06 Dekabr 2024, Cümə

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə “Naxçıvan” Universitetində “Karyera günü” keçirilib. Tədbiri giriş sözü ilə universitetin rektoru Nurlana Əliyeva açıb.


Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının əhəmiyyətini vurğulayan rektor qeyd edib ki, ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi məzunların gələcək karyera inkişafında xüsusi rol oynayır.
Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin sədri İsmayıl Qəribli tədbirdə çıxış edərək deyib ki, muxtar respublikada dövlət idarəçiliyi sahəsində aparılan islahatların əsas istiqamətlərindən biri də müasir tələblərə cavab verən kadr siyasətinin həyata keçirilməsidir.
Muxtar respublikamızda gənclərin məşğulluğu üçün geniş şəraitin yaradıldığını bildirən İsmayıl Qəribli deyib ki, hazırda Dövlət İmtahan Mərkəzi tərəfindən 33 istiqamət üzrə işə qəbul, attestasiya, sertifikasiya və qiymətləndirmə imtahanları keçirilir. Gənclər dövlətin yaratdığı şəraitdən istifadə etməklə karyera hədəflərini müəyyənləşdirməli və onlara çatmaq üçün səylə çalışmalıdırlar.
Sonra Dövlət İmtahan Mərkəzinin baş məsləhətçisi Məmməd Babayev slayd vasitəsilə Naxçıvan Muxtar Respublikasında vətəndaşların dövlət orqanlarına və digər müəssisələrə işə qəbulu qaydaları haqqında tələbələrə məlumat verib, suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Dövlət
İmtahan Mərkəzinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR