21 Dekabr 2024, Şənbə

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə sağlamlıq imkanları məhdud uşaqların mənəvi dünyasının zənginləşməsi, intellektual səviyyəsinin yüksəldilməsi, müxtəlif sahələr üzrə biliklərə yiyələnməsi istiqamətində silsilə tədbirlər həyata keçirir.
Həmin tədbirlərin davamı kimi mayın 30-da 18 yaşınadək uşaqlar arasında kompyuter vasitəsilə “Yurdumuzu tanıyaq” adlı bilik yarışı keçirilib.
Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində təşkil olunan yarışda iştirak edən sağlamlıq imkanları məhdud 18 uşaq altı qrupda, üç mərhələdə yarışıb. Muxtar respublikamızın tarixi, mədəniyyəti və coğrafiyası haqqında onlara 40 sual təqdim edilib.
Sonda qaliblər mükafatlandırılıb, yarışın digər iştirakçılarına isə həvəsləndirici hədiyyələr verilib.
Həmin gün sağlamlıq imkanları məhdud uşaqlara Naxçıvan Dövlət Uşaq Teatrında xalq nağılları əsasında səhnələşdirilmiş “Daşdəmirin nağılı” tamaşası göstərilib. Doğruluq, düzgünlük, xeyirxahlıq kimi yüksək insani keyfiyyətləri təlqin edən tamaşa uşaqlar tərəfindən rəğbətlə qarşılanıb.
Mayın 31-də isə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında sağlamlıq imkanları məhdud uşaqlara övlad-valideyn münasibətləri, böyüyə hörmət və xeyirxahlıqdan bəhs edən “Seymurun sirli dünyası” adlı tamaşa göstərilib.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Kitab bilik mənbəyidir. Kitab oxumaq düşüncə qabiliyyətini inkişaf etdirir, söz xəzinəmizi artırır, dünyaya və ictimai-sosial hadisələrə baxış şəklimizi dəyişdirir, doğru qərarlar verib seçimlər etməyimizə kömək edir. Oxumaq çox geniş məfhumdur – beşikdən qəbir evinə qədər...

Bəli, kitabların insanın inkişafındakı rolunu danmaq olmaz. Kitab və mütaliə çox önəmli məsələdir. Keçmişdən bu günümüzədək yazılan bir çox kitab hər dövr üçün insanın tərbiyə olunmasında, dünyagörüşünün artmasında böyük rol oynayıb. Kitab bəzək əşyası deyil, kitablar oxunmaq üçün yazılır. Doğrudur, oxunan hər kitabda təbliğ olunan fikirlərlə razılaşmaya bilərik, ancaq bir fikri oxumadan tənqid etmək də düzgün deyil.
Həm uşaqların, həm də gənc nəslin tərbiyə olunmasında kitablar böyük əhəmiyyət daşıyır. Oxumaq bizi məqsədimizə aparacaq vasitədir və bu vasitə bizim seçdiyimiz məqsədin doğru və yanlış olması barədə qərar verməyimizə kömək edir. Necə ki Volter demişdir: “Oxumaq ruhu ucaldar”.
Müasir dövrdə gənclərin çoxu mütaliə üçün internet məlumatlarını üstün tuturlar. Ancaq heç bir informasiya, heç bir qısa xülasə oxunan kitab qədər dolğun məlumat verə bilməz. Müasir dövrümüzdə gənc nəslin əksər nümayəndəsi vaxtının çoxunu internet resurslarında keçirir, istədiyi məlumatı internet vasitəsilə əldə edir. Kitab oxumamaq gənclərdə nitq pozulması, özünüifadə edə bilmə­mə kimi fəsadlara gətirib çıxarır.

Ardını oxu...

İstənilən halda vətəndaş məsuliyyəti,vətəndaş mövqeyi önə keçməlidir

Vətənpərvərlik... Bu ali hissin mahiyyəti Vətənə məhəbbət və onun yolunda şəxsi maraqlarını qurban verməyə əsaslanan bir bağlılıq üzərində qurulub. Bu bağlılıq həm də milli heysiyyət və ya milli qürur kimi də səciyyələndirilə bilər. Tarixi təcrübədən də aydındır ki, millətin və dövlətçiliyin formalaşması şəraitində vətənpərvərlik millətin və dövlətçiliyin inkişafının ümummilli anlarını əks etdirən ictimai düşüncənin tərkib hissəsinə çevrilir. Müstəqilliyimizin bərpa edilməsindən sonrakı dövr də daxil olmaqla müasir dünya düzənindəki qloballaşma deyilən və bu gün də davam edən hadisə və proseslər axını bizi hər bir məsələyə milli maraqlar çərçivəsində baxmağa məcbur edir; bu məcburiyyət isə ən əvvəl bizdən əsl vətəndaş olmağı tələb edir. Bəs bu gün hər birimiz əsl vətəndaş ola bilirikmi? Və ya əsl vətəndaş olmaq üçün hansı keyfiyyətlərə malik olmaq lazımdır? Suala aydınlıq gətirməzdən əvvəl “vətəndaş” sözünün mahiyyətinə varaq.
“Vətəndaş” dedikdə müəyyən dövlətlə hüquqi və siyasi bağlılıq münasibətləri olan fərd başa düşülür. Ancaq biz məsələnin hüquqi yox, necə deyərlər, fəlsəfi tərəfinə toxunmağa, mənəvi ucalığından bəhs etməyə çalışacağıq. Dilimizin təbii çalar zənginliyindən irəli gəlir ki, bir çox dillərdən fərqli olaraq, Azərbaycan dilində işlədilən “vətəndaş” sözü “vətən” sözündən yaranmışdır. Dolayısı ilə, vətəndaş olmaq mənsub olduğumuz Vətəndə təkcə hüquqi imkanlar yaratmır, eyni zamanda onu sevmək və ona layiqli övlad olmaq təmənnası qoyur qarşımızda. Vətən təmənnası isə seviləndir, müqəddəsdir. Deməli, vətəndaş olmağın yolu vətənpərvər olmaqdan keçir.

Ardını oxu...

1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət və Turizm nazirliklərinin birgə təşkilatçılığı ilə uşaqlar üçün ekskursiya təşkil olunmuşdur.
Sağlamlıq imkanları məhdud, hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrin uşaqlarından ibarət ekskursiya iştirakçıları əvvəlcə Heydər Əliyev Muzeyinə gəlmiş, burada ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında onlara geniş məlumat verilmiş, uşaqlar eksponatlarla tanış olmuşlar. Sonra uşaqlar Duzdağ Fizioterapiya Mərkəzinə, Naxçıvan Dövlət Tarix Muzeyinə, Möminə xatın türbəsinə, Açıq Səma Altında Muzeyə gəlmiş, onlara bu obyektlər barədə ətraflı məlumat verilmiş, Naxçıvan Dövlət Film Fondunda “Biz qayıdacağıq” adlı film göstərilmişdir.
Ekskursiya çərçivəsində “Gənclik kafesi”ndə uşaqlara çay süfrəsi açılmış və hədiyyələr verilmişdir.

Xəbərlər şöbəsi

Culfa rayonunda inzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının və notariat hərəkətlərinin aparılması zamanı qanunvericiliyin tələbləri” mövzusunda seminar-müşavirə keçirilmişdir. Seminar-müşavirəni giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini Nazim İmaməliyev açmışdır.
Sonra Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik şöbəsinin rəisi, ədliyyə müşaviri Ayaz Məhərrəmovun “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının və notariat hərəkətlərinin aparılması münasibətlərini tənzimləyən qanunvericilik”, Qeydiyyat və notariat şöbəsinin baş məsləhətçisi, kiçik ədliyyə müşaviri Səyyub Kərimovun “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının və notariat hərəkətlərinin aparılmasının əsas qaydaları və qanunvericiliyin tələbləri” mövzularında məruzələri dinlənilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasında vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının və notariat hərəkətlərinin aparılmasında zəruri qanunvericilik bazası yaradılmış, bu sahə ilə bağlı münasibətləri tənzimləyən qanunvericilik inkişaf etdirilmiş və təkmilləşdirilmişdir.
Sonda seminar-müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Xəbərlər şöbəsi

Tarix yaşayır, tarix qorunur, gələcək nəsillərə ötürülür
Culfa rayonunun Xanəgah kəndindən yazı hazırlamağa gedərkən gülün gülü, çiçəyin çiçəyi çağırdığı yağışlı yaz günlərinin biri idi.
Avtomobilimiz Əlincəçayın sahili ilə irəlilədikcə bir-birini əvəz edən yaraşıqlı kənd mənzərələri fonunda uzaqdan görünən, bir zamanlar 14 il düşmən qarşısında məğrur dayanan Əlincə qalası ucalıq, qəhrəmanlıq, möhtəşəmlik simvolu kimi bu qədim yurd yerinin ulu tarixini yada salırdı. Hər daşında, qayasında şərəfli bir tarixlə bağlı həqiqətlər yaşanan Xanəgahı Əlincəçay iki yerə bölüb. Elə magistral yoldan çayın sol hissəsində daha bir tarixi abidə diqqəti cəlb edir. Bu, Xanəgah Abidə Kompleksidir. 2005-ci ildə bu kompleksdə əsaslı təmir işləri aparılıb. Kompleksə hürufilik cərəyanının başçısı Fəzlullah Nəiminin türbəsi, məscid binası, sərdabə və naməlum abidənin sütunları daxildir. Bu gün hər bir xanəgahlı bu kənddə yaşamaqdan qürur hissi duyur. Əlincə qalası, Xanəgah Abidə Kompleksi onlara yaşayış məntəqəsinin tarixini danışır. İnsana yüksək vətənpərvərlik, yurda bağlılıq, onun keçmişinə ehtiram hissləri aşılayan, tarixi özündə yaşadan abidələr Xanəgahın pasportudur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun və Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dünən Culfa rayonunda idarə, müəssisə işçilərinin, özəl sektor üzrə hüquqi və fiziki şəxslərin, o cümlədən torpaq mülkiyyətçilərinin iştirakı ilə “Pensiya siyasəti, sosial sığorta qanunvericiliyi, sosial sığorta sistemində fərdi uçotun tətbiqi” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Nazim İmaməliyev açmışdır.
Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları Yaşar Məmmədov, Fərzi Seyidov, Bahadur Quliyev çıxış edərək könüllü sosial sığortanın mahiyyəti və üstünlükləri, əmək pensiyaları haqqında qanunvericiliyin tətbiqi, pensiyaların təyinatı, ödənişi ilə bağlı tədbir iştirakçılarına məlumat vermişlər.
Tədbirin sonunda yeni əmək fəaliyyətinə başlayan bir qrup vətəndaşa onların fərdi uçot sistemində qeydiyyata alındığını və onlar üçün fərdi şəxsi hesab açıldığını təsdiq edən sosial sığorta şəhadətnaməsi verilmişdir.

Xəbərlər şöbəsi

Cəmiyyətin sürətli inkişafı insanlara lazım olan bir çox xidmətlərin də təkmilləşməsini şərtləndirir. İqtisadi həyatda, alğı-satqı əməliyyatlarında pul ödəmələrinin təkmilləşdirilməsi ilə bağlı əldə olunmuş müasir dünya təcrübəsinin tətbiqi də bu baxımdan günün vacib məsələlərindəndir. Xüsusən plastik kartlardan geniş istifadə olunması ilə ödəniş əməliyyatlarında yaranan sürət və rahatlıq bu ödəmə formasına daha çox üstünlük verməyi tələb edir. Məqsəd insanların müxtəlif ödənişləri sürətlə yerinə yetirməsilə öz vaxtına qənaət etməsi, günün istənilən saatında və praktik olaraq dünyanın istənilən yerində pul ödənişlərini həyata keçirməsidir. Qloballaşan dünyada hər dəqiqənin dəyərini yüksək qiymətləndirən hər bir insana lazım olan mühüm tələbatlardan biri də budur.

Bir ödəniş vasitəsi olaraq pul insan həyatında, onun iqtisadi fəaliyyətində mühüm yer tutur. Dəyər ölçüsü kimi pulla əlaqədar məsələləri üç qrupa ayırsaq, bunlar pulun əldə olunması, mühafizəsi və xərclənməsi zamanı yaranan, hər birimizin tez-tez rastlaşdığımız problemlərdir. Pulun daha çevik və sürətli dövriyyəsi, onun etibarlılığı isə bir başqa problem kimi özünü göstərməkdədir. Buna görə də hazırda elektron pullar kimi tanınan plastik kartlardan istifadə ilə ödənişlərə geniş yer verilməsi belə problemlərin həllinə şərait yaradır. Ölkəmizdə “Elektron hökumət” layihəsi istiqamətində həyata keçirilən tədbirlər kimi, plastik kartlara keçid də öz bəhrəsini verməkdədir. Belə ki, 1 may 2013-cü il tarixə olan məlumata görə, Naxçıvan Muxtar Respublikası üzrə ödəniş kartlarının sayı 170846-ya, POS-terminalların sayı isə 177-ə çatmışdır. Lakin bununla yanaşı, belə bir fakt hələ də vardır ki, insanlar bu mütərəqqi ödəniş formasından tam istifadə etmir, əksər hallarda daha əziyyətli yollarla vaxtlarını boşa keçirərək ənənəvi ödənişə – nağd pulla hesablaşmalara üstünlük verirlər. Bunlar gündəlik həyatımızda tez-tez müşahidə olunan hallardır.

Ardını oxu...

15 may – Beynəlxalq Ailə Günü ərəfəsində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin təşkilatçılığı ilə müxtəlif kateqoriyalardan olan ailələrlə görüşlər keçirilmişdir. Belə ki, adıçəkilən təşkilatların əməkdaşları Kəngərli rayonunun Təzəkəndində yaşayan aztəminatlı Babayevlər, Ordubad rayonunun Kotam kəndində yaşayan çoxuşaqlı və aztəminatlı Rəhimovlar, Babək rayonunun Vayxır kəndində yaşayan xüsusi qayğıya ehtiyacı olan Məmmədovlar ailəsində olmuşlar. Ailələrin yaşayış vəziyyəti ilə maraqlanılmış, ailə üzvləri tibbi müayinədən keçirilmiş, ərzaq payı və məişət əşyaları, ehtiyacı olanlara dərman preparatları verilmişdir.
Ailələrin üzvləri göstərilən qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildirmişlər.

Xəbərlər şöbəsi

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası müxtəlif ölkələrin ictimaiyyətinin diqqətini ailələrin çoxsaylı problemlərinin həllinə yönəltmək məqsədilə 1993-cü ildə 15 mayın “Beynəlxalq Ailə Günü” kimi qeyd olunması barədə qərar qəbul etmişdir. Həmin tarixdən etibarən 15 may – Beynəlxalq Ailə Günü dünya ölkələrinin əksəriyyətində qeyd olunur.
Ölkəmizdə bu günün qeyd olunması milli və ailə dəyərlərimizi daha da möhkəmlətmək, adət-ənənələrimizi qorumaq kimi ali məqsəd daşıyır. Hələ qədim zamanlardan xalqımızın düşüncəsində və əməlində ailə müqəddəs ocaq anlamında olmuş, kişilərin atalıq, qadınların isə analıq məktəbi kimi öz mahiyyətini qoruyub saxlamışdır.
Ailə nikah, qohumluq, ümumi maraq və qarşılıqlı mənəvi məsuliyyətin mövcud olduğu kiçik qrupdur. Cəmiyyətin və dövlətin formalaşması və inkişafında ailə mühüm vasitədir. Ailə xalqın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genefondun daşıyıcısı kimi mühüm rola malikdir. Azərbaycan cəmiyyətində ailə institutu özünün sosial təyinatını və milli-mənəvi missiyasını dolğun şəkildə qoruyub saxlamaqdadır. Tarix boyu xalqımız ailənin qurulmasına mühüm bir hadisə kimi yanaşmış, onun təməlinin möhkəm olmasına çalışmışdır. Sədaqət, məhəbbət, mərhəmət, birlik, zəhmətsevərlik kimi məfhumlar bu gün Azərbaycan ailəsinin bünövrəsini təşkil edir. Ulu öndər Heydər Əliyev deyirdi: “Hər bir kəsin arzusu ailə qurmaq və ailə sahibi olmaq, uşaq dünyaya gətirmək, uşaq atası, uşaq anası olmaqdır. Bundan böyük xoşbəxtlik yoxdur”.

Ardını oxu...

Əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi muxtar respublikada həyata keçirilən kompleks tədbirlərin tərkib hissəsidir. Son 17 ilin statistikasına nəzər salsaq, bu sahədə böyük uğurlar qazanıldığının şahidi olarıq. Bəhs edilən dövrdə muxtar respublikada məqsədyönlü tədbirlər həyata keçirilmiş, yeni müəssisələr yaradılmış, səmərəli məşğulluq üçün mühüm layihələr reallaşdırılmış, özünüməşğulluğun intensivləşməsi dəstəklənmiş, yüksək əməkhaqqı tutumlu yeni iş yerlərinin açılması ciddi təşviq olunmuşdur. Bu da son nəticədə əmək bazarında münasibətləri xeyli yaxşılaşdırmağa imkan yaratmışdır.
Həyata keçirilmiş belə tədbirlər cari ilin ilk 4 ayında da davam etdirilmişdir. Belə ki, bu dövrdə də işaxtaran vətəndaşların əmək fəaliyyətinə cəlb olunması diqqət mərkəzində saxlanılmış, muxtar respublika məşğulluq xidməti orqanları tərəfindən aktiv məşğulluq tədbiri kimi əmək yarmarkalarının keçirilməsinə ciddi önəm verilmiş, rayon (şəhər) məşğulluq mərkəzləri tərəfindən 943 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunmuşdur. Onların 341 nəfəri yeni iş yerini əmək yarmarkaları vasitəsilə əldə etmişdir.
İşaxtaran vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək üçün yaradılmış Əmək birjası sektorunun fəaliyyəti gücləndirilmiş, ilin ilk 4 ayı ərzində sektora müraciət edən 114 nəfər müvəqqəti işə göndərilmişdir.
Gənclərin meyil və maraqlarını inkişaf etdirmək, peşəyönümü işini təkmilləşdirmək diqqət mərkəzində saxlanılmış, 101 nəfər peşə hazırlığına cəlb olunmuşdur.
Bəhs olunan dövrdə 80 nəfər ictimai işlərə göndərilmişdir.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Gənclər və İdman Nazirliyinin və Vəkillər Kollegiyasının təşkilatçılığı ilə Sədərək rayonunda “Ailə kiçik dövlətdir” mövzusunda tədbir keçirilib. Sədərək Rayon İcra Hakimiyyətinin şöbə müdiri Samil Kazımov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb.
“Müasir ailə modeli ailədaxili münasibətlərin tənzimlənməsində əsas faktor kimi” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, uşaqların qayğısız böyümələri, təhsil almaları, psixoloji cəhətdən sağlam və vətənpərvər ruhda tərbiyə olunmaları üçün muxtar respublikamızda bir sıra tədbirlər həyata keçirilir. Bu sırada aztəminatlı ailələrin sosial yardımla təmin olunması, onların ehtiyaclarının ödənilməsi kimi humanist tədbirlər də dayanır.
Sonra Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri Tural Hüseynovun “Ailə münasibətlərinin hüquqi əsası”, gənclər və idman nazirinin müavini Mirməcid Seyidovun “Ailə dəyərlərinin yeniyetmə və gənclər arasında təbliği”, Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru Yulət Əliyevin “Zərərli vərdişlərin ailə münasibətlərinə mənfi təsiri” mövzularında çıxışları olub.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, onlara müvafiq mövzularda maarifləndirici broşürlər və Azərbaycan Respublikasının bir çox məcəllələrindən ailə, qadın və uşaq hüquqları ilə bağlı maddələrdən çıxarışlar paylanılıb.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə 1992-ci ildən etibarən hər il 5 may bütün dünyada “Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü” kimi qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd əlillərin və sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının qorunmasını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, bu kateqoriyadan olan insanların cəmiyyətə inteqrasiyasını gücləndirməkdir.

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra, bütün sahələrdə olduğu kimi, əlillərin hüquqlarının müdafiəsi, onların sağlamlığının qorunması istiqamətində də ardıcıl tədbirlər görülmüş, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. 1998-ci il iyunun 18-də “İnsan Hüquqlarının Müdafiəsinə dair Dövlət Pro­qramı”nın təsdiq edilməsi ölkəmizdə insan hüquqlarının qorunmasına göstərilən yüksək diqqətin ifadəsi olmaqla yanaşı, əlillərin hüquqlarının müdafiəsində də mühüm əhəmiyyətə malikdir.

Ardını oxu...

Xəbər verdiyimiz kimi, 1-2 may tarixlərində Naxçıvan Muxtar Respublikası Azərbaycanda ilk dəfə olaraq ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən Paralimpiya İdman Festivalına ev sahibliyi edib. Festivalın gedişində beynəlxalq miqyasda tanınmış paralimpiyaçılar, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovla görüşüb söhbət etmək, onların təəssüratlarını öyrənmək imkanı əldə etdik. Bu söhbətlərimizi oxucularımıza çatdırırıq:

İlqar Rəhimov (Milli Paralimpiya Komitəsinin prezidenti):

– Son bir neçə ildə Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib. Respublikamızda idman sahəsində əldə olunmuş nailiyyətlər, idmançılarımızın ən mötəbər beynəlxalq idman yarışlarında qazandığı uğurlar bu sahəyə göstərilən dövlət qayğısı sayəsində mümkün olub. Ümummilli liderimiz Heydər Əliyevin böyük səyləri nəticəsində ölkəmizdə paralimpiya hərəkatının əsası qoyulub. İndi bu hərəkat fiziki imkanları məhdud olan yüzlərlə Azərbaycan vətəndaşının cəmiyyətə inteqrasiya olunmasına geniş imkanlar yaratmaqdadır. Azərbaycanda ilk dəfə olaraq ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Par­alimpiya İdman Festivalı əsl idman bayramı şəraitində keçdi. Burada Avropa və dünya çempionları, olimpiya yarışlarının qalibləri güclərini sınadılar. Əsas olan isə o idi ki, par­alimpiyaçılarımız arasında dostluq əlaqələri quruldu, təcrübə mübadiləsi aparıldı, iştirakçılar Azərbaycanda gündən-günə genişlənən paralimpiya hərəkatının hansı nəticələr verdiyinin şahidi oldular. Bu festivalda Naxçıvandan olan par­alimpiyaçılar da yaxşı nəticələr göstərdilər. Naxçıvandan olan par­alimpiyaçıların yarışlarda uğurlu nəticələr əldə etməsi məşqçilərin və idmançıların öz işlərinə ciddi və məsuliyyətli yanaşmalarının təzahürüdür. Qarşıdan 2016-cı il XV Rio-de-Janeyro Yay Paralimpiya Oyunları gəlir. İdmançıların fiziki və metodik hazırlıqlarının mükəmməlləşməsinə ciddi diqqət yetirilir. Bu məqsədlə Azərbaycan Milli Paralimpiya Komitəsi qarşıdakı müddət üçün plan hazırlayıb. Bu planın mərhələli şəkildə uğurla həyata keçməsi bizə 2016-cı il XV Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında daha böyük qələbələr qazanmağa zəmin yaradacaq.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında əməyin mühafizəsi ilə əlaqədar tədbir keçirilib. Tədbiri şuranın sədri Sucaxan Novruzov açaraq əmək təhlükəsizliyinin və sağlamlığın idarə edilməsi, istehsalatda əməyin fasiləsiz təkmilləşmə yolları haqqında danışıb. Qeyd olunub ki, bütün müəssisə, idarə və təşkilatlarda əmək və sağlamlığın mühafizəsi sahəsində qanunverici, həmçinin normativ aktlara riayət olunmalı, bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması, sağlam və təhlükəsiz əmək fəaliyyəti üçün şərait yaradılmalıdır.
Şura sədri əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübənin mütərəqqi cəhətləri əxz olunmaqla qanunvericilik bazasının təkmilləşdirilməsi və konkret əməli tədbirlərin həyata keçirilməsi baxımından Azərbaycanın regionda qabaqcıl ölkə olduğunu vurğulayıb. Bildirilib ki, bu istiqamətdə muxtar respublikamızda da lazımi tədbir həyata keçirilir.
Tədbirdə şuranın əməkdaşlarından Yusif Cəfərov, Hüseyn Quliyev, Akif Mahmudov və başqaları çıxış edərək 2011-ci il iyulun 8-də və 2012-ci il fevralın 27-də bu sahə ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilmiş müşavirələrdə qarşıya qoyulmuş vəzifələrdən, həmin vəzifələrin icrası istiqamətində görülən işlərdən danışıblar.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikasında elm və mədəniyyət ocağı olan kitabxanalar ən müasir standartlar səviyyəsində yenidən qurulur, kitab fondları zənginləşdirilir, mütaliə mədəniyyətinin inkişafı məqsədilə ardıcıl tədbirlər görülür. Son illər Naxçıvan Muxtar Respublika Kitabxanasının binasının əsaslı təmir olunması, maddi-texniki bazasının gücləndirilməsi, ötən il isə kitabxananın yeni internet saytının və elektron kitabxananın istifadəyə verilməsi, rayon mərkəzlərində və kəndlərdə kitabxana işinin günün tələbləri səviyyəsində qurulması oxucular üçün geniş imkanlar açmışdır.
Bu gün muxtar respublikada görmə və eşitmə qabiliyyətləri məhdud şəxslərin kitablardan istifadəsi də diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində ölkəmizdə ilk dəfə olaraq xüsusi proqram təminatı əsasında audiokitabxana və elektron kitabxana xidmətləri yaradılmışdır. Ölkəmizdə ilk dəfə tətbiq olunan audiokitabxanada poeziya, şifahi xalq ədəbiyyatı, elmi-kütləvi əsərlər və dini ədəbiyyat olmaqla, ümumilikdə, 7 bölmə üzrə 102 audiokitab vardır.

Ardını oxu...

Bununla əlaqədar Naxçıvan şəhərində və muxtar respublikanın rayon mərkəzlərində tədbirlər keçirilib

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində keçirilən tədbiri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Qadir Əliyev açmışdır. Bildirmişdir ki, 26 aprel 1986-cı il tarixdə Ukrayna Respublikasındakı Çernobıl Atom Elektrik Stansiyasında texnoloji qəza nəticəsində minlərlə insan həlak olmuş və sağlamlıqlarını itirmişdir. Bu qəzanın nəticələrinin aradan qaldırılmasında muxtar respublikamızdan da 500 nəfərə yaxın gənc iştirak etmişdir. Respublikamızda bu kateqoriyadan olan insanların sosial müdafiəsi və sağlamlıqlarının mühafizəsi istiqamətində tədbirləri tənzimləyən müvafiq qanun qəbul olunmuşdur. Muxtar respublikamızda Çernobıl qəzasının nəticələrinin aradan qaldırılması zamanı sağlamlıq imkanları məhdudlaşmış şəxslərin sosial müdafiəsi, onların hüquqlarının təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu qəbildən olan insanların müalicələrinin təşkili, nəqliyyat vasitələri ilə təmin edilməsi, onlara müxtəlif sosial xidmətlərin göstərilməsi diqqət mərkəzində saxlanılır.
Naxçıvan Muxtar Respublikası Çernobıl Əlilləri Cəmiyyətinin sədri Eyvaz Əsgərov muxtar respublikamızda yaşayan çernobılçıların hərtərəfli qayğı ilə əhatə olunduqlarını vurğulamış, onlara göstərilən həssas münasibət və diqqətə görə bu qəbildən olan insanlar adından minnətdarlığını bildirmişdir.
Sonra 78 nəfər Çernobıl əlilinə ərzaq sovqatı verilmişdir.

*     *     *

Həmin gün muxtar respublikanın bütün rayonlarında belə tədbirlər keçirilmiş, Çernobıl qəzasının ləğvində iştirak edən şəxslərə – ümumilikdə, 261 nəfərə ərzaq payı təqdim olunmuşdur.

Xəbərlər şöbəsi

28 aprel Ümumdünya Əməyin Mühafizəsi Günüdür. Bu günün qeyd olunmasında əsas məqsəd cəmiyyətin diqqətini iş yerlərində əməyin mühafizəsinə, işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasına yönəltməkdir.
2004-cü ildən etibarən Azərbaycanda da Ümumdünya Əməyin Mühafizəsi Günü dövlət səviyyəsində qeyd olunur. Həmin gün ərəfəsində ölkəmizdə əməyin mühafizəsi işinin təşkili mövzusunda müxtəlif tədbirlər keçirilir, işəgötürənlərin diqqəti bir daha bu məsələyə cəlb edilir, sağlam və təhlükəsiz iş şəraitinin təmin olunması, habelə işçilərin əmək prosesində təhlükəsizlik qaydalarına düzgün əməl etməsiylə bağlı müvafiq təlimatlandırma işləri aparılır.
Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyi dövründə insanların sosial müdafiəsini, o cümlədən işçilərin hüquqlarının qorunmasını və əməyin mühafizəsini daim diqqət mərkəzində saxlamış, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində ardıcıl islahatlar həyata keçirmiş, əmək münasibətləri və əməyin mühafizəsi sahəsində yeni normativ hüquqi aktlar qəbul edilmişdir. “Azərbaycan dövlətinin ən qiymətli sərvəti onun insanlarıdır”, – deyən dahi şəxsiyyətin müəllifi olduğu Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi əməyin mühafizəsi sahəsində işçilərin hüquqlarını müəyyən edir. 1999-cu il iyulun 1-də qəbul edilən “Azərbaycan Respublikasının Əmək Məcəlləsi” isə bu sahədə qanunvericilik hüququnu tənzimləyən əsas dövlət sənədidir. Məcəllənin 30-dan artıq maddəsi əmək münasibətlərində olan işçilərin və işəgötürənlərin hüquq və vəzifələrinə, o cümlədən əməyin mühafizəsini tənzim edən norma və qaydalara həsr olunmuşdur. 1997-ci ildə ölkə­mizdə Dövlət Əmək Müfəttişliyinin yaradılması isə vətəndaşların əmək hüquqlarının təmin olunmasında dövlət nəzarətinin gücləndirilməsinə səbəb olmuşdur.

Ardını oxu...

Hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuş bu yaşayış məntəqəsi müasir Azərbaycan kəndidir

İlk gəldiyimiz qənaət

Yer kürəsində mövcud olan on bir iqlim qurşağının doqquzunun diyarımızda mövcud olması elm tərəfindən sübuta yetirilmişdir. Buna inanmayanlar ola bilər. Ancaq bu qədim yurd yerinin müxtəlif ünvanlarına yolu düşənlər elmin sübut etdiyi faktın həqiqət olması ilə qeyd-şərtsiz razılaşarlar. Xüsusilə də muxtar respublikanın ucqar dağ yaşayış məntəqələrində ilin bütün fəsillərində bu reallıqla rastlaşmaq mümkündür.
Bu günlərdə yolumuz Culfa rayonunun Boyəhməd kəndinə düşmüşdü. Rayon mərkəzindən 64 kilometr aralıda yerləşən kəndə çatmamış uzaqdan görünən, Boyəhmədi əhatəyə alan, möhtəşəmlik mücəssəməsi olan “səngərdən qalalı dağlar” diqqəti çəkirdi. Maraqlı məqam onda idi ki, kəndin cənub-şərqində yerləşən dağın quş da səkə bilməyən, ün yetməyən zirvəsində qar hələ də əriməmişdi. Sanki yaşıl xalı salınmış, lalənin laləni çağırdığı yamaclarda isə qoyun-quzu sürüləri otarılırdı. Bu mənzərəyə baxdıqca gözlərim önünə muxtar diyarımızın dilbər guşələrindən olan Ordubad rayonunun Tivi, Nəsirvaz, Ələhi, Şahbuz rayonunun Ağbulaq, Yuxarı Qışlaq, Babək rayonunun Yuxarı Buzqov və digər yaşayış məntəqələri gəlirdi. Hər biri böyük bir qəzet yazısının materialı olan bu ünvanlara yolu düşənlər təbiətin belə mənzərələri qarşısında təəccüblərini gizlədə bilmirlər. Həmin mənzərələrdən doymaq mümkün deyil. Belə yurd yerlərində yaşamağın özü bir xoşbəxtlikdir. Boyəhməddə yaşayanlar da taleyin bu bəxşişindən xeyli razıdırlar. Uzunömürlü insanları gənc­lərlə bərabər qurub-yaradır, səhərləri gün doğmamışdan qarşılayır, hər açılan sabahı yeni günün töhfəsi sayırlar.

Ardını oxu...

Muxtar respublikamızda aztəminatlı ailələrə verilən müavinətlər vaxtlı-vaxtında ödənilir, həmin ailələrin üzvlərinin hüquqları qorunur, onların sosial müdafiəsi gücləndirilir, fəaliyyət qabiliyyəti olmayan şəxslərə səyyar xidmət göstərilir.
Cari ilin fevral ayının 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “2012-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə aztəminatlı ailələrin sosial problemlərinin həlli üçün aidiyyəti orqanlarla birlikdə müvafiq tədbirlərin həyata keçirilməsi ilə bağlı verilən tapşırıqlar da bu yöndə xüsusi qayğıya ehtiyacı olan ailələrə dəstək məqsədi daşıyır. Tapşırıqların icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin əməkdaşları Şərur rayonunun Kərimbəyli kəndində yaşayan Cəfərovlar ailəsində olmuşlar. Aztəminatlı ailənin yaşayış vəziyyəti ilə maraqlanılmış, ailə üzvləri tibbi müayinədən keçirilmiş, onlara xalça və ərzaq payı verilmişdir. Xüsusi qayğıya ehtiyacı olan aztəminatlı ailənin üzvləri göstərilən qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildirmişlər.
Qeyd edək ki, Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 8, ev 55 ünvanında yaşayan Allahverdiyevlər, Naxçıvan şəhəri, “60-cı” məhəllə, ev 31 ünvanında yaşayan Əsgərovlar ailələrinə də baş çəkilmiş, geyim dəstləri və I qrup əlil Sevinc Əsgər­ovaya əlil arabası verilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Həyatını və sağlamlığını, eləcə də əmlakını sığortalamaq gündəlik insan həyatının qaçılmaz tələbinə çevrilib. Gələcəkdə baş verə biləcək qəfil və gözlənilməyən hadisələrin qarşısını almaq, yaxud dəyən zərərin nəticələrini qısa müddətdə aradan qaldırmaq üçün sığortanın icbari və könüllü növləri olmaqla sığorta müqaviləsi bağlanılır. Sığorta müqaviləsi sığorta olunanla sığortaçı arasında bağlanmış sazişdir.
Ev almaq və ya tikdirmək, kommersiya, yaxud istehsal müəssisəsi, iş yeri sahibi olmaqla əmlak sahibinə çevrilmək hər birimizin arzusudur. Lakin əmlakı əldə etməklə yanaşı, onu qoruyub saxlamaq da vacib məsələlərdəndir. Həyatın hər mərhələsində bizi müxtəlif təhlükələr gözləyir. Belə ki, qəfildən meydana çıxan yanğınlar, partlayışlar, təbii fəlakətlər, elektrik və yaxud qazdan əmələ gələn təhlükələr, yol-nəqliyyat və digər hadisələr bizi illərlə alın tərimizlə qazandıqlarımızdan məhrum edə bilər. Bütün bu təhlükələrin maddi nəticələrinin aradan qaldırılmasının yeganə yolu əmlakı, həyatı və mülki məsuliyyəti sığorta etdirməkdir.

Ardını oxu...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə məhdud fiziki imkanlı altı nəfər muxtar respublika sakini Ukrayna Respublikasının Saki şəhərindəki N.Burdenko adına onurğa-beyin xəstəlikləri sanatoriyasında müalicə almaq üçün yola salınıb. Adıçəkilən sanatoriyada onlar 28 günlük fizioterapevtik müalicə kursu keçəcəklər.
Saki şəhərinə yola salınan Ordubad rayon Vənənd kənd sakini Həsən Mahmudzadə bildirdi ki, o, bu müalicə kursundan yaxşı nəticələr gözləyir. Çünki göndərildiyi sanatoriya MDB məkanında tanınan müalicə ocaqlarındandır. Sanatoriyaya getmək üçün onun bütün ehtiyacları ödənilib, qayğısına qalınıb.
Şərur rayonunun Düdəngə kəndindən olan Seymur Məmmədov isə artıq dördüncü dəfədir ki, bu müalicə ocağına yollanır. Onun dediklərindən: Dövlətimizin biz məhdud fiziki imkanlı şəxslərə göstərdiyi diqqət və qayğını hər an öz üzərimizdə hiss edirik. Elə bu müalicə ocağına yollanmağımız da göstərilən qayğının bariz ifadəsidir. Bizim müalicə almağımız üçün bu qədər qayğı göstərənlərə minnətdar­lığımı bildirirəm.

Ardını oxu...

Deyirlər ki, insan özü üçün dəyər daşıyan insanlara nəyi isə hədiyyə edirsə, bu, səxavətdir, hədiyyə etdiyi nəsnələrlə hansısa ali məramı anladırsa, bu, mədəniyyətdir. Əslində, hədiyyələr ayı kimi daha çox mart ayı beynimizdə həkk olunub qalır. Çünki insanlar arasında formalaşmış ənənəyə görə, onlar bir-birinə, əsasən, əlamətdar günlərdə hədiyyə etməyi xoşlayırlar. Mart isə bayramlar ayı olduğundan bu ayda qarşılıqlı hədiyyə təqdimatları daha çox olur. Ötən ay yazdığım yazılarımdan birində təqribən belə bir fikir işlətmişdim. 8 mart iqtisadi gəlir baxımından daha çox aşağıgəlirli insanların bayramı kimi meydana çıxsa da, bəziləri ondan daha çox gəlirlərini sürətlə yüksəltmək üçün istifadə edirlər. Əslində, kapitalizm və azad bazar iqtisadiyyatı şəraitində bu, normal haldır. 

Lakin uzun zamandan bəri müşahidə etdiyim bir məqam var. Bayramlar ərəfəsində hədiyyə bazarında tələb təklifə deyil, təklif tələbə diqtə edir. Başqa sözlə desək, əksəriyyətimiz hədiyyə biznesi ilə məşğul olanların gətirdikləri müxtəlif əşyaları hədiyyəlik məhsulların diqtəsi altında qalıb alırıq. Halbuki...

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Şəhər Şöbəsi Naxçıvan şəhərinin Qaraçuq kəndində torpaq mülkiyyətçiləri ilə “Məcburi dövlət sosial sığorta haqlarının əhəmiyyəti və mahiyyəti” mövzusunda maarifləndirici tədbir keçirmişdir.
Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Əli Novruzov tədbirin məqsədi barədə iştirakçılara məlumat vermişdir. Şöbənin Gəlirlər sektorunun aparıcı məsləhətçisi Vüqar Ağacanov çıxışında bildirmişdir ki, sosial sığorta sahəsində münasibətləri tənzimləyən hüquqi sənədlərdən biri “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunudur. Qanunla müəyyən edilmişdir ki, sosial sığorta fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Ölkədə aparılan iqtisadi siyasətin sosialyönümlü olması, sosial sığorta fondunun ölkənin milli sərvətinin mühüm bir hissəsi olması faktını nəzərə alsaq, toplanılan məcburi dövlət sosial sığorta haqqının aktuallığı barədə geniş təsəvvür yaranar.

Ardını oxu...

Naxçıvan tarixin sınaqlarına mətanətlə sinə gərən, tarixi qəhrəmanlıqlarla yazılmış bir torpaqdır... İllər ötür və Naxçıvanın keçmişi kimi, gələcəyi də şanlı yazılır. Günbəgün inkişaf edən muxtar respublikamız ulduz kimi parlayır.
Vətən hər bir vətəndaşın namusu, qüruru, and yeridir. İnsan doğulduğu, böyüyüb boya-başa çatdığı torpaqla bütünləşir, bu bütünləşmə, bu sevgi insana Vətənini, torpağını sevmək, qorumaq və inkişaf etdirmək gücü aşılayır. Və insan hara gedir, getsin, harada məskunlaşır, məskunlaşsın, yenə əbədi rahatlığı doğma Vətənində tapır...
Hava limanı və uzun illər torpağından uzaq qalan şəxs... Onu qarşılamağa getmişdim. Əslində, texnologiyanın inkişaf etdiyi müasir günümüzdə bir-birimizi internet vasitəsilə tez-tez görürdük. Onunla qarşılaşanda üzündəki ifadə məni təəccübləndirdi. Öncə bunu yol yorğunluğu kimi başa düşdüm. Sonra elə olmadığını anladım. Salamlaşdıq, görüşdük... Gözlərində ulduz kimi qeyri-adi parıltılar yaranmışdı. “Səhvən başqa ölkəyə gəlmişəm sanki”, – tanışımın bu sözləri sükutu pozdu.

Ardını oxu...

Dünən Naxçıvan Şəhər Məşğulluq Mərkəzi tərəfindən keçirilən əmək yarmarkasına 52 müəssisədən 578 boş iş yeri çıxarılmışdı.
Tədbirdə mərkəzin direktoru Əli Məmmədov çıxış edərək qeyd edib ki, işaxtaran vətəndaşların, xüsusilə gənclərin sosial müdafiəsinin, onların münasib işlə təminatının gücləndirilməsi istiqamətində ardıcıl olaraq həyata keçirilən mühüm tədbirlərdən biri də əmək yarmarkalarıdır.
Bildirilib ki, Naxçıvan şəhərində fəaliyyət göstərən Məşğulluq Mərkəzi işaxtaranların münasib işlə təmin olunmasında mühüm rol oynayır. İşəgötürənlərdən boş iş yerləri haqqında məlumatlar toplanılır, həmin məlumatlar əmək yarmarkalarında işaxtaranlara təqdim edilir. Bu proses, əsasən, əmək yarmarkalarının keçirilməsi yolu ilə reallaşdırılır.
İşaxtaran vətəndaş Mehriban Tahirova belə tədbirlərin təşkilinə görə minnətdarlığını bildirib.
Yarmarkada Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov çıxış edərək əhalinin məşğulluğunun təmin olunması istiqamətində görülən işlərdən danışıb.
Əmək yarmarkasında 72 nəfərə işə göndəriş verilib.

Kərəm HƏSƏNOV

Fiziki imkanları məhdud insanların cəmiyyətə inteqrasiyası, onların informasiya texnologiyalarının imkanlarından istifadəsi üçün dövlət tərəfindən hər cür şərait yaradılır. Ölkəmizdə məhdud fiziki imkanlılar üçün Regional İnformasiya mərkəzlərinin yaradılması buna əyani misaldır. Belə tədbirlərin davamı olaraq, Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən məhdud fiziki imkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində iki yeni xidmət istifadəyə verilib. Bunun üçün mərkəzdə server avadanlığı, çağrı mərkəzi, operator işçi yeri qurulub və müvafiq proqram təminatları hazırlanıb. Yeni xidmətlərdən biri görmə qabiliyyəti məhdud olanlar üçün audio kitabxana, digəri isə eşitmə məhdudiyyəti olanlar üçün elektron kitabxanadır. Qeyd edək ki, məhdud fiziki imkanlılar üçün bu cür xidmətlər Azərbaycan Respublikasında ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında təşkil edilib.

Ardını oxu...

Dünən Culfa Rayon Məşğulluq Mərkəzi tərəfindən keçirilən əmək yarmarkasına 15 müəssisədən 131 boş iş yeri təklif olunub.
Tədbirdə rayon Məşğulluq Mərkəzinin direktoru Ramiz Allahyarov çıxış edərək deyib ki, işaxtaran vətəndaşların, xüsusilə gənclərin sosial müdafiəsinin, onların münasib işlə təminatının gücləndirilməsi istiqamətində ardıcıl olaraq həyata keçirilən mühüm tədbirlərdən biri də əmək yarmarkalarıdır.
Bildirilib ki, rayonda fəaliyyət göstərən Məşğulluq Mərkəzi işaxtaranların münasib işlə təmin olunmasında mühüm rol oynayır. İşəgötürənlərdən boş iş yerləri haqqında məlumatlar toplanılır, həmin məlumatlar əmək yarmarkalarında işaxtaranlara təqdim edilir. Bu proses, əsasən, əmək yarmarkalarının keçirilməsi yolu ilə reallaşdırılır.
İşaxtaran vətəndaş Sevinc Əsgərova belə tədbirlərin təşkilinə görə min­nətdarlığını bildirib.

Ardını oxu...

Ölkəmizdə əhalinin məşğulluğunun təmin olunması üçün yeni infrastruktur layihələrin həyata keçirilməsi və bu hesaba əlavə iş yerlərinin yaradılması, yoxsulluğun səviyyəsinin daha da aşağı düşməsi üçün mümkün olan bütün vasitələrdən istifadə edilir. Sədərək rayonunda keçirilən cari ilin ilk əmək yarmarkasında bu barədə geniş danışılmışdır.
Tədbiri giriş sözü ilə açan rayon Məşğulluq Mərkəzinin direktoru Həsən Nəsirov demişdir ki, qeyri-məşğul əhalinin məşğulluğunu təmin etmək və sosial müdafiəsini daha da yaxşılaşdırmaq üçün məşğulluğun ən çevik formalarından biri olan əmək yarmarkalarının keçirilməsinə diqqət daha da artırılmışdır. 2012-ci ildə rayonda keçirilən belə yarmarkalarda 103 nəfər vətəndaş müxtəlif xarakterli işlərlə təmin edilmişdir. 2013-cü – “Heydər Əliyev ili”ndə də bu ənənənin davam etdirilməsi, aktiv məşğulluq tədbiri kimi əmək yarmarkalarının daha səmərəli və mütəşəkkil keçirilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə növbəti əmək yarmarkası ərəfəsində rayon Məşğulluq Mərkəzi yenə də idarə, müəssisə və təşkilatlarla əlaqə saxlamış, bütün təşkilatlarda boş iş yerlərinin mövcudluğu araşdırılmışdır. Məlum olmuşdur ki, bu gün Sədərəkdə 10 təşkilatda 101 boş iş yeri mövcuddur.

Ardını oxu...

Dünən Şahbuz rayonunda əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə əmək yarmarkası keçirilib. Bu aktiv məşğulluq tədbirində işaxtaranlara dövlət və özəl sektorlardan olmaqla, 148 vakant yer təqdim edilib.
Yarmarka başlanmazdan öncə rayon İcra Hakimiyyətinin nümayəndəsi Xəqani Həsənov, Məşğulluq Mərkəzinin direktoru Fəxrəddin Bağırov çıxış edərək muxtar respublikada, eləcə də Şahbuz rayonunda əhalinin məşğulluğu istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, təşkil edilən əmək yarmarkalarının əhəmiyyətindən bəhs ediblər.
İşaxtaran Fəridə Məmmədova belə tədbirlərin təşkilində əməyi olanlara minnətdarlığını bildirib, münasib işlə təmin olunmaq istəyən hər bir gəncin bu tədbirlərdə iştirakının vacibliyini qeyd edib.
Sonra yarmarkaya gələnlər onlara təqdim edilən iş yerləri ilə tanış olublar. Yarmarkada 39 nəfərə göndəriş verilib, 2 nəfər peşə hazırlığı kursuna cəlb edilib.

Xəbərlər şöbəsi

Ötən həftə iməciliklərdə 19575 ədəd ağac və bəzək kolları əkilmişdir

Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi ekoloji siyasət bu gün ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ekoloji problemlərin həllinə ciddi diqqət yetirən, təbiətin qorunması və zənginləşdirilməsini mühüm vəzifələrdən biri kimi qarşıya qoyan dövlət başçısı demişdir: “Azərbaycanda elə bir sahə yoxdur ki, sürətlə inkişaf etməsin... Bütövlükdə, ölkəmiz yeniləşir, müasirləşir, zənginləşir, bununla bərabər, təbii ki, sürətli inkişaf istər-istəməz ətraf mühitə təsir göstərə bilir. Məhz buna görə də biz çalışırıq ki, öz ekoloji tədbirlərimizi geniş kontekstdə həyata keçirək”.
Ekoloji problemlərin həlli, ətraf mühitin qorunması, təbiətin zənginləşdirilməsi Naxçıvan Muxtar Respublikasında həyata keçirilən kompleks quruculuq tədbirlərinin mühüm istiqamətlərindən biridir. Görülən işlərin nəticəsidir ki, son 17 ildə yaşıllıqların həcmi dəfələrlə artmış, qədim diyarımız yaşıllıqlar məskəninə çevrilmişdir. Ötən dövr ərzində muxtar respublikada ekologiyanın mühafizəsi, bu sahədə görülən işlərin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi, mövcud problemlərin həlli istiqamətində də mühüm tədbirlər həyata keçirilmiş, yeni əkilən ağacların suvarılmasında damcı üsulunun tətbiqi genişləndirilmiş, bəzək kolları, həmişəyaşıl, həmçinin meşə ağaclarının əkilməsi, müntəzəm olaraq onlara qulluq edilməsi diqqət mərkəzində saxlanılmış, ekoloji tarazlığın qorunmasında müstəsna rola malik olan yaşıllıq zolaqlarının bərpası və artırılması istiqamətində aparılan işlər prioritet vəzifəyə çevrilmişdir. İnsanlar öz zəhmətləri hesabına yaratdıqları yaşıllıq sahələrinə qulluq göstərməyi vətəndaşlıq borcu hesab edir, yaşıllıqlar diqqət və qayğıdan kənarda qalmır.

Ardını oxu...

Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Seyidov açaraq sığortanın əhəmiyyəti haqqında danışıb, rayonda sığorta işinin günün tələbləri səviyyəsində qurulduğunu bildirib.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin əməkdaşı Sədi İsmayılov çıxışında bildirib ki, gündəlik həyatımızda hər an birbaşa olaraq bizim və ya tanışlarımızın başına gələn hadisələrin şahidi olur, bu barədə xəbərlərə televiziyada, internetdə, qəzetlərdə tez-tez rast gəlirik. Qəzaların qarşısını almaq üçün heç bir vasitə yoxdur, yaranan maddi fəsadları minimallaşdırmaq üçün isə mexanizm var. Bu mexanizm sığortadır. Sığorta itkiyə məruz qalmış şəxsi əvvəlki maliyyə vəziyyətinə qaytaran və ya maddi zərəri minimuma endirən vasitədir. Beləliklə, öncədən sığorta şirkəti ilə müqavilə bağlamaqla maddi zərəri minimuma endirmək mümkündür.
Sədərək Rayon Dövlət Sığorta Agentliyinin əməkdaşı Mehman Mahmudov qeyd edib ki, sığorta zamanı sığorta iştirakçıları arasında dəymiş zərərin aradan qaldırılması həyata keçirilir. Sığorta iştirakçıları dedikdə, sığortaolunanlarla sığortaedənlər başa düşülür. Sığortalama zərərin aradan qaldırılmasında ən səmərəli metoddur. Sığorta həm də pul vəsaitlərinin sığorta fondu adlanan vahid bir fondda cəmlənməsini təmin edir. Belə hallarda hər bir sığortaçı maksimum zərərləri aradan qaldıra bilir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Səbuhi HÜSEYNOV

Naxçıvanda papaqçılıq sənəti yüz illər boyu xalqın tarixi, məişəti və mədəniyyət səviyyəsi ilə sıx əlaqədə inkişaf edib. Bu torpaqlarda yaşayan əcdadlarımızın əsas baş geyimi sayılan papaq qədimdən cəsarət, ləyaqət və şərəf rəmzi hesab olunub. Milli baş geyimlərinin forması həm də onun daşıyıcısının cəmiyyətin hansı təbəqəsinə mənsub olduğunu göstərib. Xeyir-şər məclislərində, elə küçə və meydanlarda da baş geyimi olmadan görünmək qəbul­edilməz hal sayılıb. Bu baş geyimindən istifadə Naxçıvanda kütləviliyini XX əsrin əvvəllərinədək qoruyub saxlaya bilib. 

Naxçıvanda papaqlar qoyun xəzi və ya qaragül dərisindən hazır­lanıb. Növlərinə görə də fərqləndirilən papaqlar arasında ən çox populyar olan motal papağını, əsas etibarilə, yoxsul təbəqə, çoban papağını isə belə peşə sahibləri qoyub. Bəy zümrəsinin nümayəndələri və varlı təbəqə isə buxara papaq geyinib. Onları Buxaradan gətirilmiş dəridən konus şəklində hazırlayıblar. Papaq ənənəsi milli geyim tarixində dərin izlərlə kök salıb. Bu gün milli geyim atributlarının bir nümunəsi olan papaqlar tariximizin də müəyyən mərhələsinin əksidir. Onları nəinki qoruyub saxlamaq, papaqçılıq ənənəsini incəsənətin bir qolu kimi inkişaf etdirmək, yaşadılmasına dəstək olmaq vacibdir.

Ardını oxu...

Dünən Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində eşitmə və danışma qabiliyyəti məhdud olan uşaqlar üçün onlayn dərs təşkil olunub. Dərsdə Bakı şəhərindəki sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika Xüsusi İnternet Məktəbinin müəllimi Zərqələm İsmayılova ilə internet vasitəsilə əlaqə yaradılıb, kurs iştirakçılarına hərf, heca, söz və cümlənin əl barmaqlarının hərəkəti ilə oxunması, eyni zamanda mimika və hərəkətlərlə özünüifadə bacarığının yaradılmasının tədrisi davam etdirilib. Bu kateqoriyadan olan uşaqlar Azərbaycan daktilo əlifbasını mənimsədikdən sonra normal oxuyub yazacaq, əl barmaqlarının hərəkəti və üz ifadələri vasitəsilə ünsiyyət qura biləcəklər. Onlayn dərslərin hər həftə keçilməsi nəzərdə tutulub.
Bu kurslara Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində bu il fevralın 4-də start verilmişdi. Kurslarda eşitmə və danışma məhdudiyyəti olanların təhsil almalarının yeganə vasitəsi olan daktilo əlifbası (əl əlifbası) üzrə dərslər təşkil olunmuş, əl əlifbası ilə təmin olunan eşitmə qabiliyyəti məhdud 20 uşaq bu tədbirə cəlb edilmiş, kurs bir ay müddətində davam etmişdi.
Məlumat üçün bildirək ki, muxtar respublikada məhdud fiziki imkanlılara göstərilən xidmətlər günü-gündən genişlənir və təkmilləşdirilir. Mərkəzdə 429 görmə və 242 eşitmə qabiliyyəti məhdud şəxslərə xüsusi proqram təminatı əsasında yaradılan audio və elektron kitabxana xidməti istifadəyə verilib. İstifadəçilər qeydiyyatdan keçdikdən sonra sabit telefonlardan “258” nömrəsinə zəng edərək bu xidmətdən istifadə edə bilərlər.

Xəbərlər şöbəsi

Cari ilin növbəti əmək yarmarkası Babək rayonunda keçirilib. Tədbiri giriş sözü ilə açan rayon Məşğulluq Mərkəzinin direktoru Qurban Tarverdiyev keçirilən əmək yarmarkalarının işaxtaran vətəndaşların rahat və sərbəst iş seçimində böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Qeyd olunub ki, ötən dövr ərzində muxtar respublikada əhalinin sosial rifahının gücləndirilməsi, yoxsulluğun daha da azaldılması, məşğulluğun artırılması, ümumilikdə, insan potensialının qorunması və inkişaf etdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilib.
Rayon İcra Hakimiyyəti başçısının müavini Səlvər Hacıyev çıxış edərək bildirib ki, vətəndaşların əmək hüquqlarının qorunması, əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi, işçilərin maddi, sosial, mənəvi və digər həyati tələbatlarının ödənilməsi ölkədə aparılan sosial-iqtisadi siyasətin əsas istiqamətini təşkil edir. Əmək yarmarkaları isə, nəticə etibarilə, işaxtaranların sosial müdafiəsinin gücləndirilməsinə zəmin yaradır.
İşaxtaran vətəndaş Əyyub Məmmədov əmək yarmarkalarının təşkilini muxtar respublikada insan amilinə göstərilən diqqət və qayğı kimi dəyərləndirərək minnətdarlığını bildirib.
Qeyd edək ki, 13 təşkilatdan 85 boş iş yerinin təklif olunduğu əmək yarmarkasında 33 nəfərə göndəriş verilib, 35 nəfər ictimai işlərə cəlb olunub.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 20-ci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov açaraq günün əhəmiyyətindən danışıb. Qeyd edilib ki, 1993-cü il aprelin 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı ilə Naxçıvan Muxtar Respublikası Sosial Təminat Nazirliyi ilə Dövlət Əmək və Sosial Məsələlər Komitəsi ləğv edilib, onların bazasında Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaradılıb. Ötən 20 il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi muxtar respublika əhalisinin rifah halının yüksəldilməsinə öz töhfəsini verib, mühüm inkişaf yolu keçib. Son illər muxtar respublikamızda da əhalinin sosial hüquqlarının qorunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, vətəndaşların məşğulluğunun təmin olunması və əmək ehtiyatlarının keyfiyyətcə daha da yaxşılaşdırılması üçün əlverişli şərait yaradılır. Bu gün Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göstərilən dövlət qayğısı, yaradılan şərait insanların problemlərinin vaxtlı-vaxtında həll olunmasına imkan verir.

Ardını oxu...

Əhalinin məşğulluğunun təmin olunması, yeni infra­struktur layihələrin həyata keçirilməsi hesabına əlavə iş yerlərinin yaradılması, yoxsulluğun səviyyəsinin daha da aşağı salınması məqsədilə muxtar respublikamızda mühüm tədbirlər reallaşdırılır. Belə tədbirlərdən biri də muxtar respublikada əmək yarmarkalarının keçirilməsidir. Bu barədə dünən Kəngərli Rayon Məşğulluq Mərkəzinin keçirdiyi növbəti əmək yarmarkasında söhbət açılmışdır.
Tədbiri giriş sözü ilə açan rayon Məşğulluq Mərkəzinin direktoru Məzahir Rüstəmov demişdir ki, işaxtaran vətəndaşların işlə təmin olunmasında əmək yarmarkalarının rolu böyükdür. Təkcə ötən il Kəngərli rayonunda keçirilən əmək yarmarkalarında 95 nəfər işaxtaran vətəndaş daimi işlə təmin olunmuşdur. Buna görə belə tədbirlərin keçirilməsi daim diqqət mərkəzində saxlanılır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Vəkillər Kollegiyasının təşkilatçılığı ilə Şərur Rayon Olimpiya İdman Kompleksində “Ailə kiçik dövlətdir” mövzusunda dəyirmi masa keçirilib. Tədbiri Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Minurə Hüseynli açaraq tədbirin əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova “Müasir ailə modeli – ailədaxili münasibətlərin tənzimlənməsi əsas faktor kimi” mövzusunda çıxış edib. Qeyd olunub ki, ailə dəyərlərimizin əsasını ailədaxili münasibətlər təşkil edir. Bu münasibətlərin düzgün qurulması üçün ailə üzvləri, ilk növbədə, ər və arvad bir-birinə hörmət və ehtiramla yanaşmalıdırlar. Əgər bir ailədə hörmət, sevgi hökm sürərsə, şübhəsiz ki, bu ailəni heç bir problem və çatışmazlıq sarsıda bilməz. Ailənin möhkəmlənməsi, hər şeydən əvvəl, nüfuzlu və uzunömürlü ailələrin nümunəsinə əsaslanır. Ailənin uzunömürlü olmasının əsas səbəblərindən biri sağlam həyat tərzi, ailə qurarkən gənclərin ailənin mahiyyətini anlaması və buna hazır olmasıdır.

Ardını oxu...

Aprelin 3-də Şərur rayonunda cari ilin ilk əmək yarmarkası keçirilmişdir. Tədbiri rayon Məşğulluq Mərkəzinin direktoru Məmməd Məmmədov açaraq bildirmişdir ki, Məşğulluq Mərkəzinin əməkdaşları rayondakı idarə, müəssisə və təşkilatlarda, sahibkarlıq subyektlərində olan boş iş yerləri haqqında məlumatlar toplayaraq həmin yerləri əmək yarmarkalarında işaxtaran vətəndaşlara təqdim edirlər. Bugünkü əmək yarmarkası da işaxtaran vətəndaşların, xüsusilə gənc­lərin sosial müdafiəsinin gücləndirilməsi, onların münasib işlə təmin edilməsi istiqamətində ardıcıl olaraq həyata keçirilən mühüm tədbirlərdən biridir. Yarmarkanın təşkilində əsas məqsəd işaxtaranların öz ixtisaslarına uyğun işlə təmin olunmasıdır.
Yarmarkada Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Rövşən İsgəndərov çıxış edərək əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışmışdır. Qeyd olunmuşdur ki, vətəndaşların səmərəli məşğulluğunun təmin edilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarının inkişafı ölkə­mizdə daim diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Bu baxımdan yeni müəssisələrin fəaliyyətə başlamasına, sahibkarlığa geniş meydan verilməsinə xüsusi önəm verilir.
İşaxtaran vətəndaş Rəhman Rəsulzadə belə yarmarkaların keçirilməsinin vətəndaşların işlə təmin olunmasında böyük əhəmiyyəti olduğunu vurğulamış, işaxtaranlara, xüsusilə gənclərə istəklərinə uyğun iş yeri tapmaq üçün yaradılan şəraitə görə dövlətimizə minnətdarlığını bildirmişdir.
Sonra tədbir iştirakçıları idarə, müəssisə və təşkilatlar tərəfindən əmək yarmarkasına çıxarılmış boş iş yerləri ilə tanış olmuşlar. Yarmarkaya 18 dövlət və özəl təşkilatdan 251 boş iş yeri çıxarılmışdır. Həmin gün 65 nəfərə göndəriş verilmiş, 25 nəfər ictimai işlərə cəlb olunmuş, 2 nəfər isə peşə hazırlığı kursuna göndərilmişdir.

Xəbərlər şöbəsi

1993-cü il aprelin 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə Naxçıvan Muxtar Respublikası Sosial Təminat Nazirliyi ilə Dövlət Əmək və Sosial Məsələlər Komitəsi ləğv edilmiş, onların bazasında Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaradılmışdır. Ötən 20 il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi muxtar respublika əhalisinin rifah halının yüksəldilməsinə öz töhfəsini vermiş, mühüm inkişaf yolu keçmişdir.

Ümummilli liderimiz Heydər Əliyevin xalqın tələbi ilə 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdışından sonra əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, bu sahədə müsbət dəyişikliklərə nail olunmuşdur. Ulu öndərin rəhbərliyi ilə insanların sosial müdafiəsinin gücləndirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılmış, iqtisadi fəallığın yüksəldilməsi üçün əlverişli şərait yaradılmışdır.

Ardını oxu...

Ordubad rayonunda cari ilin ilk məşğulluq tədbiri olan əmək yarmarkası keçirilib. Bu münasibətlə keçirilən tədbirdə Ordubad Rayon Məşğulluq Mərkəzinin direktor əvəzi Nazim Hüseynov çıxış edərək bildirib ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və məşğulluğunun yaxşılaşdırılması üçün çevik məşğulluq tədbirlərindən biri olan əmək yarmarkalarının keçirilməsinə diqqət daha da artırılıb. Ötən il rayonda keçirilən əmək yarmarkalarında rayon sakinləri müxtəlif xarakterli işlərlə təmin olunublar. Cari ildə də bu ənənə davam etdirilir.
İşaxtaran vətəndaş Sevər Məmmədova əmək yarmarkasının keçirilməsinin işaxtaranlar üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Reyhun Babayev çıxışında qeyd edib ki, rayonda məşğulluq problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır. Kənd mərkəzlərinin, məktəb binalarının tikilməsi, içməli su və kanalizasiya xətlərinin çəkilişi, digər quruculuq tədbirlərinin həyata keçirilməsi yeni iş yerlərinin yaranmasına, idarə və müəssisələrdə müxtəlif ixtisas və peşələr üzrə yaranmış boş iş yerləri qeyri-məşğul əhalinin işlə təmin olunmasına geniş imkanlar açır.
Sonra əmək yarmarkasının iştirakçıları boş iş yerləri ilə tanış olublar. 11 müəssisədən 154 boş iş yerinin işaxtaran vətəndaşlara təqdim edildiyi yarmarkada 45 nəfərə işə göndəriş verilib. Növbəti əmək yarmarkası bu gün Şərur rayonunda keçiriləcəkdir.

Xəbərlər şöbəsi

2013-cü il fevral ayının 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə muxtar respublikada kənd təsərrüfatının intensiv inkişafı və muxtar respublika əhalisinin bir sıra ərzaq, eyni zamanda meyvə-tərəvəz məhsullarına olan tələbatının daxili istehsal hesabına ödənilməsinin vacibliyi məsələləri qarşıya qoyulan əsas məqsədlərdən biri kimi vurğulanmışdı. Sözügedən müşavirədə daxili bazarda istehlakçılara təklif olunan məhsulların insanların sağlamlığına təsiri məsələləri haqqında danışan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Dövlət Gömrük Komitəsi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birlikdə geni dəyişdirilmiş meyvə və tərəvəz, eləcə də süni ət məhsullarının muxtar respublikaya idxalının və satışının qarşısını almaq məqsədilə təsirli tədbirlər görməlidir”.

Məhz bu məqam hər kəsin, xüsusilə iqtisadi ekspertlərin diqqətini bir il öncə – 2012-ci ilin 14 fevralında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilən “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Pro­qramı”na yönəltdi. Əslində, məlum proqramın, dəfələrlə vurğulandığı kimi, dövlətin insan amilinə göstərdiyi qayğının və vətəndaşı qorumaq istəyinin nəticəsi olduğunu bir daha üzə çıxardı. Fakt odur ki, bu gün də bir çox hallarda bazarlarımızda piştaxtaları “bəzəyən” genetik modifikasiya olunan məhsulların genefondumuza göstərəcəyi ciddi təsirləri nəzərə alan dövlət əvvəlcə daxili istehsalı yüksəltməyə çalışdı, yerli istehsalçıya yardımları gücləndirdi, sonra daxili istehsalın bazarda özünə yer tapmasına müxtəlif vasitələrlə şərait yaratdı.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sədərək Rayon Şöbəsi Sədərək Kənd Mərkəzində “Məcburi dövlət sosial sığortasının mahiyyəti və üstünlükləri” mövzusunda maarifləndirici tədbir keçirmişdir. Yığıncağı Sədərək Rayon İcra Hakimiyyətinin şöbə müdiri Samil Kazımov açaraq tədbirin əhəmiyyətindən danışmışdır.
Tədbirdə fondun Sədərək Rayon Şöbəsinin müdiri Yaqubəli Vəliyev və şöbənin əməkdaşları Araz Musazadə, Yavər Hüseynov, Seymur Məmmədov məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin mahiyyəti və əhəmiyyəti, əmək pensiyaları haqqında qanunvericiliyin tətbiqi, pensiyaların plastik kartlarla ödənişinin üstünlükləri və fərdi uçot sistemi ilə bağlı məsələlər barədə yığıncaq iştirakçılarına məlumat vermişlər.
Qeyd olunmuşdur ki, məcburi dövlət sosial sığorta haqqı əmək pensiyalarının yeganə maliyyə mənbəyi olduğundan pensiyaların maliyyələşdirilməsi vəziyyəti bila­vasitə sığorta haqqının ödənilməsindən asılıdır. İşçilərin sosial sığorta münasibətləri “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlarla tənzimlənir. Bu qanunun 14-cü maddəsinə əsasən, bütün hüquqi şəxslər hesablanmış əməyin ödənişi fondunun 22 faizi, onların işlətdikləri işçilər isə hesablanmış əməkhaqqının 3 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər. Fərdi sahibkarlar fəaliyyət göstərdikləri sahəyə müvafiq olaraq, ölkə üzrə minimum aylıq əməkhaqqının müəyyən faiz dərəcələri miqdarında məcburi dövlət sosial sığorta ayırmaları ödəyirlər.

Ardını oxu...

Elə dərdlər var ki, ondan çox danışanda bəzən mənasını, dəyərini itirir, sanki adiləşir, əhəmiyyətsiz olur. Elə dərdlər də var ki, hər dəfə danışanda dəhşətə gəlirsən, hər dəfə xatırlayanda o dərd, o kədər, o müsibət ayaq tutub adamın üstünə gəlir! Çətindir, amma mütləq deyilənləri eşitmək lazımdır – bu həm keçmişimizə lazımdır, həm gələcəyimizə, həm indi özümüzə lazımdır, həm də uşaqlarımıza...

Kəngərli rayonunun Yeni Kərki kəndində yaşayan Azərbaycan Vətən müharibəsi veteranı, 56 yaşlı Elşad Məmmədov Kərki kəndi haqqında həyəcanla danışır:
– Kəndimizin ermənilər tərəfindən işğal olunmasından 23 il keçir. Əslində, Kərkiyə ermənilərin təzyiqi özümüzünkülərin laqeyd münasibəti ucbatından 1989-cu ildən də əvvəl başlanmışdı. XX əsrin 50-ci illərində Kərkidən keçməklə Arazdəyəndən yol çəkilmiş, 60-cı illərdə maşın qəzasında ölən erməni şairinin adına əzəli torpağımızda qəsəbə salınmış, mənfur ermənilərin əli ilə kəndimizin ətrafındakı müqəddəs Tejgar dağının fotosu o dövrün sanballı mənbələrindən sayılan “Azərbaycan Sovet Ensiklopediyası”nda Ermənistan SSR Yexeqnadzor rayonunda dağ mənzərəsi” kimi verilmişdir. Hələ mən 80-ci illərin ortalarından başlayaraq gecələr Arazdəyən-Cermuk yolu ilə maşınla keçən ermənilərin kef havasına istədikləri vaxt kəndimizi atəşə tutmalarını demirəm. Biz bütün bunlar barədə yuxarılara məlumat versək də, qəflət yuxusunda yatmış rəhbərlərimizi oyada bilmirdik. Kəndimiz, demək olar ki, unudulmuş, sosial qayğılardan tamamilə kənarda qalmışdı.

Ardını oxu...

Naxçıvan şəhərindəki “Gənclik” kafesində 21 mart – Ümumdünya Daun Sindromlu İnsanlar Günü ilə əlaqədar tədbir keçirilib. Tədbiri Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təşkil edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfər­ovun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədovanın, muxtar respublika Psixi Xəstəliklər Dispanserinin baş həkimi Rəşadət Nabatovun çıxışları dinlənilib. Qeyd edilib ki, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi 2011-ci ildə 21 mart tarixini “Ümumdünya Daun Sindromlu İnsanlar Günü” elan edib. 2012-ci ildən etibarən bu gün muxtar respublikada da qeyd olunur.
Çıxış edənlər daun sindromlu uşaqlara hər bir vətəndaşımızın qayğı və diqqət ayırmasının vacib olduğunu bildirərək qeyd ediblər ki, muxtar respublikada məhdud fiziki imkanlı şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar dövlətimizin sosial siyasətindən bəhrələnirlər. Onların maddi və mənəvi tələbatlarının ödənilməsi, bu qəbildən olan uşaqların və həmçinin onların ailə üzvlərinin sosial-mədəni reabilitasiyası və cəmiyyətə inteqrasiyası məqsədilə bir sıra tədbirlər həyata keçirilir.
Tədbirdə Heydər Əliyev Uşaq- Gənclər Yaradıcılıq Mərkəzinin “Əlvan çiçəklər” rəqs qrupu və Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin “Şəlalə” instrumental ansamblı maraqlı mahnı və rəqs nömrələri ilə çıxış ediblər. Daun sindromlu 56 nəfərə hədiyyələr təqdim edilib.
Qeyd edək ki, bu sindrom 1866-cı ildən məlumdur. “Daun” adı ilk dəfə 1866-cı ildə bu sindromun əsas fiziki xüsusiyyətlərini qeyd edən həkimin – Con Lenqdon Daunun şərəfinə adlandırılıb.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində, muxtar respublikanın rayon mərkəzlərində məhdud fiziki imkanlıların iştirakı ilə tədbirlər keçirilib.
Naxçıvan şəhərindəki Əlillərin Bərpa Mərkəzində keçirilən tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Qadir Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik ediblər. Bildirilib ki, muxtar respublikamızda sosial müdafiəyə ehtiyacı olan şəxslərə hərtərəfli diqqət və qayğı göstərilir. Onların sosial müdafiəsinin yaxşılaşdırılması, tibbi-sosial reabilitasiyalarının həlli, asudə vaxtlarının səmərəli təşkili istiqamətində davamlı tədbirlər həyata keçirilir. Bayram günlərində belə tədbirlərin keçirilməsi bu kateqoriyadan olan şəxslərə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Həmin gün rayon mərkəzlərində də Novruz bayramı münasibətilə tədbirlər keçirilib. Bayram tədbirlərində, ümumilikdə, məhdud fiziki imkanlı 1000 şəxsə, o cümlədən sağlamlıq imkanları məhdud 236 uşağa bayram sovqatı təqdim olunub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində bayram tədbiri keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova çıxış edərək muxtar respublikamızda xüsusi qayğıya ehtiyacı olan uşaqlara həssaslıqla yanaşıldığını, onların hüquqlarının təmin olunması, təhsil alması, intellektual səviyyələrinin yüksəldilməsi, cəmiyyətə inteqrasiyası, eyni zamanda asudə vaxtlarının mənalı təşkili istiqamətində mühüm tədbirlər həyata keçirildiyini bildiriblər. Bayram günlərində bu kateqoriyadan olan uşaqların iştirakı ilə tədbirlərin təşkil edilməsi onlara göstərilən davamlı dövlət qayğısının daha bir ifadəsidir.
Tədbirdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Əlvan çiçəklər” qrupu rəqslər ifa edib, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorları tamaşa göstəriblər.
Sonda sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum olan 20 uşağa bayram hədiyyələri verilib.
Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinin baş həkimi Rəsmiyyə Xasayeva göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Novruz bayramının yaxınlaşması xaricdən gətirilən tezalışan maddələrə və pirotexniki vasitələrə qarşı mübarizə tədbirlərinin artırılmasını yenidən gündəmə gətirib. İdxal olunan müxtəlif vasitələr hesabına ictimai asayişin pozulması, insanların sağlamlığının, rahatlığının və ətraf mühitin təhlükə altına alınması hallarına qarşı mübarizə məqsədilə muxtar respublika gömrük orqanları gücləndirilmiş iş rejiminə keçib.
Qeyd edək ki, 23 dekabr 2003-cü il tarixli 565 nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən, partlayıcı maddə və qurğuların, eləcə də tezalışan maddələrin və pirotexniki vasitələrin mülki dövriyyəsi tamamilə məhdudlaşdırılıb. Yalnız xüsusi icazə əsasında idxalına yol verilən bu tip qurğu, maddə və məmulatların vətəndaşlar tərəfindən ölkə ərazisinə gətirilməsi, satışı və istifadəsi qanunla qadağan olunub.

Ardını oxu...

Qarşıdan xalqımızın ən əziz bayramı olan Novruz gəlir. Hər il olduğu kimi, bu il də muxtar respublikamızın sakinləri xalqımızın qədim el bayramı olan Novruzu böyük sevinc və yüksək əhval-ruhiyyə ilə qarşılamağa hazırlaşırlar. Novruz bayramı günlərində muxtar respublika ərazisində yanğın təhlükəsizliyinin etibarlı təmin olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirən Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin əməkdaşları tərəfindən bayram tədbirləri və şənlikləri keçiriləcək mədəniyyət müəssisələrində və kütləvi insan toplaşan yerlərdə yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə yanğın-texniki müayinələr keçirilərək maarifləndirici söhbətlər aparılıb.

Bir çox hallarda vətəndaşlar tərəfindən tonqal qalanarkən onun yerinin düzgün seçilməməsi və yandırılmış tonqalın nəzarətsiz qalması nəticəsində yanğınlar baş verir. Tonqal qalanan yerlərdə əvvəlcədən təhlükəsizlik tədbirləri həyata keçirmək vacib şərtlərdən biridir. Novruz bayramında tonqallar ətrafda olan yanar materiallardan, mühəndis-texniki qurğulardan, qaz xətlərindən, elektrik və rabitə xətləri çəkilmiş dirəklərdən, binalardan, evlərdən, yardımçı tikililərdən, ot-saman tayalarından, tezalışan maye və materiallar saxlanılan yerlərdən kənarda qalanmalıdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşları daha bir aztəminatlı ailəyə baş çəkiblər.
Naxçıvan şəhəri, Validə Hüseynova küçəsi, döngə 1, ev 1 ünvanında yaşayan I qrup əlil İsa İsmayılova baş çəkən adıçəkilən qurumların əməkdaşları aztəminatlı ailənin yaşayış şəraiti ilə maraqlanıb, ailə üzvlərini tibbi müayinədən keçirib, onlara ərzaq payı və xalça veriblər.
Xüsusi qayğıya ehtiyacı olan ailənin üzvləri göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR