Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Vətən müharibəsində şəhid olmuş leytenant Şahmar Səfərovun anım günü ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin mərhumun dəfn olunduğu Şəhidlər xiyabanında birgə təşkil etdikləri tədbirdə iştirak edib.
Tədbirdə Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə şəhid Şahmar Səfərova verilən orden və medallar anası Pakizə Səfərovaya təqdim edilib.