06 Dekabr 2024, Cümə

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün keçirilən növbəti test imtahanı başa çatıb.
Dövlət orqanları sırasında ən sıx müsabiqə vəziyyətinin yarandığı orqan “ASAN xidmət” Mərkəzidir. Bu orqanda müvafiq vəzifələrin tutulması üçün müraciət etmiş 132 namizəd uğur qazanıb. Dövlət Statistika Komitəsinə müraciət edən namizədlərdən isə 51-i uğur qazanıb.
Ayrı-ayrı vəzifələr üzrə ən sıx müsabiqə vəziyyəti “ASAN xidmət” Mərkəzinin Vətəndaşların qəbulu işinin təşkili sektorunun aparıcı-məsləhətçisi vəzifəsi üzrə yaranıb – 66 namizəd. Eyni sektorda böyük məsləhətçi vəzifəsinin tutulması üçün 21 namizəd, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf mühit və təbii sərvətlərdən istifadəyə dövlət nəzarəti şöbəsinin Kəngərli rayonu üzrə məsləhətçisi vəzifəsinin tutulması üçün isə 19 namizəd mübarizə aparacaq.
2-12 noyabr tarixlərdə keçirilən test imtahanının nəticələrinə əsasən 606 namizəd imtahanlarda iştirak edib, 267 namizəd isə müvafiq keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb. Müsahibə mərhələsinə sənəd qəbulu dekabrın 15-nə qədər davam edəcək.


Naxçıvan Muxtar Respublikası
Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR