06 Dekabr 2024, Cümə

AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının cari ilə olan üçüncü sayı nəşr olunub.


İctimai və humanitar elmlər seriyasına aid olan yeni sayda AMEA Naxçıvan Bölməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Naxçıvan Dövlət Universiteti, eləcə də digər elm və təhsil müəssisələri əməkdaşlarının müxtəlif mövzulu məqalələri əksini tapıb.
Jurnalda “Naxçıvanda hərbi-siyasi vəziyyət (1918-1920-ci illər)”, “Müsəlman intibahı dövründə Naxçıvan bölgəsində inşa edilmiş bəzi memarlıq abidələri haqqında”, “Naxçıvanda müstəqillik illərində təhsil sahəsində gender məsələsi”, “Azərbaycan Respublikasında dövlət idarəçilik sisteminin modernləməsinin aktual məsələləri”, “Naxçıvanda neolit mədəniyyətinin mənşəyi və formalaşması”, “Azərbaycanda dini inanclarla bağlı naxışların müxtəlif sənət sahələrində tətbiqi tarixindən”, “Naxçıvanda şəhər əhalisinin su təchizatı sistemində kəhrizlərin rolu”, “Naxçıvan dialektində sait səslərin variantları”, “Orta əsr kitablarının bədii tərtibatı”, “Nizami Gəncəvinin əsərlərinin süjeti əsasında yazılan pyeslər Naxçıvan səhnəsində”, “Naxçıvan xalçaları mədəniyyət abidəsi kimi”, “Naxçıvan Muxtar Respublikasında ərzaq təhlükəsizliyinin təmin olunmasının başlıca istiqamətləri” və digər elmi məqalələr dərc olunub.
Məlumat üçün qeyd edək ki, “Elmi əsərlər” jurnalının ildə dörd nömrəsi çap olunur. Jurnalın cari ilə olan sonuncu sayı təbiət və texniki elmlər sahəsində aparılan tədqiqatların nəticələrini əhatə edəcək.

AMEA Naxçıvan Bölməsinin
mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR