0 hesablı qələbə ilə ayrılıblar. Turnirin ikinci görüşündə Babək və Culfa komandaları qarşılaşıb. Qarşılaşma 3:2 hesabı ilə Culfa voleybolçularının xeyrinə başa çatıb. Sədərək və Şərur komandalarının qarşılaşmasında hər iki tərəf nümunəvi oyun nümayiş etdirib. İlk hissəni qalibiyyətlə başa vuran Sədərək voleybolçuları ikinci hissədə Şərur komandasının ciddi müqaviməti ilə üzləşiblər. Bu hissədə Şərur voleybolçuları hesabı bərabərləşdirə biliblər. Ancaq oyunun sonrakı gedişində Sədərək komandası nümunəvi oyun nümayiş etdirərək 3:1 hesabı ilə qalib gəlib. Həmin gün Şahbuz komandasının Ordubad voleybolçuları ilə qarşılaşmasının nəticəsi şahbuzlu azarkeşləri sevindirib. Bu görüş 3:0 hesabı ilə şahbuzluların xeyrinə başa çatıb. Şərur və Babək qarşılaşmasında Şərur voleybolçuları Sədərək komandasına məğlub olmanın əvəzini rəqib komandadan çıxıblar. Bu görüş 3:2 hesabı ilə Şərur voleybolçularının xeyrinə yekunlaşıb. DİN-in komandası ilə Kəngərli voleybolçularının görüşündə asayiş keşikçilərinin komandası rəqibini 3:0 hesabı ilə məğlub edib.
Dünən Culfa voleybolçularının Sədərək komandası ilə qarşılaşması 3:1 hesabı ilə sədərəklilərin xeyrinə yekunlaşıb. Həmin gün DİN-in komandası Şahbuz voleybolçuları ilə, Culfa idmançıları Şərur voleybolçuları ilə qarşılaşıblar.
Turnirin final qarşılaşmaları bu gün keçiriləcək.
Qeyd edək ki, turnirin hakimləri paytaxt Bakı şəhərindən dəvət olunmuş beynəlxalq dərəcəli hakimlərdir.

Səbuhi HÜSEYNOV

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən boks üzrə muxtar respublika turnirinə yekun vurulub.
Turnirin final mərhələsində 34 kiloqram çəkidə Muxtar Fərzəliyev və Asif Vəliyev qarşılaşıblar. Bu qarşılaşma Muxtar Fərzəliyevin qalibiyyəti ilə başa çatıb. 38 kiloqramda Məhəmməd Novruzov, 42 kiloqram çəki dərəcəsində Kərim Babayev birinci olublar. 46 kiloqram çəki dərəcəsində Nihad Quliyev fərqlənib. 50 kiloqramda Məhəmmədəli Bağırov İbrahim Cəfərzadə ilə görüşü qələbə ilə başa vurub. Bu yarışda 54 kiloqramda Arif Bayramov, 60 kiloqramda Ərzuman Tağıyev, 64 kiloqramda Novruz Kərimov, 69 kiloqramda Sərvər Abdullayev, 75 kiloqramda Emin Ağayev, 81 kiloqramda Elmar Qasımov, 91 kiloqramda Nurhal Əsgərli qalib olublar.
Qaliblərə medallar, diplomlar və qiymətli hədiyyələr verilib.

Səbuhi HÜSEYNOV

Muxtar respublikamızda bədən tərbiyəsinin və idmanın inkişafına göstərilən diqqət və qayğı idmanın bütün növləri kimi, boksun da inkişafında özünü göstərib. Bu qayğı idmançılarımızın yarışlara daha inamla, əzmlə qatılmasına böyük təkan verir. Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının səmərəli fəaliyyəti nəticəsində muxtar respublikada boks idman növü özünün yeni inkişaf mərhələsinə qədəm qoyub.

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən boks üzrə muxtar respublika turnirinin yüksək səviyyədə təşkili də deyilənlərə sübut idi.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov turniri açıq elan edib. Ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib. Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs kollektivinin, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Əlvan çiçəklər” mahnı və rəqs ansamblının çıxışları tədbir iştirakçılarında xoş ovqat yaradıb. 

Ardını oxu...

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sisteminə daxil olan gömrük orqanları əməkdaşları arasında şahmat turniri keçirilib.
Turnirin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov dünya şöhrətli siyasi və dövlət xadimi, müdrik şəxsiyyət Heydər Əliyevin doğum gününün hər il ölkəmizdə və onun hüdudlarından kənarda böyük məhəbbətlə qeyd olunduğunu vurğulayıb. Bu münasibətlə təşkil olunan şahmat turnirinin ənənəvi xarakter aldığını deyən komitə sədri bu cür tədbirlərin dahi rəhbərə sevgi və ehtiramın ifadəsi olduğunu qeyd edərək idmançılara uğurlar arzulayıb.
İki gün davam edən turnirdə 12 idmançı qüvvəsini sınayıb. Oyunlar dairəvi sistem üzrə keçirilib. Turnir boyunca oyun qaydalarını Naxçıvan Şahmat Mərkəzinin əməkdaşları qoruyublar.

Ardını oxu...

Dünyada qədim ənənələri ilə seçilən karate-do Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında bu gün çox populyardır. Muxtar respublikada bu idman növü Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının yaradılmasından sonra sürətlə inkişaf etməyə başlayıb. Ötən müddət ərzində karate-do idman növü üzrə muxtar respublika idmançıları beynəlxalq və ölkə miqyaslı yarışlarda böyük nailiyyətlər əldə ediblər. Əlbəttə, əldə olunan nəticələr dövlətin bu sahəyə diqqət və qayğısının bəhrəsidir. Bu diqqət və qayğıya cavab olaraq karate-do idman növünün muxtar respublikada daha da inkişaf etməsi və geniş yayılması üçün federasiya tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli liderimiz Heydər Əliyev­in 90 illik yubileyi münasibətilə keçirilən karate-do idman növü üzrə çempionat bir daha sübut etdi ki, Naxçıvanda bu idman növünə böyük maraq var. Gəncləri­mizin döyüş ruhuna yaxın olan karate­-do idmanı indi yüzlərlə uşaq, yeniyetmə və gəncin əsas məşğuliyyətidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi və muxtar respublika Futbol Federasiyasının təşkil etdiyi ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş futbol üzrə muxtar respublika turniri başa çatıb. İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublika Stadionunda keçirilən final qarşılaşmasında “DİN FK” və “Universitet” komandaları üz-üzə gəliblər.

“DİN FK”nın aramsız hücumları ilə başlayan final qarşılaşmasında asayiş keşikçiləri hesabı açıblar. Sonrakı dəqiqələrdə “Universitet” komandası fəallığı artırsa da, Daxili İşlər Nazirliyinin futbol komandasına üstün gələ bilməyib. Nəticədə, Daxili İşlər Nazirliyinin komandası 3:2 hesabı ilə oyunun qalibi olub. Beləliklə, futbol üzrə muxtar respublika turnirində “DİN FK” birinci, “Universitet” isə ikinci yerlərə layiq görülüblər. Komandaların mükafatlandırılması mərasimində Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Azad Cabbarov çıxış edərək qalib komandaları təbrik edib. Sonra Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının kuboku, diplomları, medalları və qiymətli hədiyyələri fəxri yerləri tutan komandalara təqdim olunub.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Ötən həftə muxtar respublikamız daha bir idman bayramına ev sahibliyi etdi. Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında “Naxçıvan kuboku” uğrunda ənənəvi Beynəlxalq Turnir keçirildi. Turnirin gedişində muxtar respublikamızın qonaqlarından bir neçəsi ilə görüşüb həmsöhbət olduq, fikirlərini öyrəndik:
Bəhman TALİBİ – Olimpiya dərəcəli hakim, Beynəlxalq Güləş Federasiyasının instruktoru:
– Mən Azərbaycan Güləş Federasiyası tərəfindən bu turnirə dəvət almışam. İlk olaraq bildirim ki, yarış beynəlxalq qaydalara tam uyğun olaraq keçirildi, hakimlər tərəfindən qaydaların pozulmamasına xüsusi diqqət yetirildi. Azərbaycanlı hakimlərin peşəkarlığı yüksək səviyyədədir. Əksəriyyətinin gənc olmasına baxmayaraq, yarışın hər bir görüşündə onların peşəkarlığı açıq-aşkar hiss edilirdi. Naxçıvanda keçirilən bu tədbirin yüksək səviyyədə təşkil edilməsi bu torpağın insanlarının dahi rəhbər Heydər Əliyevə nə qədər hörmət və ehtiram bəslədiklərinin göstəricisidir. Onu da qeyd etmək istəyirəm ki, bu gün Azərbaycanın güləş idman növündə əldə etdiyi nailiyyətlərin əsas səbəblərindən biri də dövlətin idmançılara göstərdiyi xüsusi qayğıdır. Gərgin mübarizə şəraitində keçən görüşlərdə Azərbaycan, eləcə də Naxçıvan pəhləvanları rəqibləri üzərində inamlı qələbələr qazandılar. Bildiyiniz kimi, Naxçıvan yığması bu turnirin qalibi oldu, Azərbaycan komandası isə ikinci yeri tutdu. Bu, çox gözəl nəticədir. Ümumiyyətlə, Naxçıvan güləşçilərinin çıxışlarından belə nəticəyə gəlmək mümkündür ki, bu diyarda artıq güclü idmançılar var və sayılıb-seçilən, tarixi ənənələrə malik güləş məktəbi formalaşıb. İnanıram ki, Naxçıvan güləşçiləri gələcəkdə də öz sözlərini deyəcək, beynəlxalq yarışlarda, olimpiya oyunlarında ölkənizin bayrağını yüksəklərə qaldıracaqlar.

Ardını oxu...

Bu günlərdə İsmayıllı rayonunda çağırış yaşına qədərki gənclər arasında yaz çağırışına həsr olunmuş “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə respublika çempionatı keçirilmişdir.
Gənclərdə vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin möhkəmləndirilməsi, çağırış və çağırış yaşına qədərki gənclərin hərbi hazırlığının gücləndirilməsi, onların ordu sıralarında xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi, idman oyunlarının keyfiyyət və kütləviliynin artırılması məqsədilə təşkil olunan respublika çempionatında 16 komanda iştirak etmişdir. Komandalar yarışların proqramına daxil edilmiş 100 metr məsafəyə qaçış, turnikdə dartınma, 2000 metr məsafəyə kross qaçış və qumbaraatma növləri üzrə mübarizə aparmışlar. Yarışda muxtar respublikamızı təmsil edən Ordubad rayon komandası 760 xalla ikinci yerə layiq görülmüşdür.

Xəbərlər şöbəsi

Martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı müşavirədə Ali Məclisin Sədri demişdir: “Muxtar respublikanın özündə federasiyalararası yarışları canlandırmadan ölkə və beynəlxalq əhəmiyyətli yarışlara hazırlıq səviyyəsini artırmaq mümkün olmayacaqdır. Fəaliyyətin bu qaydada təşkili diqqətdə saxlanılmalı, peşəkar məşqçilərin dəvət edilərək muxtar respublikada seminar və məşğələlər keçirmələri bundan sonra da təmin olunmalı, onların fəaliyyəti üçün lazımi şərait yaradılmalıdır”.
Bütün bunları nəzərə alaraq, Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası bu idman növü üzrə Bakı şəhərindən peşəkar məşqçi dəvət etmiş, onun rəhbərliyi ilə Şərur Olimpiya İdman Kompleksində seminar təşkil olunmuşdur.
Seminarda Bakı Çoxmübarizəli İdman Federasiyası “Araz” idman klubunun rəhbəri, üçqat Avropa, ikiqat dünya çempionu Siyavuş Bayramov yeniyetmə və gənc idmançıların karate-do üzrə hazırlığını yoxlamış, tövsiyələrini vermişdir.

Ardını oxu...

İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər (1993-1995-ci il təvəllüdlü) arasında keçiriləcək beynəlxalq turnirin iştirakçıları mayın 3-də muxtar respublikaya gəliblər.
Dünən İlham Əliyev adına Olimpiya İdman Kompleksinin Üzgüçülük Mərkəzində turnirə hazırlıq məqsədilə texniki konfrans və hakimlərin seminarı keçirilib. Texniki konfransda komandaların yarışacağı qruplar bəlli olub, hakimlərin seminarında isə yarışlara nəzarət edəcək hakimlər müəyyənləşdirilib. İlham Əliyev adına Olimpiya İdman Kompleksində idmançıların çəkiləri dəqiqləşdirilib.
Sonra qonaqlar Duzdağ Fizioterapiya Mərkəzində, “Əcəmi Seyrəngahı”nda olublar.
Məlumat üçün bildirək ki, beynəlxalq turnirdə 8 çəki dərəcəsində idmançılar qələbə uğrunda mübarizə aparacaq. Turnirdə 6 ölkədən 8 komanda “A”, “B” qrupları üzrə yarışacaq. “A” qrupunda Azərbaycan, Şərur, Özbəkistan, Rusiya komandaları,“B” qrupunda isə Naxçıvan, Ukrayna, Gürcüstan, Türkiyə komandalarından olmaqla, 100-ə yaxın idmançı yarışlara qatılacaq.

Xəbərlər şöbəsi

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Babək rayonunun təhsil ocaqları arasında keçirilən sərbəst güləş üzrə yarışlar başa çatıb. Məlumat üçün bildirək ki, aprel ayının 11-də 8 komandanın iştirakı ilə iki zona üzrə təşkil edilən yarışda 6 komanda rayon turuna vəsiqə alaraq bu turda gücünü sınayıb. Yarışlarda 15 çəki dərəcəsində idmançılar qələbə uğrunda mübarizə aparıblar. Final yarışı başlanmazdan əvvəl Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səlvər Hacıyev, Uşaq-Gənc­lər İdman Məktəbinin direktoru Fizuli Salmanov çıxış edərək, ölkəmizdə digər sahələr kimi, idmanın da yüksək səviyyədə inkişaf etdirilməsində ulu öndər Heydər Əliyevin xidmətlərindən danışıblar. Maraqlı və gərgin keçən birincilikdə təhsil ocaqları arasında birinci-üçüncü yerləri müvafiq olaraq Zeynəddin, Şıxmahmud, Cəhri kənd tam orta məktəblərinin komandaları tutublar.
Qeyd edək ki, Babək rayonunun qaliblərdən təşkil edilmiş komandası may ayının 14-də keçiriləcək Naxçıvan Muxtar Respublika birinciliyində iştirak edəcək.

Xəbərlər şöbəsi

Ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Şərur Olimpiya İdman Kompleksində keçirilən Paralimpiya İdman Festivalının ikinci günü atletika, cüdo, poverliftinq, oxatma, oturaq voleybol, qılıncoynatma, armreslinq, stolüstü tennis və digər idman növləri üzrə yarışlar keçirilib. Yarışlar paralimpiyaçılarımızın taktiki və texniki imkanlarını, qələbə əzmini maksimum nümayiş etdirməsi, hər bir qarşılaşmanın gərgin mübarizə şəraitində keçməsi ilə yadda qalıb. Muxtar respublika paralimpiyaçıları da bu festivalda nümunəvi oyun sərgiləyiblər.
Sonda yarışın qaliblərinə və iştirakçılarına kuboklar, fəxri fərmanlar və diplomlar təqdim olunub.

Xəbərlər şöbəsi

Azərbaycanda ilk dəfə keçirilən festivalın dünən açılış mərasimi olub

Dünən Şərur Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin 90 illik yubi­leyi münasibətilə ölkəmizdə ilk dəfə keçirilən Paralimpiya İdman Festivalının açılış mərasimi olub. Tədbirdən əvvəl festival iştirakçıları ümummilli liderimizin Naxçıvan şəhərindəki abidəsi önünə gül-çiçək dəstələri düzüb, Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Ardını oxu...

Naxçıvan Şahmat Mərkəzində keçirilən, ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Naxçıvan Open-2013” Beynəlxalq Şahmat Festivalı başa çatıb.
Sonuncu IX turdan sonra “C” qrupunda Sumqayıt şahmatçısı Murad İbrahimli 8 xalla birinci olub. Bakı şahmatçısı Qurban Bayramov 7,5 xalla ikinci, digər bir Bakı şahmatçısı Kənan Qarayev eyni xalla üçüncü yeri tutub.
“B” qrupunda Ağdam şahmat məktəbinin yetirməsi Fariz Əhmədov 7,5 xalla birincilik əldə edib. İran şahmatçısı Aryan Qolami ikinci, Bakı şahmatçısı Günay Məmmədzadə isə 9 mümkün xaldan 7,5 xal toplayaraq üçüncü olub. Bu qrupda Toğrul Həsənzadə muxtar respublika şahmatçıları arasında ən yaxşı nəticəni göstərib və mükafatçılar sırasına düşüb.
Yüksək reytinqli şahmatçıların yarışdığı “A” qrupunda ötən turun lideri olan Qədir Hüseynov son turda üçüncü sıraya geriləyib. IX turdan sonra turnir cədvəlinə rusiyalı şahmatçı İqor Kurnosov liderlik edib və qalib olub. Digər bir Rusiya şahmatçısı Aleksandr Şimanov ikinci, Azərbaycan şahmatçısı Qədir Hüseynov üçüncü olub. Bu qrupda Naxçıvan şahmatçısı Talıb Babayev mükafatçılar sırasına düşüb.
Dünən festivalın bağlanış mərasimi keçirilib. Mərasimdə çıxış edən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, yarışların baş hakimi Faiq Həsənov qeyd edib ki, ulu öndər Heydər Əliyevin 90 illik yubi­leyinə həsr edilən yarışda 16 ölkəni təmsil edən şahmatçıların iştirak etməsi yarışa beynəlxalq səviyyədə olan marağın göstəricisidir.
“A” qrupunun lideri, rusiyalı şahmatçı İqor Kurnosov yarışın yüksək səviyyədə təşkil olunmasına görə təşkilatçılara minnətdarlığını bildirib.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Vüqar Səfərov yarışda qələbə qazanan şahmatçıları təbrik edib.
Sonda qaliblər mükafatlandırılıb.

Xəbərlər şöbəsi

Babək Rayon Uşaq-Gənclər Şahmat Məktəbində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 il­lik yubileyi münasibəti­lə Babək rayonunun üm­um­təhsil məktəbləri ar­a­sında şahmat və dama yarışının final mərhələsi keçirilmişdir.
Yarış başlanmazdan əvvəl Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Abbas Əliyev çıxış edərək bildirmişdir ki, İcra Hakimiyyətinin tədbirlər planına əsasən, ulu öndər Heydər Əliyevin 90 illik yubileyi Babək rayonunda silsilə tədbirlərlə geniş qeyd olunur. Fevral ayından zonalarda start götürən şahmat və dama yarışları da bu tədbirlərin davamıdır.
Babək Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin baş hakimi Zakir Quliyev yarışın qaydaları barədə məlumat vermişdir.
Yarışın nəticələrinə görə, şahmat üzrə Babək qəsəbə tam orta məktəbinin komandası birinci, Nehrəm kənd 3 nömrəli tam orta məktəbin komandası ikinci, Kərimbəyli kənd tam orta məktəbinin komandası üçüncü olmuşdur.
Dama yarışı üzrə Nehrəm kənd 2 nömrəli tam orta məktəbin komandası birinci, Xəlilli kənd tam orta məktəbinin komandası ikinci, Cəhri kənd 1 nömrəli tam orta məktəbin komandası üçüncü yerə layiq görülmüşdür.
Qaliblərə diplom və hədiyyələr verilmişdir.

Xəbərlər şöbəsi

“A” qrupunda Azərbaycan şahmatçısı turnir  cədvəlinə liderlik edir

Ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən “Naxçıvan Open-2013” Beynəlxalq Şahmat Festivalında VIII turun oyunları yekunlaşıb. Bu turda “C” qrupunda Sumqayıt şahmatçısı Murad İbrahimli 7,5 xalla birinci sırada qərarlaşıb. Gəncə şahmatçısı Qurban Bayramov ikinci, Bakı şahmatçısı Kənan Qarayev üçüncü sıradadır. İkinci və üçüncü sıraları bölüşən şahmatçıların beynəlxalq reytinq əmsalı 1200-1706 arasında dəyişir. Naxçıvan şahmatçısı Rəvan Rəhimov isə VIII turdan sonra 6 xal toplaya bilib və beşinci yerə sahiblənib.
Bu turda “B” qrupunda Ağdam şahmatçısı, beynəlxalq reytinq əmsalı 2128 olan Fariz Əhmədov 7,5 xalla birincidir. İkinci sırada FİDE ustası, İran şahmatçısı Aryan Qolami 6,5 xalla inamlı mübarizəsini davam etdirir. Bakı şahmatçısı Günay Məmmədzadə isə üçüncü yerdə qərarlaşıb. Naxçıvan şahmatçısı Toğrul Həsənzadə 5,5 xalla 13-cü sıradadır.
Yüksək reytinqli şahmatçıların qələbə uğrunda mübarizə apardığı “A” qrupunda VIII turdan sonra Azərbaycan şahmatçısı Qədir Hüseynov 6 xalla turnir cədvəlinə liderlik edir. Rusiyalı şahmatçı İqor Kurnosov 5,5 xalla ikinci, belaruslu şahmatçı Aleksey Aleksandrov eyni xalla üçüncü sıradadır. Naxçıvan şahmatçısı Talıb Babayevin VIII turdan sonra 4, digər bir həmyerlimiz Ürfan Sevdimalıyevin isə 3 xalı var. Azərbaycan şahmatçısı Qədir Hüseynov bu turda gürcü şahmatçı Levan Pantsulaiaya qalib gəlib və bu qalibiyyət ona liderlik mövqeyini qazandırıb. Bu tur Türkan və Zeynəb Məmmədyarovalar üçün uğurlu olmayıb. Belə ki, hər iki şahmatçı rəqibləri ilə görüşdə məğlubiyyətlə qarşılaşıblar. Turnir davam edir.

Xəbərlər şöbəsi

Balakən Rayon Olimpiya İdman Kompleksində məktəblilərin VI respublika oyunlarının proqramına daxil olan sərbəst güləş üzrə yarış keçirilmişdir. Yarışda muxtar respublikamızın da komandası iştirak etmişdir. Güləşçilərimizdən 42 kiloqram çəkidə mübarizə aparan Əyyub Sadıxov finala qədər yüksələ bilmişdir. Həlledici mərhələdə də bu üstünlüyü əldən verməyən güləşçimiz yarışın qızıl medalına sahib olmuşdur. 47 kiloqram çəkidə öz qüvvəsini sınayan Sənan Zeynalov isə yarışda üçüncü yerə çıxaraq mükafatçılar sırasına düşmüşdür. Digər idmançılarımızdan 52 kiloqramda güləşən Qoca Əhmədov üçüncü yerlə kifayətlənərək bürünc medalla mükafatlandırılmışdır. Fəxri yerləri tutan idmançılarımıza diplomlar və medallar verilmişdir.


Naxçıvan Muxtar Respublikası
 Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR