Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə IX-XI sinif şagirdləri arasında məktəblilərin muxtar respublika fənn olimpiadasının muxtar respublika mərhələsi keçirilib.
Muxtar respublika fənn olimpiadası Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə təşkil olunub.
Qeyd edək ki, oktyabrın 23-də ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan 534 şagirdin iştirakı ilə məktəblilərin muxtar respublika fənn olimpiadasının şəhər (rayon) mərhələsi keçirilmişdir. Bu mərhələdə yüksək nəticə göstərən Təhsil Nazirliyinə birbaşa tabe məktəblərdən, ümumilikdə, 182 şagird muxtar respublika mərhələsində iştirak etmək hüququ qazanmışdır.
Nəticəyə əsasən I, II və III yerlərin qalibləri Təhsil Nazirliyi tərəfindən diplomla təltif olunacaqlar.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti