“Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında boks üzrə yeniyetmələr arasında Ordubad rayon birinciliyi keçirilmişdir. Birincilikdə 3 çəkidə 18 idmançı yarışmışdır. Yarışda müvafiq çəkilərdə Elvin Seyidov, Novruz Sadiqov və Arzu Qasımov birinci yerləri tutmuşlar. Yer tutan idmançılara Ordubad Rayon Gənclər və İdman İdarəsinin diplomları verilmişdir.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti