22 Dekabr 2024, Bazar

Bu il mart ayının 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı müşavirədə Ali Məclisin Sədri “Araz” klubunun yaradılması haqqında tapşırıq verib. Beləliklə də, Naxçıvana peşəkar futbolun qayıtmasının təməli qoyulub. Bu iş Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyinə və Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasına həvalə edilib. Ötən müddət ərzində adıçəkilən qurumlar tərəfindən yeni komandanın formalaşdırılması istiqamətində konkret addımlar atılıb, komandaya yeni baş məşqçi cəlb olunub. Baş məşqçi SSRİ idman ustası, Azərbaycan milli futbol komandasının, sonra “Turan” komandasının sabiq məşqçisi olmuş veteran futbolçu Əsgər Abdullayevdir. İyun ayının 3-dən Əsgər Abdullayev və fiziki hazırlıq üzrə məşqçi, milliyyətcə gürcü olan Yevgeni Qurqadze Şərur Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı aparmış, “Araz” komandasına oyunçu seçimi ilə məşğul olmuşlar.

İyulun 9-da Şərur Olimpiya İdman Kompleksində “Araz” futbol klubuna seçilmiş peşəkar futbolçularla əmək müqaviləsi bağlanmasına həsr edilmiş mərasim keçirilmişdir. Tədbiri giriş sözü ilə açan “Araz” futbol klubunun icraçı direktoru Orxan Cabbarov bildirmişdir ki, bu gün futbol idman növü Azərbaycanda, eləcə də muxtar respublikamızda böyük dövlət dəstəyi göstərilən və ilbəil öz uğurlarını artıran kütləvi idman növüdür. Yüzlərlə yeniyetmə və gənc futbolla məşğul olur, bu idman növünün inkişafı istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. “Araz” komandasının yenidən təşkil edilməsi də muxtar respublikamızda idmana göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Tədbirdə komandanın baş məşqçisi Əsgər Abdullayev çıxış edərək demişdir ki, Naxçıvanda müasir idman bazaları, stadionlar, komplekslər mövcuddur. Odur ki, burada yaxşı komanda formalaşdırmaq mümkündür. İyunun əvvəllərindən komandanın oyunçularının seçiminə başlamışıq və artıq bu işi başa çatdırmışıq. Komandanı formalaşdırdıqdan sonra məşqləri Bakı şəhərində davam etdirəcək, bir sıra yoldaşlıq görüşləri keçirəcək, komandamızın oyun səviyyəsini müəyyənləşdirəcəyik. Növbəti mövsümdən birinci divizionda mübarizə aparmağı qarşımıza məqsəd qoymuşuq. “Araz” ev oyunlarını Naxçıvan şəhərindəki muxtar respublika stadionunda keçirəcək. Biz birinci divizionda yaxşı nəticə göstərməyə və azarkeşləri sevindirməyə çalışacağıq.
Sonda “Araz” komandasına qəbul olunmuş peşəkar futbolçularla əmək müqaviləsi bağlanmışdır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR