30 Aprel 2024, Çərşənbə axşamı

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində yeni yaradılan “Bədii dəri işləmə sənəti” dərnəyinin təqdimatı olub.


Təqdimatda Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, muxtar respublikada ümumtəhsil məktəbləri ilə yanaşı, məktəbdənkənar təhsil müəssisələrinin də fəaliyyəti üçün nümunəvi tədris şəraiti qurulur, müxtəlif innovativ dərnəklər yaradılır.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı əsasında 2019-cu ildən başlayaraq məktəbdənkənar təhsil müəssisələrində 60-dan çox innovativ dərnək yaradılıb. Bu isə şagirdlər tərəfindən müasir texnologiyaların mənimsənilməsinə, onların yeni bilik və bacarıqlara yiyələnməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, xalq yaradıcılıq sahələrinin və yeni sənət növlərinin öyrənilməsinə geniş imkanlar açıb. Uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün yaradılan innovativ dərnəklər milli-mənəvi dəyərlərin qorunmasını, gələcək nəsillərə çatdırılmasını, uşaqların intellektual səviyyələrini inkişaf etdirmələrini təmin etməklə bərabər, onlara gələcəkdə peşə seçimində düzgün qərar verməyə kömək edir.
Rəhman Məmmədov bildirib ki, görülən işlərin davamı olaraq 2021-2022-ci tədris ilində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində yeni “Bədii dəri işləmə sənəti” dərnəyi də yaradılaraq şagirdlərin istifadəsinə verilib.
Bildirilib ki, “Bədii dəri işləmə sənəti” xalqımızın tarixini, mədəniyyətini, incəsənətini və məişət tərzini özündə ehtiva edən el sənətidir. Bu dərnəyin yaradılmasında məqsəd milli dəyərlərimiz olan bədii dəri işləmə sənətini şagirdlərə öyrətmək, maddi və mədəni irsin qorunması və inkişaf etdirilməsinə töhfə verməkdir.
Qeyd edək ki, yeni yaradılan “Bədii dəri işləmə sənəti” dərnəyi 20 A4 ölçülərində xüsusi dəri, 5 müxtəlif formalı alətlər dəsti, 2 bıçaq dəsti, 1 çox alətli dəri tikmə dəsti, 10 oyma bıçağı, 3 boya dəsti, 5 ölçü lövhəsi, 5 taxta saplı toxmaq, 2 yandırma aparatı ilə təmin edilib.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR