07 Dekabr 2024, Şənbə

Naxçıvan Dövlət Universitetində “Fizika və astronomiyanın müasir problemləri” mövzusunda vebinar təşkil olunub. Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev elmin müxtəlif sahələrinin kəsişməsində aparılan tədqiqatların səmərəliliyinin artmasına öz töhfəsini verəcəkbu cür vebinarların əhəmiyyətini önə çəkib.


“Aerokosmik üsulların ətraf mühitin və zəlzələlərin öyrənilməsində istifadə edilməsi” mövzusunda çıxışında AMEA Geologiya və Geofizika İnstitutu texnika üzrə elmlər doktoru, professor Fuad Hacızadə uzaqdan aerokosmik, həmçinin hava üsulları və kosmik metodlar barəsində məlumat verib.
AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru, professor Nəriman İsmayılov qeyd edib ki, rəsədxananın elmi fəaliyyətində ulduzlarda baş verən fiziki dəyişkənliklərin kompleks tədqiqi əsas yer tutur. Bu sahədə əsas tədqiqatlar ulduz atmosferlərində və qalaktikalarda baş verən qeyri-stasionar proseslərin öyrənilməsinə yönəlib.
Naxçıvan Dövlət Universitetinin dosenti Xanəli Həsənov daşıyıcı raketlərin hərəkətinin spesifik xüsusiyyətlərini təhlil edib.
“Asteroid-komet təhlükəsi problemi” mövzusunda çıxışında AMEA Naxçıvan Bölməsi fizika üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev yerin kosmik cisimlərlə – kometlər, asteroidlər, meteroidlərlə toqquşma təhlükəsi ilə bağlı anlayışın 1980-ci ildə irəli sürüldüyünü diqqətə çatdırıb.
Vebinarın sonunda mövzu ilə bağlı suallar cavablandırılıb.
Konfrans bölmə iclasları ilə davam edib.

Naxçıvan Dövlət Universitetinin Televiziya,
mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR