25 Aprel 2024, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birlikdə rayonun Türkeş kəndində “Taxıl əkinlərinin optimal müddətdə aparılması, əkinlərin aparılmasında toxumların dərmanlanmasının məhsuldarlığa təsiri” və “Aqrotexniki tədbirlərin aparılmasında müasir texnika və texnoloji avadanlıqların rolu” mövzularında seminar keçirilib.

Seminarda nazirliyin əməkdaşlarından Bəhruz Qasımov, Valeh Mehdiyev, Məhəmməd Kərimov çıxış edərək aqrotexniki tədbirlərin aparılmasında texnikaların rolundan, payız əkinlərinin “Əkin atlasları”na uyğun aparılması və əkinlərin optimal müddətə başa çatdırılmasının vacibliyindən danışıblar.
Sonda suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR