26 Dekabr 2024, Cümə axşamı

“Dünyada qızılcaya yoluxma riski artmaqda davam edir”.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) birgə dərc etdiyi yeni hesabatında deyilir.

Qeyd olunub ki, 2020-ci ildə 22 milyondan çox körpə COVID-19 pandemiyası səbəbindən qızılcaya qarşı peyvənd olunmayıb, bu da 2019-cu illə müqayisədə 3 milyon uşaq çoxdur.

Bu, son iyirmi ildə ən böyük artımdır və xəstəliyin yeni ocaqları üçün təhlükəli mühit yaradır. Eyni zamanda əvvəlki illə müqayisədə 2020-ci ildə qızılcaya yoluxma hallarının sayı 80%-dən çox azalıb.

Hesabata əsasən son bir ildə qızılcaya nəzarət pisləşib və bu infeksiya ilə bağlı epidemiya 26 ölkədə baş verib.

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR