22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sədərək Rayon Şöbəsi Sədərək Kənd Mərkəzində “Məcburi dövlət sosial sığortasının mahiyyəti və üstünlükləri” mövzusunda maarifləndirici tədbir keçirmişdir. Yığıncağı Sədərək Rayon İcra Hakimiyyətinin şöbə müdiri Samil Kazımov açaraq tədbirin əhəmiyyətindən danışmışdır.
Tədbirdə fondun Sədərək Rayon Şöbəsinin müdiri Yaqubəli Vəliyev və şöbənin əməkdaşları Araz Musazadə, Yavər Hüseynov, Seymur Məmmədov məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin mahiyyəti və əhəmiyyəti, əmək pensiyaları haqqında qanunvericiliyin tətbiqi, pensiyaların plastik kartlarla ödənişinin üstünlükləri və fərdi uçot sistemi ilə bağlı məsələlər barədə yığıncaq iştirakçılarına məlumat vermişlər.
Qeyd olunmuşdur ki, məcburi dövlət sosial sığorta haqqı əmək pensiyalarının yeganə maliyyə mənbəyi olduğundan pensiyaların maliyyələşdirilməsi vəziyyəti bila­vasitə sığorta haqqının ödənilməsindən asılıdır. İşçilərin sosial sığorta münasibətləri “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlarla tənzimlənir. Bu qanunun 14-cü maddəsinə əsasən, bütün hüquqi şəxslər hesablanmış əməyin ödənişi fondunun 22 faizi, onların işlətdikləri işçilər isə hesablanmış əməkhaqqının 3 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər. Fərdi sahibkarlar fəaliyyət göstərdikləri sahəyə müvafiq olaraq, ölkə üzrə minimum aylıq əməkhaqqının müəyyən faiz dərəcələri miqdarında məcburi dövlət sosial sığorta ayırmaları ödəyirlər.

Vurğulanmışdır ki, məcburi dövlət sosial sığorta haqlarının vaxtlı-vaxtında və tam məbləğdə ödənilməsi işləyən vətəndaşların gələcəkdə pensiya təminatı hüququnun yaradılması, eləcə də əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və doğum, uşağın anadan olması, uşağa qulluq, sanatoriya-kurort müalicəsi zərurəti kimi sosial sığorta hadisələrindən yararlanmaları üçün olduqca vacibdir.
Tədbirdə torpaq mülkiyyətçilərinin məcburi dövlət sosial sığortası üzrə vəzifələrindən də danışılmışdır. Bildirilmişdir ki, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları olan mülkiyyətçilər torpağın olduğu ərazi üzrə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) orqanlarında uçota durmalıdırlar. Uçota durmaq üçün onlar DSMF-nin rayon şöbəsinə müəyyən olunmuş sənədləri, ailə-kəndli təsərrüfatları isə fondda uçota durmaq üçün ərizə ilə birlikdə onların bələdiyyə orqanlarında uçotu və ailə-kəndli təsərrüfatı üzvləri statusu barədə sənəd təqdim etməlidirlər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR