22 Dekabr 2024, Bazar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Banqladeş Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qousal Azam Sarkerin etimadnaməsini qəbul edib.

Səfir Qousal Azam Sarker əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın enerji siyasətində əldə etdiyi uğurlarda Prezident İlham Əliyevin müdrik siyasətini yüksək qiymətləndirdiklərini vurğuladı. O qeyd etdi ki, səfirlik fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməyəcək.

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Dövlətimizin başçısı səfirlə söhbət etdi.

 

Prezident İlham Əliyev ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində yaxşı siyasi dialoqun aparıldığını vurğuladı və Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik müddətinin 2023-cü ilədək uzadılmasında Banqladeşin göstərdiyi dəstəyə görə minnətdarlığını bildirdi. Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə üzv ölkələrin maraqlarının qorunması, COVID-19 ilə mübarizə, vaksinlərin ədalətli bölgüsü sahəsində fəal şəkildə böyük səylər göstərdiyini qeyd etdi.

Prezident İlham Əliyev tarixi torpaqlarımızın erməni işğalından azad edilməsi məsələsində həm Qoşulmama Hərəkatı, həm də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın haqlı mövqeyinin Banqladeş tərəfindən dəstəkləndiyini yüksək qiymətləndirdi.

Dövlətimizin başçısı Qousal Azam Sarkerin səfirlik fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərin inkişafına və iqtisadi əməkdaşlığın prioritetlərinin müəyyənləşməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.

Banqladeş Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qousal Azam Sarker ölkəsinin Azərbaycanla münasibətlərə böyük önəm verdiyini dedi.

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR