06 Dekabr 2024, Cümə

Şahbuz rayonunda 2020-2021-ci tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinin müzakirəsi keçirilib.


Tədbirdə çıxış edən Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev təhsilin inkişafına göstərilən dövlət qayğısından, Şahbuz rayonunda da bu istiqamətdə görülən tədbirlərin ali və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında abituriyentlərin yüksək nəticələr əldə etmələrinə stimul verməsindən bəhs edib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov vurğulayıb ki, Şahbuz Rayon Təhsil Şöbəsinin tabeliyində 23 tam orta məktəb, 5 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Hazırda ümumtəhsil məktəblərində 413 sinifdə 2 min 120 şagird təhsil alır ki, onların da təlim-tərbiyəsi ilə 641 müəllim məşğul olur. Çıxışda təhsilə göstərilən dövlət qayğısı sayəsində rayonun bütün ümumtəhsil müəssisələrinin infrastrukturunun yenilənməsi haqqında məlumat verilib.
Nazir qeyd edib ki, Şahbuz Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin 2020-2021-ci tədris ili üzrə 144 məzunundan 137-si və ya məzunların 95,1 faizi ali və orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş, imtahanda iştirak edənlərdən 110-u və ya 80,3 faizi ali və orta ixtisas təhsili müəssisəsinə qəbul olmuşdur. 21 məzun imtahanlarda 500-700 bal arası nəticə göstərmiş, onlardan 1-i “Qızıl”, 2-si “Gümüş” nişana, 3-ü isə fərqlənmə attestatına layiq görülmüşdür.
Təhsil naziri Şahbuz rayonunun 2020-2021-ci tədris ili üzrə qəbul nəticələrinin muxtar respublika orta göstəricisindən yüksək olduğunu bildirib, qeyd edib ki, Şahbuz şəhər 2 nömrəli, Ağbulaq, Ayrınc, Daylaqlı, Güney Qışlaq, Kolanı, Mahmudoba, Nursu, Qızıl Qışlaq, Sələsüz və Şada kənd tam orta məktəblərinin məzunlarının hamısı ali və orta ixtisas təhsili müəssisəslərinə qəbul olmuşdur. Bununla yanaşı, Kükü kənd tam orta məktəbi 89 faiz, Badamlı qəsəbə tam orta məktəbi 80 faiz, Yuxarı Qışlaq kənd tam orta məktəbi 75 faiz, Şahbuz şəhər 1 nömrəli tam orta məktəb 73,3 faizlə qəbulda ən yaxşı nəticə göstərən məktəblər olmuşdur. Nazir rayonda fəaliyyət göstərən 23 məktəbdən 15 məktəbin nəticəsinin yaxşı olduğunu bildirib, həmin məktəblərin kollektivlərinə təşəkkür edib. Bununla yanaşı, 2020-2021-ci tədris ili üzrə Biçənək, Badamlı kənd, Şahbuzkənd və Türkeş kənd tam orta məktəblərinin nəticələrinin zəif olduğu diqqətə çatdırılıb, cari tədris ilində fəaliyyətin gücləndirilməsi ilə bağlı tapşırıqlar verilib.
Sonda Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən ötən tədris ilində keçirilən qəbul imtahanlarında ən yüksək nəticə göstərən Şahbuz şəhər 2 nömrəli, Ağbulaq, Ayrınc, Daylaqlı, Güney Qışlaq, Kolanı, Mahmudoba, Nursu, Qızıl Qışlaq, Sələsüz, Şada, Şahbuz şəhər 1 nömrəli, Badamlı qəsəbə, Kükü və Yuxarı Qışlaq kənd tam orta məktəblərinə diplomlar təqdim edilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR