22 Dekabr 2024, Bazar

Dünən Culfa Rayon Məşğulluq Mərkəzi tərəfindən keçirilən əmək yarmarkasına 15 müəssisədən 131 boş iş yeri təklif olunub.
Tədbirdə rayon Məşğulluq Mərkəzinin direktoru Ramiz Allahyarov çıxış edərək deyib ki, işaxtaran vətəndaşların, xüsusilə gənclərin sosial müdafiəsinin, onların münasib işlə təminatının gücləndirilməsi istiqamətində ardıcıl olaraq həyata keçirilən mühüm tədbirlərdən biri də əmək yarmarkalarıdır.
Bildirilib ki, rayonda fəaliyyət göstərən Məşğulluq Mərkəzi işaxtaranların münasib işlə təmin olunmasında mühüm rol oynayır. İşəgötürənlərdən boş iş yerləri haqqında məlumatlar toplanılır, həmin məlumatlar əmək yarmarkalarında işaxtaranlara təqdim edilir. Bu proses, əsasən, əmək yarmarkalarının keçirilməsi yolu ilə reallaşdırılır.
İşaxtaran vətəndaş Sevinc Əsgərova belə tədbirlərin təşkilinə görə min­nətdarlığını bildirib.

Yarmarkada Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Qasımov çıxış edərək rayonda əhalinin məşğulluğunun təmin olunması istiqamətində görülən işlərdən danışıb. Qeyd olunub ki, insan amili, onun layiq olduğu səviyyədə yaşamasının təmin edilməsi muxtar respublikada prioritet vəzifəyə çevrilib. Həyata keçirilən məqsədyönlü tədbirlər əmək bazarının inkişafına və yeni iş yerlərinin açılmasına əlverişli şərait yaradıb. Bu da insanların yaxşı yaşamasında başlıca amildir. Əhalinin səmərəli məşğulluğunun təmin olunması məqsədilə işaxtaran vətəndaşların münasib işlə təmin edilməsi, onların haqqı ödənilən ictimai işlərə cəlb olunması, habelə peşə hazır­lığı sahəsində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər bir daha onu göstərir ki, muxtar respublikamızda əhalinin məşğulluq probleminin həllinə diqqətlə yanaşılır. Bu da insanların maddi-rifah halının yaxşılaşdırılmasına xidmət edir.
Əmək yarmarkasında 38 nəfərə işə göndəriş verilib, 10 nəfər ictimai işə cəlb olunub.
Qeyd edək ki, növbəti əmək yarmarkası bu gün Naxçıvan şəhərində keçiriləcək.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR