01 Noyabr 2024, Cümə

Əlahiddə Ümumqoşun Orduda növbəti dəfə təşkil edilmiş zabit heyətinin təkmilləşdirmə kursunu uğurla bitirən məzunlar yuxarı vəzifələrə təyin olunublar. Bu münasibətlə təntənəli mərasim keçirilib.

 

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən bildirilib ki, mərasimdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Polkovnik Mübariz Rzayev kurs zamanı keçirilmiş məşğələlərdə əsas diqqətin 44 günlük Vətən müharibəsində qazanılan təcrübənin öyrənilməsinə yönəldildiyini, silahlanmaya yeni daxil edilmiş ən müasir silah və hərbi texnika nümunələrinin real döyüş şəraitində tətbiq olunduğunu qeyd edib.

Məzunlar adından çıxış edən mayor Amil Tağıyev kursda qazandıqları yeni taktiki bilikləri, eləcə də idarəçilik və təşkilatçılıq bacarıqlarını xidmət yerlərində uğurla tətbiq edəcəklərinə söz verib.

Məzunları təbrik edən Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində formalaşmış peşəkar Azərbaycan Ordusu Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ilin Aprel və 2018-ci ilin Günnüt zəfərlərini qazandı, 2020-ci ildə 44 günlük Vətən müharibəsini şanlı Qələbə ilə başa vurdu. Vətən müharibəsi bizim gücümüzü, milli iradəmizi və birliyimizi bütün dünyaya nümayiş etdirdi, Azərbaycan əsgəri və zabiti yüksək mənəvi ruhla, peşəkarlıq və qəhrəmanlıqla şərəfli missiyanı yerinə yetirdi, doğma torpaqlarımız işğaldan azad edildi.

General-polkovnik Kərəm Mustafayev qeyd edib ki, ölkəmizin dinamik inkişafı nəticə etibarı ilə Əlahiddə Ümumqoşun Ordunun döyüş arsenalının ən müasir silah və texnika təminatına, bütün parametrlər üzrə müasir standartlar səviyyəsinə yüksəlməsinə şərait yaradıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun diqqət və qayğısı sayəsində hərbi infrastrukturun müasirləşdirilməsi, şəxsi heyətin nümunəvi xidməti və döyüş qabiliyyətinin artırılması üçün mühüm işlər görülür. Peşəkar hərbçilərin yetişdirilməsi məqsədilə Əlahiddə Ümumqoşun Orduda təşkil edilən kurslar ordu quruculuğu istiqamətində görülən işlərin məntiqi davamıdır.

Çıxışların ardından məzunlara sertifikat və hədiyyələr təqdim edilib.

Kurs birincisi xatirə lövhəsinə buraxılış emblemini vurub və məzunların yeni vəzifələrə təyin olunmaları ilə bağlı əmrlər mərasim iştirakçılarına çatdırılıb.

Əmrlər oxunduqdan sonra məzunların tribuna önündən təntənəli keçidi olub.

Sonda xatirə şəkili çəkdirilib.

 

 

 

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR