17 İyun 2024, Bazar ertəsi

Noyabrın 6-da 8 Noyabr – Zəfər Gününə həsr olunmuş rəsm müsabiqəsi keçirilib.
Rəsm müsabiqəsində muxtar respublikanın məktəbdənkənar təhsil müəssisələrinin 20 dərnək üzvü iştirak edib. Müsabiqəyə 2 saat vaxt ayrılıb. Bu vaxt ərzində şagirdlər təsviri sənət janrına müraciət etməklə müsabiqənin mövzusuna uyğun rəsmlər çəkiblər. Mövzu üzrə rəsmlər A3 ölçüdə kağız üzərində sərbəst texnika ilə (karandaş, flomaster, diyircəkli və rəngli qələm, pastel, quaş, sulu boya və sair) işlənib. Seçim zamanı mövzunu əhatə edən rəsmlər nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi, ən yaxşı işıq və kölgə həlli əsas götürülüb. Yarışın nəticəsinə görə I yerə 1, II yerə 2, III yerə 3 və həvəsləndirici yerə 3 şagird layiq görülmüşdür.

Xəbərlər şöbəsi

 

 

 

ARXİV

İyun 2021
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR