25 Oktyabr 2024, Cümə

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşdırma planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə təlim-metodik toplantı keçirilib.


Zabitlərin bölmələri idarəetmə vərdişlərinin yüksəldilməsi, əməliyyat və qərargah hazırlığı üzrə bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən toplantıda praktik və göstərici məşğələlərə üstünlük verilib.
Səhra şəraitində təşkil edilmiş təlim yerlərində “Artilleriya divizionunun atış və atəşin idarə olunması”, “Kiçikölçülü hava hədəflərinə qarşı mübarizə”, “Mövqelərin mühəndis cəhətdən hazırlanması” mövzularında məşğələlər keçirilib, atıcı silahlardan normativlərin yerinə yetirilməsi nümayiş olunub. Məşğələ zamanı minaatan batereyasının atışa hazırlanması və praktik atış tapşırıqlarının yerinə yetirilməsi məşq etdirilib.
Toplantıda təmir emalatxanalarının və qida məntəqəsinin səhra şəraitində açılması, ehtiyat döyüş sursatının döyüş maşınlarında və nəqliyyat vasitələrində saxlanılması praktik olaraq göstərilib.
Toplantının yekununda qarşıya qoyulmuş məqsədlərə nail olunduğu vurğulanaraq bölmələrin döyüş hazırlığının yüksəldilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Kənan Cəlilov

 

 

 

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR