27 Dekabr 2024, Cümə

Muxtar respublika ərazisində fəaliyyət göstərən bələdiyyə orqanlarına metodiki köməkliyin göstərilməsi və ardıcıl olaraq maarifləndirmə tədbirlərin həyata keçirilməsi davam etdirilir. Belə ki, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Culfa rayonunda fəaliyyət göstərən bələdiyyə orqanlarının əməkdaşları üçün seminar təşkil edilmişdir.

“Yerli əhəmiyyətli ekoloji təmizlik məsələlərinin həllində bələdiyyələrin vəzifələri” mövzusunda keçirilən seminarda Culfa Rayon İcra Hakimiyyəti aparatının, Ədliyyə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, yerli bələdiyyə orqanlarının əməkdaşları iştirak etmişlər.
Çıxış edənlər iştirakçılara ətraf mühitin qorunmasında qanunvericiliyin tələbləri və bələdiyyələrin rolu, ekoloji hüquq pozuntusuna görə mülki məsuliyyət, ətraf mühitə və insan sağlamlığına dəymiş ziyanın ödənilməsi haqqında ətraflı məlumat vermişlər.
Sonra iştirakçılar tərəfindən verilən suallara aydınlıq gətirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR