26 Dekabr 2024, Cümə axşamı

Peru Jurnalistləri Federasiyasının rəsmi portalında qurumun vitse-prezidenti, işğaldan azad olunmuş ərazilərimizdə səfərdə olmuş tanınmış perulu jurnalist Rikardo Sançezin Vətən müharibəsindəki qələbəmizin birinci ildönümü münasibətilə “Qarabağın Azərbaycan tərəfindən azad edilməsindən bir il ötür” başlıqlı məqaləsi dərc olunub.

Azərbaycanın Meksikadakı səfirliyindən jurnalistlərə verilən məlumata görə, yazıda ölkəmizin beynəlxalq qaydada tanınmış ərazisi olan və 1990-cı illərin əvvəlində Ermənistan tərəfindən işğal edilmiş Qarabağ bölgəsini bir il bundan öncə baş vermiş 44 günlük müharibə nəticəsində azad etdiyi bildirilir.

Sonra Ermənistanın 30 ilə yaxın işğalda saxladığı ərazilərdə heç bir quruculuq aparmadığı, əksinə burada yaşayış infrastrukturunu, habelə Azərbaycana və islam mədəniyyətinə aid abidələri, o cümlədən saray, məscid, muzey, teatr və məzarlıqları darmadağın etdiyi və bu ərazilərdə kütləvi minalama apardığı diqqətə çatdırılır.

İşğaldan azad olunmuş ərazilərə səfəri zamanı erməni vandalizmi və vəhşiliyinin canlı şahidi olduğunu bildirən müəllif Ermənistanın müharibə müddətində döyüş bölgəsindən kənarda yerləşən Azərbaycan şəhərlərini raket zərbələrinə məruz qoyduğunu, müharibə bitdikdən sonra isə tərk etdiyi ərazilərdə ekoloji terror törədərək meşələri və əkin sahələrini yandırdığını və buradakı çay sularını zəhərlədiyini qeyd edir.

Sonda Ermənistanın iki ölkə arasında sərhədlərin demarkasiyası işindən boyun qaçırdığı, habelə minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etdiyi, buna baxmayaraq Azərbaycanın bu ərazilərdə intensiv quruculuq işləri həyata keçirdiyi bildirilir və qələbəmizin ilk ildönümü münasibətilə ölkəmizə təbrik ifadə edilir.

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR