06 Dekabr 2024, Cümə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Kamil Əliyevin 100 illik yubileyinə həsr olunmuş Tədbirlər Planının təsdiq edilməsi haqqında” 2021-ci il 16 oktyabr tarixli Sərəncamının icrası ilə bağlı Naxçıvan Dövlət Xalça Muzeyində Naxçıvan Müəllimlər İnstitutunun Təsviri incəsənət müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrinə açıq dərs keçilib.
Açıq dərsi giriş sözü ilə açan muzeyin direktoru Ülviyyə Məmmədova görkəmli sənətkarın həyat və yaradıcılığı haqqında danışıb, bu sənətə bəxş etdiyi töhfələri diqqətə çatdırıb. Qeyd edilib ki, Kamil Əliyevin toxuduğu xalçalarda həm mənəvi aləm, qədim tariximiz, həm də zərif düzümlü bəzək elementləri, kalliqrafik yazılar, sonsuz və dərin rəng çalarları böyük ustalıqla təcəssüm etdirilib. Kamil Əliyev Azərbaycan xalçasını, bu sənətin inkişafda olan müasir səviyyəsini dünyanın hər yerində tanıdıb. O, Azərbaycan xalçasında tarixi yaradıb, dühalarımızı, şəxsiyyətlərimizi əbədiləşdirib.
Muzeyin baş elmi işçisi Sevinc Səbzəliyeva “Sənətin Kamil zirvəsi” mövzusunda çıxış edərək sənətkarın ömür və sənət yolları, Azərbaycan xalça sənətində yaratdığı məktəb haqqında geniş məlumat verib.
Sonda tələbələrə əyani şəkildə xalça toxunması nümayiş etdirilib və ekspozisiyaya baxış keçirilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət
Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR