01 Noyabr 2024, Cümə

Prezident İlham Əliyevin 2021-ci il sentyabrın 3-də imzaladığı Sərəncama əsasən Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Sərəncamın icrası təmin edilib və oktyabr ayı ərzində Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi müvəffəqiyyətlə yekunlaşdırılıb.

Oktyabrın 1-dən başlayan çağırış müddətində  müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri ilə bərabər həkim mütəxəssislərin də (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq,  stolamtoloq, dermato-veneroloq, psixoloq) iştirak etdiyi komissiyalarda çağırışçılar tibbi müayinədən xüsusi dəqiqliklə keçirilib. Xidmətin şəhər və rayon idarələrində müəyyən qrafikdə fəaliyyət göstərən komissiyanın tələblərinə cavab verən sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüqüqu olmayan, və ya çağırışdan azad edilməmiş Naxçıvan Muxtar Respublikasında yaşayan vətəndaşlar komissiyanın müsbət rəyi əsasında vətən borcunu ödəməyə yollanıb.  

Qeyd edək ki, sərəncama əsasən 2003-cü ildə doğulan və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olan, habelə 1986–2002-ci illərdə doğulan, yaşı 35-dək olan, Azərbaycanın Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən Azərbaycan vətəndaşları 2021-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılıb.

Vətənə və xalqına xidmət edəcəkləri üçün qürur hissi yaşayan gənclər hər dəfə olduğu kimi bu çağırış müddətində də Silahlı Qüvvələrimizin sıralarına qoşulmağa böyük ruh yüksəkliyi ilə yollanıb. 

Damarlarında Azərbaycanlı qanı dövr edən hər bir gənc vətənpərvərdir. İnanırıq ki, Müddətli həqiqi hərbi xidmətə yola düşən hər bir vətən övladı verilən tapşırıqları vaxtında və dəqiqliklə yerinə yetirəcək, onlara göstərilən inam və etimada layiq olaraq xidmətlərini başa vuracaqlar. Bu yolda bütün əsgərlərə uğurlar arzu edirik.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və

Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat xidməti

 

 

 

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR