27 İyul 2024, Şənbə

Noyabr ayının 20-də muxtar respublikada keçirilmiş iməciliklərdə 12 min 297 meşə, meyvə ağacı, gül və bəzək, üzüm kolları əkilib.


Naxçıvan şəhərində Duzdağ Fizioterapiya Mərkəzinə gedən yolun kənarındakı 1,7 hektarlıq yeni bağda 1500 üzüm tingi, 350 meyvə, 100 həmişəyaşıl ağac, dairəvi avtomobil yolunun kənarlarındakı 1,1 hektarlıq ərazidə bərpa məqsədilə 100 meyvə, 220 meşə, digər ərazilərdə isə, ümumilikdə, 40 meyvə, 146 meşə, 81 həmişəyaşıl ağac və 300 üzüm tingi əkilib, ahıl vətəndaşın evində təmizlik işləri aparılıb. Şərur rayonunun Xanlıqlar kəndindən keçən avtomobil yolunun kənarlarındakı yaşıllıq zolağına 400 meyvə və 400 meşə ağacı, Çərçiboğan kəndindəki yeni tikilən sosial obyektlərin ətrafındakı 0,2 hektarlıq ərazidə isə 150 meyvə ağacı əkilib.
Həmin gün Babək rayonunun Yarımca kəndinə gedən yolun kənarlarındakı 1 hektarlıq yeni salınmış bağda 920 meyvə ağacı əkilib. Ordubad rayon ərazisindəki 0,3 hektarlıq yeni salınan bağda 200 meyvə magistral yolun kənarlarındakı 4 hektarlıq ərazidə isə bərpa məqsədilə, ümumilikdə, 1020 meyvə ağacı əkilib, suvarma işləri aparılıb. Culfa rayonunda Darıdağ Arsenli Su Müalicəxanasına gedən yolun kənarlarında 1,2 hektarlıq ərazidə 600 meşə ağacı, digər ərazilərdə isə bərpa məqsədilə, ümumilikdə, 3,5 hektarlıq ərazidə 700 meyvə ağacı əkilib.
Kəngərli rayonunun Çalxanqala kəndinə gedən yolun kənarlarındakı 5,5 hektarlıq ərazidə bərpa məqsədilə, ümumilikdə, 1020 meyvə və 650 meşə ağacı, Şahbuz rayonunun Kiçikoba kəndindəki 1 hektarlıq yeni salınmış bağda 1300 üzüm tingi, Sədərək rayonunun ərazisindəki 4 hektarlıq ərazidə bərpa məqsədilə, ümumilikdə, 2100 meyvə ağacı əkilib.
Qeyd edək ki, noyabrın 20-də keçirilən iməciliklərdə yaşıllıqlara aqrotexniki qulluğun göstərilməsi də diqqətdə saxlanılıb.

Xəbərlər şöbəsi

 

 

 

ARXİV

İyul 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR