27 Dekabr 2024, Cümə

Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Regional İnkşaf” İctimai Birliyi və UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin birgə əməkdaşlığı çərçivəsində 2021-ci il noyabr ayının 18-də keçirilmişdir.


Məqsəd uşaqların müdafiəsini, mövcud problemlər və onların həlli yollarını nəzərdən keçirmək, geniş ictimaiyyətin diqqətini uşaq problemlərinə yönəltməkdir. Sayca beşinci dəfə təşkil edilən bu tədbirdə pandemiya ilə əlaqədar ölkədə tətbiq edilən karantin rejimi qaydaları nəzərə alınmaqla hibrid iştirakçılıq formasında, yəni iştirakçılardan 150-si birbaşa, 150-si isə onlayn qoşulmaqla, ümumilikdə, ölkəmizin şəhər və rayonlarını təmsil edən 300 uşaq iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikasını forumda 10 uşaq təmsil edir ki, onlardan da 2-si birbaşa, 8-i onlayn formatda tədbirə qoşulmuşdur. Forumda xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş, xüsusilə şəhid və qazi ailələrindən olan uşaqların təmsilçiliyinə daha çox önəm verilmişdir.
İki hissədən ibarət forumda birinci rəsmi hissədən sonra uşaq hüquqlarına dair filmlər nümayiş olunmuş, müxtəlif mövzular ətrafında müzakirələr aparılmış və yekunda uşaqların fikir və təkliflərini əhatə edən sənədlər qəbul olunmuşdur. Türkiyə Cümhuriyyəti ilə telekörpü yaratmaqla uşaqlar ürək sözlərini, təbriklərini bildiriblər.
Daha sonra 7 qrupdan ibarət “Uşaq hüquqları: inkşaf üçün birləşək”, “Təhsildə yeni standartlar: çağırışlar və bərabər imkanlar”, “Uşaqların internet təhlükəsizliyi”, “Sağlamlığın qorunması, sağlam həyat tərzi. Ətraf mühitin mühafizəsi”, “Asudə vaxtın səmərəli təşkili və dəyərləndirilməsi”, “Uşaqların şəxsiyyət kimi formalaşmasında ailə və cəmiyyətin rolu və məsuliyyəti”, “Vətəni sevək, ona layiq olaq” mövzularında müzakirələr təşkil edilib. İkinci hissədə qrup işləri üzrə təqdimatlar nümayiş olunub, qəbul edilmiş sənədlər, forum iştirakçılarının cənab Prezidentə müraciəti, beynəlxalq təşkilatlara ünvanlanmış Bəyanat, forumun Bəyannaməsi və Əlaqələndirmə Şurasının tərkibi səsləndirilib. Qeyd edək ki, Azərbaycan Uşaqlarının I Ümumrespublika Forumu 2009-cu ildə, II Forumu 2011-ci ildə, III Forumu 2014-cü ildə, IV Forumu 2017-ci ildə keçirilib.
Məlumat üçün bildiririk ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova da tədbirdə iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR