Babək Rayon Uşaq-Gənclər Şahmat Məktəbində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Babək rayonunun ümumtəhsil məktəbləri arasında şahmat və dama yarışının final mərhələsi keçirilmişdir.
Yarış başlanmazdan əvvəl Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Abbas Əliyev çıxış edərək bildirmişdir ki, İcra Hakimiyyətinin tədbirlər planına əsasən, ulu öndər Heydər Əliyevin 90 illik yubileyi Babək rayonunda silsilə tədbirlərlə geniş qeyd olunur. Fevral ayından zonalarda start götürən şahmat və dama yarışları da bu tədbirlərin davamıdır.
Babək Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin baş hakimi Zakir Quliyev yarışın qaydaları barədə məlumat vermişdir.
Yarışın nəticələrinə görə, şahmat üzrə Babək qəsəbə tam orta məktəbinin komandası birinci, Nehrəm kənd 3 nömrəli tam orta məktəbin komandası ikinci, Kərimbəyli kənd tam orta məktəbinin komandası üçüncü olmuşdur.
Dama yarışı üzrə Nehrəm kənd 2 nömrəli tam orta məktəbin komandası birinci, Xəlilli kənd tam orta məktəbinin komandası ikinci, Cəhri kənd 1 nömrəli tam orta məktəbin komandası üçüncü yerə layiq görülmüşdür.
Qaliblərə diplom və hədiyyələr verilmişdir.
Xəbərlər şöbəsi