27 İyul 2024, Şənbə

Naxçıvan Dövlət Universitetində “Yeni Azərbaycan Partiyası – 29: Xalqa və dövlətə xidmət nümunəsi” mövzusunda tədbir keçirilib. Tədbirdə giriş sözü ilə çıxış edən universitetin rektoru, dosent Elbrus İsayev bildirib ki, çətin bir şəraitdə yaranmış bu partiyanın çox qısa bir müddətdə əsl siyasi qüvvə kimi formalaşması, minlərlə vicdanlı və əqidə­li insanın YAP-ın sıralarında birləşməsi Heydər Əliyev fenomeninin misilsiz qüdrətindən xəbər verir. Rektor vurğulayıb ki, ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində aparılan ardıcıl və köklü islahatlar, yürüdülən daxili və xarici siyasət xalqımızın rifah halının yaxşılaşmasına, dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə zəmin yaradıb. Bildirilib ki, Heydər Əliyev siyasətinə sədaqətin, qətiyyətli və məqsədyönlü fəaliyyətin nəticəsidir ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın müzəffər Ordusu bizə qələbə sevincini yaşatdı.YAP-ın təməl prinsiplərinin formalaşmasının məhz muxtar respublikadan başlanıldığını deyən rektor diqqətə çatdırıb ki, göstərilən yüksək diqqət və qayğı hesabına YAP muxtar respublika təşkilatı bu yolda inamla irəliləyir. Vurğulanıb ki, ali təhsil ocağında da tələbə-gənc­lərin təhsili, onların intellektual inkişafı, vətənpərvərliyi, dövlətçiliyimizə sədaqət ruhunda tərbiyəsi və sağlam siyasi təfəkkürdə formalaşdırılması daim diqqətdə saxlanılır.
Tədbirdə YAP Universitet şəhərciyi ərazi ilk partiya təşkilatı İdarə Heyətinin üzvü, Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Xumar Məmmədovanın “Yeni Azərbaycan Partiyası zərurətdən yaranıb, milli tərəqqiyə xidmət edən ümumxalq partiyasıdır”, Beynəlxalq münasibətlərin tarixi və nəzəriyyəsi ixtisas üzrə II kurs magistrantı Misirxan Kazımlının “Ölkəmizin uğurlu siyasəti gəncləri müasir, yüksək intellektli aparıcı qüvvə kimi formalaşdırıb” adlı çıxışları dinlənilib.
Sonra tələbələrə partiya üzvlüyünə qəbul edilmə vəsiqələri təqdim olunub, YAP-ın 29 illik fəaliyyətini özündə əks etdirən “Dünənin, bu günün və gələcəyin partiyası” adlı sənədli film nümayiş etdirilib.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və
ictimaiyyətlə əlaqələr bölməsi

 

 

 

ARXİV

İyul 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR