20 May 2024, Bazar ertəsi

Mayın 17-də İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş kikboksinq üzrə muxtar respublika turnirinə yekun vurulub.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov turniri açıq elan edərək idmançılara uğurlar arzulayıb. 
14 çəkidə 130-a yaxın idmançının iştirak etdiyi yarışda 1995-1996-cı il təvəllüdlü idmançılar arasında 54 kiloqram çəki dərəcəsində Ruslan Musayev, 61 kiloqram çəki dərəcəsində Samiq Seyidzadə, 65 kiloqram çəki dərəcəsində Samir Sarıyev; 1998-1999-cu il təvəllüdlülər arasında 51 kiloqram çəki dərəcəsində Əhməd Cəfərov, 57 kiloqram çəki dərəcəsində Rəşid Sultanlı, 65 kiloqram çəki dərəcəsində Zal Mətin; 1999-2000-ci il təvəllüdlü idmançılar arasında 36 kiloqram çəki dərəcəsində Fərid Məmmədov, 42 kiloqram çəki dərəcəsində Araz Hüseynzadə, 48 kiloqram çəki dərəcəsində Kərim Babayev, 57 kiloqram çəki dərəcəsində Abbas Qədimov birinci yerə layiq görülüblər. Turnirin ən azyaşlı iştirakçıları – 2001- 2003-cü il təvəllüdlü idmançılar arasında isə 30 kiloqram çəki dərəcəsində Rövnət Alcəfərov, 36 kiloqram çəki dərəcəsində Turan Quliyev və 42 kiloqram çəki dərəcəsində Uğur İskəndərov birinciliyi əldə ediblər.
Sonda turnirin qaliblərinə Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının diplom və qiymətli hədiyyələri verilib.

Səbuhi HƏSƏNOV

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR