06 Dekabr 2024, Cümə

Türkiyə Prezidentinin baş müşaviri, professor Yekta Saraç, prezident müşavirləri İhsan Şener və Ahmet Minder Naxçıvan Dövlət Universitetində olublar. Ali təhsil ocağının Memarlıq və mühəndislik fakültəsində olan qonaqlar “Robotexnika” kabinəsində tələbələrin startapları ilə tanış olub, alternativ enerji mənbələri - külək və günəş panelləri haqqında ətraflı məlumat alıblar. Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində müasir avadanlıqlarla zəngin olan laboratoriyaların iş prinsipi ilə tanış olan qonaqlar Pedaqoji fakültənin nəzdində tələbələrin təcrübi dərslərinin keçirildiyi “Toxuculuq və tikiş texnologiyası”, “Kulinariya kabinəsi”, Metal və ağac emalı üzrə emalatxana”sında olub, tələbələrin iş prosesini izləyiblər. Sonra qonaqlar müasir tədris bazası əsasında yenidən qurularaq tələbələrin istifadəsinə verilən Tibb fakültəsinə gəlib, mövcud laboratoriyaların fəaliyyət mexanizmi ilə tanış olublar. Universitetin Konservatoriyasında olan qonaqlar Xalq çalğı alətləri kafedrasının nəzdində fəaliyyət göstərən “Buta” instrumental ansamblının konsertini izləyib, Musiqi müəllimliyi ixtisası üzrə I kurs türkiyəli tələbə Furkan Tunanın sazda türkü ifasını dinləyiblər.


Beynəlxalq münasibətlər və hüquq fakültəsində keçirilən ikitərəfli görüşdə ali təhsil ocağının rektoru Elbrus İsayev qonaqları salamlayaraq ali təhsil ocağının malik olduğu imkanlar, fakültələr, tədris olunan ixtisaslar və beynəlxalq əlaqələr haqqında geniş məlumat verib. Ali təhsil ocağında təhsil alan əcnəbi tələbələr sırasında türkiyəli tələbələrin üstünlük təşkil etməsini qeyd edən rektor bunun səbəbini dil, din birliyi, ortaq adət-ənənələrə sahib olmağımızla əlaqələndirib. Görüşdə Türkiyə universitetləri ilə bütün elm-təhsil sahələrində ortaq layihələr həyata keçirmək, konfranslar, simpoziumlar təşkil etmək, ortaq elmi araşdırmalar və nəşrlər aparmaq, elmi toplantılar təşkil etmək, tələbə-müəllim mübadiləsi həyata keçirmək məsələləri və birgə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Türkiyə Prezidentinin baş müşaviri, professor Yekta Saraç klassik və nümunəvi universitet modelini özündə əks etdirən ali təhsil ocağında aparılan hərtərəfli quruculuq prosesindən məmnunluğunu ifadə edib. Texnopark sahəsində Türkiyə universitetləri ilə qarşılıqlı əməkdaşlıq məsələlərinə toxunan baş müşavir Naxçıvan Dövlət Universitetində yeni yaradılacaq texnoparkın gələcəkdə bölgənin inkişafına müsbət mənada təsir göstərəcəyindən danışıb.
Görüşün sonunda Türkiyə Prezidentinin baş müşaviri universitetin xatirə kitabına ürək sözlərini yazıb, rektor milli ornamentlərlə zəngin Naxçıvan xalçasını qonağa hədiyyə edib.
Qeyd edək ki, Türkiyə Prezidentinin baş müşaviri professor Yekta Saraç 2014-2021-ci illərdə Türkiyə Ali Təhsil Şurasının rəhbəri vəzifəsində çalışıb.

Naxçıvan Dövlət Universitetinin
Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR