04 Noyabr 2024, Bazar ertəsi

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində innovativ dərnəklərin fəaliyyəti ilə bağlı yığıncaq keçirilib.


Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov təhsilə göstərilən dövlət qayğısından danışaraq qeyd edib ki, muxtar respublikada uşaqların təhsili ilə yanaşı, asudə vaxtlarının səmərəli təşkili, onların istedad və bacarıqlarının üzə çıxarılması üçün də zəruri tədbirlər görülür, məktəbdənkənar müəssisələrdə müasir tədris şəraiti qurulur və müxtəlif innovativ dərnəklər yaradılır.
Bildirilib ki, məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətində əsas amillərdən biri də innovativ dərnəklər üzrə kadr hazırlığıdır. Bu baxımdan Təhsil Nazirliyi tərəfindən qısa müddət ərzində dərnək rəhbərlərinə robotexnika, mental aritmetika, qum sənəti, ebru sənəti, xalçaçılıq, dulusçuluq, ağac üzərində oyma, metal üzərində bədii döymə, rəqs, gimnastika dərnəkləri üzrə kurslar təşkil edilib. Rəsm və digər yaradıcı dərnəklər üzrə ustad dərslər keçilmiş, yeni innovativ dərnəklər üzrə muxtar respublikada ilk dəfə olaraq sərgi-müsabiqələr təşkil olunmuşdur.
Təhsil naziri vurğulayıb ki, muxtar respublikanın şəhər və rayonlarında məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti gücləndirilməli, dərnəklər şagirdlərin müasir texnologiyaların mənimsənilməsinə, yeni bilik və bacarıqlara yiyələnməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına xidmət etməlidir.
Nazir şagirdlərin məktəbdənkənar fəaliyyətə cəlbinin, təlim-tərbiyə prosesinin təşkilinin və nizam-intizam qaydalarına riayət edilməsinin vacibliyini diqqətə çatdıraraq qeyd edib ki, məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti diqqətdə saxlanılmalı, yeni yaradılan innovativ dərnəklərin tədrisinə nəzarət artırılmalı, bu dərnəklərə cəlb olunan yaradıcı və istedadlı şagirdlərin hərtərəfli hazırlanmasına, xüsusi istedada malik şagirdlərə düzgün istiqamət verilməsinə yardım göstərilməlidir. Yeni profilli dərnəklərin tədris vəsaitləri və proqram materialları hazırlanmalı, dərnək üzvlərinin əl işləri və bacarıqlarını nümayiş etdirən sərgi-müsabiqələr keçirilməli, Robotexnika-STEAM kabinələrinin imkanlarından yararlanaraq hər il keçiriləcək “STEAM təhsil festivalı”na ciddi hazırlıq işləri görülməlidir.
Yığıncaqda Şərur, Ordubad və Culfa Rayon Təhsil şöbələrinin müdirləri innovativ dərnəklərin fəaliyyəti ilə bağlı məlumat veriblər.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR