27 Dekabr 2024, Cümə

Muxtar respublikanın Şərur rayonunda istedadlı qadınların və məhdud fiziki imkanlı şəxslərin əl işlərindən ibarət sərgi-satış keçirilib.

Tədbirdə Şərur Rayon İcra Hakimiyyəti başçısınTtın müavini Aysel Zeynalabdinova istedadlı qadınlara və məhdud fiziki imkanlı şəxslərə göstərilən dövlət qayğısından bəhs edib. Bildirib ki, Naxçıvanda xüsusi istedadı ilə seçilən, el sənəti nümunələrini yaşatmağı özünə fəaliyyət sahəsi seçən və asudə vaxtını bu işlərə sərf edən qadınlara, məhdud fiziki imkanlı şəxslərə xüsusi diqqət göstərilir. Onlar məşğulluq proqramlarına və müxtəlif kurslara cəlb edilir, rifah hallarının yüksəldilməsi üçün əl işlərinin sərgi-satışı təşkil olunur. Belə sərgi-satışların təşkilində məqsəd onların istedad və bacarıqlarını üzə çıxarmaq, ailə dəyərlərimizi, çoxəsrlik adət-ənənələrimizi gənclərə aşılamaq, keçmişdən bu günümüzə gəlib çatan milli dəyərlərimizi qoruyub yaşatmaqdır. Bu cür sərgilər həm də istedadlı qadınların və məhdud fiziki imkanlı şəxslərin fəaliyyətinə dəstək xarakteri də daşıyır.

Sonra sərgiyə baxış olub. Sərgidə 60-dan artıq istedadlı qadının və məhdud fiziki imkanlı şəxsin 400-dən çox əl işi nümayiş etdirilib. Milli dəyərlərimizin, adət-ənənələrimizin təbliği əl işlərinin əsas qayəsini təşkil edib. Dekorativ tətbiqi sənət nümunələri, tikmələr, toxumalar, sulu və yağlı boya ilə işlənən tablolar, taxta üzərində yandırma ilə ərsəyə gələn işlər iştirakçıların zövqünü oxşayıb.

Zəfər guşəsi isə sərgi-satış iştirakçıları tərəfindən daha maraqla qarşılanıb. Xarıbülbülün, Şuşa qalasının, Xudafərin körpüsünün rəsmləri sərgi iştirakçılarının diqqətini cəlb edib.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR