06 Dekabr 2024, Cümə

Noyabrın 19-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən  bu  ilin  oktyabr-noyabr aylarında  təşkil olunan STEAM təhsili üzrə təlimləri uğurla başa vuran 75 müəllimə sertifikatlar verilib.

 

Heydər Əliyev adına tam orta məktəbin STEAM Tədris Mərkəzində keçirilən tədbirdə təhsil naziri Rəhman Məmmədov bildirib ki, Naxçıvan Muxtar Respublikasında dövlət qayğısı nəticəsində müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiq edilməyə başlanılan təhsil yenilikləri bu gün muxtar respublikada uğurla tətbiq edilir.

Nazir qeyd edib ki, STEAM təhsilinin muxtar respublikada tətbiqinin əhəmiyyəti nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 7 iyun 2021-ci il tarixdə “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Sərəncama uyğun olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində “STEAM Təlim-Tədris Mərkəzi” yaradılır, məktəblərdə STEAM kabinələrinin yaradılması istiqamətində işlər davam etdirilir. Bununla yanaşı hər il “STEAM təhsil festivalı” keçiriləcəkdir. Sərəncamın icrası ilə bağlı 53 təhsil müəssisəsində STEAM kabinəsi yaradılıb, hazırda da əlavə olaraq 50 ümumtəhsil məktəbində STEAM kabinələrinin yaradılması istiqamətində işlər görülür.

Rəhman Məmmədov STEAM təhsil metodunun uğurlu tətbiqi  üçün müəllim kadrların hazırlanmasının əhəmiyyəti ilə bağlı qeyd edib ki, yaradıcı yeni nəslin formalaşmasına öz töhfəsini verən STEAM təhsil metodunun əhatə dairəsinin genişləndirilməsi və inkişafı ixtisaslaşmış kadrlar tələb edir. Bu məqsədlə Heydər Əliyev adına tam orta  məktəbdə  yaradılan  STEAM  Tədris Mərkəzinin imkanlarından yararlanaraq bu günədək 175-i bu Mərkəzdə, 150-si isə onlayn  qaydada olmaqla 325 müəllim təlimlərdən yararlanıb. Bu təlimlərin nəticəsi  olaraq  onlarda  STEAM  dərsləri  tədris etmək bacarığı  formalaşıb. Təhsil  naziri  təlimləri  uğurla başa  vuran  müəllimləri təbrik edib,  STEAM  Tədris  Mərkəzində  təlimlərin bundan sonra da davam  etdirilməsi  ilə bağlı tapşırıqlar verib.

Sonda STEAM təhsil metodu üzrə təşkil olunan təlimi uğurla başa vuran müəllimlərə Təhsil Nazirliyinin sertifikatları təqdim olunub.

 Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR