06 Dekabr 2024, Cümə

Muxtar respublikamızın şəhər və rayonlarında genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri cari ildə də davam etdirilmiş, bir sıra yeni sosial obyektlər istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının cari ilin yanvar-sentyabr aylarının nəticələrinə nəzər salsaq görərik ki, həmin dövrdə bütün maliyyə mənbələrindən əsas kapitala 806 milyon 538 min 300 manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 1,1 faiz çoxdur. Vəsait qoyuluşlarının 773 milyon 293 min 600 manatı və ya 95,9 faizi tikinti-quraşdırma işlərində istifadə edilmişdir ki, bu da bir il öncəki göstəricidən 1,2 faiz çoxdur.

 

2021-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada 219 müxtəlif təyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuş, 184 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilmişdir.

Yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi tədbirlərinə uyğun olaraq 2021-ci ilin 9 ayında 5 kənd mərkəzi istifadəyə verilmiş, 7 kənd mərkəzinin tikintisi, 1 kənd mərkəzinin yenidən qurulması davam etdirilmişdir. Bundan əlavə, Şərur şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binası yenidən qurulur.

Muxtar respublikada kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılması məqsədilə bələdiyyələrə 15 traktor və 15 qoşqu verilmişdir.
Muxtar respublikada 2 yaşayış binasının tikintisi, 4 yaşayış binasının yenidən qurulması başa çatdırılmış, 1 yaşayış binasının tikintisi, 10 yaşayış binasının yenidən qurulması davam etdirilmişdir. Bundan əlavə, Naxçıvan şəhərində tələbə yataqxanasının yenidən qurulması başa çatdırılmış, “Gənclər Yaşayış Kompleksi”nin tikintisi davam etdirilmişdir.
Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərmiş, 2021-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 364 min 43 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir.

Xəbərlər şöbəsi

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR