06 Dekabr 2024, Cümə

Muxtar respublikada fəaliyyət göstərən istehsal müəssisələrində müasir texnologiyalardan istifadə, istehsal edilən məhsulların daxili və xarici bazarlarda rəqabətədavamlı olması, eyni zamanda xidmət sahələrində yüksəkkeyfiyyətli xidmətlərin təşkili üçün müasir keyfiyyət standartlarının tətbiqi davamlı təşviq olunur. Bu istiqamətdə həyata keçirilən tədbirlər oktyabr ayında da davam etdirilmiş, məhsul göstəricilərinin standartlara uyğunluğu diqqətdə saxlanılmışdır. Ötən ay, ümumilikdə, məhsulların 56, o cümlədən qida məhsullarının 50 halda keyfiyyət göstəriciləri üzrə laboratoriya sınağı aparılmış və bu istiqamətdə nöqsan aşkar edilməmişdir.


Bal və digər arıçılıq məhsulları gəlirliliyinə və faydalılığına görə aqrar sahədə mühüm yer tutur. Naxçıvanda bu sahənin davamlı inkişafı məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Baytarlıq Xidmətinin, Dövlət Sığorta Xidməti publik hüquqi şəxsin və “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyinin nümayəndələri ilə birlikdə ötən ay Kəngərli rayonunun Çalxanqala kəndində arıçılıq məhsulları istehsalçıları ilə maarifləndirici görüşlər keçirilmiş, arıçılıq məhsullarının 3 halda laboratoriya analizi aparılmış, nəticələrin standartlara uyğunluğu müəyyən edilmiş, müvafiq standart üzrə bal məhsulunun tərkibində saxarozanın və nəmliyin yolverilən həddinə dair məlumatlar və protokollar ailə təsərrüfatlarına çatdırılmışdır.

Muxtar respublikada bütün istiqamətlər üzrə kənd təsərrüfatının inkişafına ardıcıl dövlət dəstəyi göstərilməkdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 29 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı”nın icrasına uyğun olaraq emal edilmiş kənd təsərrüfatı məhsullarının 18 halda keyfiyyət göstəriciləri üzrə laboratoriya analizləri aparılmış, nəticələrin standartlara uyğunluğu müəyyənləşdirilmişdir. “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində meyvə-tərəvəz məhsullarının hesabat dövründə 11 halda keyfiyyət göstəriciləri üzrə laboratoriya sınağı aparılmış, nəticələrin standartlara uyğunluğu müəyyən olunmuşdur.
Ötən ay muxtar respublika üzrə 5 ailə təsərrüfatına istehsal etdiyi məhsulların etiketlərində məhsulun adının və digər məlumatların orfoqrafik qaydalara uyğun yazılmasını, saxlanma şəraitinin və yararlılıq müddətinin qüvvədə olan standartların tələblərinə uyğun göstərilməsini təmin etmək məqsədilə metodik köməklik göstərilmişdir. Ailə təsərrüfatı məhsullarının keyfiyyətinə nəzarətin aparılması üçün ay ərzində İqtisadiyyat Nazirliyinin əməkdaşları ilə birgə məhsullardan 11 halda nümunələr seçilərək laboratoriyaya təqdim olunmuş, sınaqların nəticələrinin standartlara uyğunluğu müəyyən edilmişdir.
Xarici bazarlara çıxış imkanlarının artırılması xüsusilə diqqət mərkəzindədir. Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında xarici bazarlara çıxış imkanına malik məhsul istehsalına diqqətin artırılması, qarşıdakı dövrdə bu imkanların bir daha araşdırılması, ixracın coğrafiyasının genişləndirilməsi üçün verilmiş tapşırıqların, “Naxçıvan Muxtar Respublikasında ixrac potensialının və ixraca dövlət dəstəyinin artırılması ilə bağlı Tədbirlər Planı”nın icrası istiqamətində muxtar respublikadan kənara məhsulların göndərilməsi və satışı üzrə fəaliyyət çərçivəsində sahibkarlıq subyektlərinin və ailə təsərrüfatlarının iqtisadi aktivliyi ardıcıl qaydada dəstəklənmiş, digər bölgələrimizdə fəaliyyət göstərən “Naxçıvan məhsulları” mağazalar şəbəkəsinə tələbata uyğun olaraq davamlı qaydada məhsulların göndərilməsi təmin edilmişdir.
Muxtar respublikada istehsal olunan alkoqollu içkilərin keyfiyyətinin diqqətdə saxlanılması üçün 2 müəssisədə istehsal olunan pivənin 1, məhsul istehsalında istifadə olunan suyun 1 halda laboratoriya analizləri aparılaraq keyfiyyət göstəricilərinin standartlara uyğunluğu müəyyənləşdirilmişdir.
Hesabat ayında Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birgə, ümumilikdə, 3247 qaz cihazına baxış keçirilmiş və müvafiq təhlükəsizlik sistemi ilə təmin olunmayan 21 qaz cihazının idxalına icazə verilməmişdir.
Muxtar respublikada keyfiyyət infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilməkdədir.

Naxçıvan Muxtar Respublikası
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR