27 İyul 2024, Şənbə

Naxçıvan Qarnizonu tam orta məktəbində qan yaddaşımızla bağlı tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilir. Müzəffər Azərbaycan Ordusunun erməni vandalizmi üzərində çaldığı parlaq zəfərdən bir il ötür. Bu məqsədlə Naxçıvan Qarnizonu Təlim Tədris Mərkəzində “Şanlı zəfər tarixi” mövzusunda tədbir keçirilib.


Tədbirin keçirilməsində əsas məqsəd İkinci Qarabağ savaşında xüsusi qəhrəmanlıqlar göstərmiş Azərbaycan Ordusunun döyüş təcrübəsindən fraqmentlər nümayiş etdirməklə, müzəffər Ordumuzun dünyanı döyüş təcrübəsi, Vətənə, torpağa, yurda, soykökünə bağlılığı ilə heyrətə gətirən qəhrəmanlarını tanıtmaq, onların parlaq zəfər yolu haqqında şagirdləri məlumatlandırmaq, onlarda vətənpərvərlik tərbiyəsini, vətənpərvərlik ruhunu inkişaf etdirməkdən ibarətdir.
Tədbirdə İkinci Qarabağ müharibəsinin iştirakçıları baş leytenant Babayev Fariz Əlibaba oğlu, müddətdən artıq hərbi xidmət hərbi qulluqçuları, əsgərlər – Dünyamalıyev Uğur Müşfiq oğlu, Cəfərov Afiyəddin Cəmaləddin oğlu və Həsənov Tağı Pənah oğlu iştirak ediblər.
Baş leytenant Fariz Babayev çıxış edərək şahidi olduğu döyüş səhnələri ilə bağlı təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb. Milli Qəhrəman Yusif Mirzəyevin, Aprel döyüşləri və İkinci Qarabağ müharibəsi şəhidlərindən bir neçəsinin ailə üzvləri tədbirdə iştirak ediblər.
Tədbirdə İkinci Qarabağ savaşının real müharibə döyüşlərindən, Zəfər paradından, Hərbi Qənimətlər Parkından, “Sarsılmaz qardaşlıq-2021” təlimlərindən, “Xarıbülbül” festivalından hissələr şagirdlərə videoçarx şəklində göstərilib.
Məktəbin VIII-IX-X-XI sinif şagirdlərinin şəhidlər haqqında hazırladıqları kompozisiya nümayiş etdirilib, vətənpərvərlik haqqında şeir və mahnılar ifa edilib.

Ulduz Eyvazova
Naxçıvan Qarnizonu tam orta məktəbinin tarix müəllimi

 

 

 

ARXİV

İyul 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR