Noyabr ayının 13-də muxtar respublikada keçirilmiş iməciliklərdə 16 min 353 meşə, meyvə ağacı, gül və bəzək kolları əkilib.
Naxçıvan şəhərində Uzunoba Su Anbarının yaxınlığındakı 2,4 hektarlıq yeni salınmış bağda 1500 meyvə, dairəvi avtomobil yolunun kənarlarındakı 1,3 hektarlıq ərazidə bərpa məqsədilə 150 meyvə, 150 meşə, digər ərazilərdə isə, ümumilikdə, 340 meyvə, 270 meşə və 88 həmişəyaşıl ağac və 320 gül kolu əkilib, ahıl vətəndaşın evində təmizlik işləri aparılıb.
Naxçıvan-Sədərək magistral yolunun Şərur rayonunun Zeyvə kəndi hissəsində yol kənarlarına 265 həmişəyaşıl ağac və 2100 gül kolu, Püsyan kəndindəki 9 hektarlıq bağda isə bərpa məqsədilə 310 meyvə ağacı əkilib, ahıl vətəndaşın evində, həyətində təmizlik işləri aparılıb.
Həmin gün Babək rayonunun Məzrə və Xalxal kəndlərində Naxçıvançay sahillərində 3 hektarlıq ərazidə bərpa məqsədilə 1500 meşə ağacı əkilib, yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib.
Bağlar diyarı Ordubad rayonunun Əylis düzündəki 0,5 hektarlıq yeni salınmış bağda 300 meyvə ağacı, 250 gül kolu, bərpa məqsədilə isə 5 hektarlıq ərazidə 900 meşə və 250 meyvə ağacı əkilib.
Culfa rayonunda Darıdağ Arsenli Su Müalicəxanasına gedən yolun kənarlarında və yeni tikilən obyektlərin ətrafında 1,2 hektarlıq ərazidə 600 meşə ağacı, digər ərazilərdə isə bərpa məqsədilə, ümumilikdə, 5 hektarlıq ərazidə 1150 meyvə ağacı əkilib.
Kəngərli rayonunda Naxçıvan-Sədərək magistral avtomobil yolunun Böyükdüz kəndi hissəsindəki 0,5 hektarlıq yeni salınmış bağda 310, rayon mərkəzindəki 0,8 hektarlıq ərazidə isə 500 meyvə, Bayraq Meydanının ətrafında 150 həmişəyaşıl ağac, bərpa məqsədilə magistral yolun Xok kəndi hissəsindəki 2 hektarlıq ərazidə 400 meyvə ağacı əkilib.
Şahbuz rayonunun Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolunun Sələsüz kəndi hissəsindəki 1,2 hektarlıq yeni salınmış bağda 1600, Sələsüz kəndindəki 1,5 hektarlıq ərazidə isə bərpa məqsədilə 400 üzüm tingi əkilib.
Sədərək rayonunun ərazisindəki 1 hektarlıq yeni salınmış bağda 1200, 3 hektarlıq ərazidə isə 1350 meyvə ağacı əkilib, yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
Xəbərlər şöbəsi