22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin və AMEA Naxçıvan Bölməsinin elmi-tədqiqat institutlarının əməkdaşlarının iştirakı ilə “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” kitabının müzakirəsi keçirilmişdir.

 

Tədbiri giriş sözü ilə mərkəzin elmi katibi Nihad Tarverdiyev açmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixdə imzaladığı “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamın əhəmiyyəti tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır. Bildirilmişdir ki, Müzakirəsi keçirilən kitab özündə xalqımız üçün mühüm əhəmiyyət kəsb edən tarixi, siyasi-ideoloji hadisələri əhatə edir. Bu müraciətdə milli tariximizin bütün dövr və mərhələlərinə yüksək peşəkarlıqla qiymət verilib, geridə qalan əsrlərdə baş vermiş ictimai-siyasi proseslər barədə obyektiv mülahizələr səsləndirilib və gələcək inkişaf yolları müəyyənləşdirilib.
Qeyd olunmuşdur ki, Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ilk günlərdən respublikada qanunçuluğun qorunması, idarəçiliyin möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli tədbirlər görmüşdür. Ölkəmizdə müstəqil dövlət təsisatlarının yaradılması, beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət quruculuğunun böyük vüsət alması, suveren Azərbaycanın əsas qanunu olan müstəqil Konstitusiyanın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyin təmin olunması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi ilə bağlı proseslərin müvəffəqiyyətli həlli şəxsən ulu öndər Heydər Əliyevin tarixi xidmətləridir.
Tədbirdə AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun, Yeni və ən yeni tarix şöbəsinin kiçik elmi işçisi Nilufər Ağayeva çıxış edərək qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına dərin məzmunlu müraciətində xalqın ötən yüzillikdə keçdiyi keşməkeşli və şərəfli yola, ən müxtəlif sahələrdə qazandığı uğur və nailiyyətlərə tarixi-politoloji aspektdə nəzər salmış, qloballaşma proseslərinin daha da genişlənəcəyi yeni əsrdə qarşıda duran vəzifələrdən söz açmışdır.
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşı Kamran Mehbalıyev çıxışında qeyd etmişdir ki, ulu öndər Azərbaycan xalqının yüz ildən sonra gələcək əsrləri əhatə edən elə bir inkişafına və intibahına zəmin yaratmaq istəyirdi ki, həmin dövrlərdə yaşayacaq nəsillər üçün heç bir problem qalmasın. Ümummilli liderimiz Heydər Əliyev müraciətində qeyd etmişdir ki: “Müstəqilliyimiz möhkəmlənəcək, torpaqlarımız azad olunacaq, Azərbaycan Respublikası sülh və firavanlığa qovuşacaq”. Bugün bu arzular Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və Şanlı Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində reallaşmış, müqəddəs torpaqlarımız işğaldan azad edilmişdir.
Sonda mərkəzdə yaradılan kitab sərgilərinə baxış olmuşdur.

Xəbərlər şöbəsi

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR