07 Dekabr 2024, Şənbə

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə “Sabahın tədqiqatçıları-2022” layihəsinə start verildi. Bununla bağlı şagirdlərlə görüş keçirilib.


Tədbirdə “Sabahın tədqiqatçıları” layihəsinin əhəmiyyəti və layihə çərçivəsində görülən işlərdən danışan təhsil naziri Rəhman Məmmədov vurğulayıb ki, layihə çərçivəsində AMEA Naxçıvan Bölməsinin alimləri xüsusi istedad və qabiliyyəti ilə fərqlənən şagirdləri elmi himayəyə götürərək onlarla birgə Naxçıvan Muxtar Respublikası üçün əhəmiyyətli olan layihələr üzrə tədqiqatlar aparmışdır. Bu layihədə, ümumilikdə, 95 şagirdin iştirakı ilə 53 layihə üzrə tədqiqat aparılmışdır.
Bu günədək layihə iştirakçılarından 1-i Beynəlxalq müsabiqədə qazandığı uğura görə adı Gənc İstedadların “Qızıl kitabı”na yazılmış və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüşdür. Layihənin digər iştirakçılarından 1-i isə “Sabahın alimləri” respublika müsabiqəsində III yerə layiq görülmüşdür. Bundan əlavə beynəlxalq müsabiqələrdə 6 layihə I, 4 layihə II, 6 layihə isə III yerə layiq görülmüşdür.
Nazir qeyd edib ki, “Sabahın tədqiqatçıları” layihəsinin uğurlu tətbiqi üçün bu il də Naxçıvan şəhərində yerləşən ümumtəhsil məktəbləri pilot məktəblər olaraq müəyyənləşdirilmiş, layihədə iştirak edəcək 50 şagird 5 istiqamət üzrə tədqiqat aparacaqlar.
Təqdimatda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək bildirib ki, “Sabahın tədqiqatçıları” layihəsi qısa müddətdə icra olunmasına baxmayaraq, bir sıra uğurlar qazanmışdır. Tədqiqat aparılan layihələrin 30-dan çoxu beynəlxalq və respublika səviyyəli konfrans, tədbir və mətbuat orqanlarında işıqlandırılmışdır. Hətta həmin layihələrdən 1-i – Surə Rəhimovanın rəhbərlik etdiyi layihə “Sabahın alimləri” X Respublika müsabiqəsində uğur qazanaraq, III yerə layiq görülmüşdür. Bundan əlavə, 15-dən artıq alimin rəhbərlik etdiyi layihələr müxtəlif müsabiqələrdə medal, diplom, sertifikat və fəxri fərmanlara layiq görülmüşdür.
Bioresurslar İnstitutunun Biokimyəvi tədqiqatlar laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Surə Rəhimova “Sabahın tədqiqatçıları” layihəsi “Uğur və vəzifələr”, Naxçıvan Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi, Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının sədri Gülxanım Orucovanın “Sabahın tədqiqatçıları” layihəsinin əhəmiyyəti və layihənin uğurları haqqında çıxışları dinlənilib.
Sonra videoçarx nümayiş olunub.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR