06 Dekabr 2024, Cümə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Kamboca Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Henq Measın etimadnaməsini qəbul edib.

Səfir Kim Henq Meas etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Kambocanın Azərbaycana dost ölkə olduğunu deyən dövlətimizin başçısı Azərbaycan tərəfinin münasibətlərin inkişafında maraqlı olduğunu vurğuladı. Azərbaycanla Kamboca arasında çox yaxın siyasi əlaqələrin mövcud olduğunu deyən dövlətimizin başçısı səfir Kim Henq Measın ölkələrimizin biznes dairələri arasında da əməkdaşlığın qurulması işində səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev, eyni zamanda, humanitar sahədə də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu qeyd etdi.

Xoş sözlərə görə təşəkkürünü bildirən səfir Kim Henq Meas Kambocanın Kral həzrətləri Norodom Sihamoninin salamlarını və firavanlıq arzularını dövlətimizin başçısına və Azərbaycan xalqına çatdırdı.

Prezident İlham Əliyev Norodom Sihamoninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Kral həzrətlərinə çatdırmağı xahiş etdi.

Səfir Kim Henq Meas ölkələrimiz arasında regional və beynəlxalq təşkilatlar çərçivəsində yüksək səviyyədə əlaqələrin olduğunu vurğulayaraq fəaliyyəti dövründə Kamboca-Azərbaycan dostluq münasibətlərinin və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırdı.

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR