06 Dekabr 2024, Cümə

         Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxsin Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin təşkilatçılığı ilə noyabrın 19-da “Şagird-məzun” dövlət elektron məlumat sistemi üzrə təlimatla bağlı keçirilən seminarda  Naxçıvan, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz, və Sədərək rayon təhsil şöbələrinin və təhsil müəssisələrinin  əlaqələndiriciləri iştirak etmişlər.  

           Seminarda Regional Bölmənin rəhbəri Sabir Məmmədov 2022-ci ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların buraxılış imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli və “Nəzarətçilərin elektron qeydiyyatı” sistemindən istifadə qaydaları haqqında məlumat verib.

          Qeyd edilib ki, test imtahanlarına muxtar respublikanın ümumtəhsil müəssisələrindən cəlb olunan müəllimlərdən ibarət zal nəzarətçiləri bazası formalaşdırılır. Nəzarətçilər bazasının formalaşdırılması işinin sürətləndirilməsi və səmərəliliyinin artırılması məqsədi ilə 2014-cü ilin noyabr ayından “Nəzarətçilərin elektron qeydiyyatı” sistemindən istifadə edilir. Belə ki, bu sistem vasitəsilə nəzarətçilərin qeydiyyatı elektron üsulla aparılır.        

Nazirliyin Sektor müdiri Məmməd Bayramov isə “Şagird-məzun” sisteminin əhəmiyyəti, bu sahədə həyata keçirilən yeniliklər, yekun qiymətləndirmənin nəticələrinin sistemə işlənməsi haqqında məlumat verib.

Vurğulanıb ki, “Şagird-məzun” informasiya sistemləri məlumat bazasında Şəhər və Rayon Təhsil şöbələrinin müdirləri, ümumtəhsil müəssisələrinin rəhbərləri, əlaqələndiriciləri və şagirdləri haqqında məlumatlar öz əksini tapıb.

Sonra sektor müdiri seminar iştirakçılarına 2021-2022-ci tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların, buraxılış sinfində təhsil alan bütün şagirdlər barədə zəruri məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi ilə bağlı müvafiq qaydaları izah edib.            

        Seminarda regional Bölmənin əməkdaşı Səməndər Nəsirov “Şagird-məzun” informasiya sistemində yaradılmış yeni imkanlar və “Nəzarətçilərin elektron qeydiyyatı” sistemindən istifadə qaydaları ilə bağlı müzakirələr aparılıb. Seminarda “Şagird-məzun” dövlət elektron məlumat sistemindən istifadə qaydaları, DİM-in ümumtəhsil müəssisələri üzrə təqvim planına uyğun olaraq görüləcək işlər, qarşıda duran vəzifələr, tətbiq olunan yeniliklər və s. məsələlər barədə geniş məlumat verilmiş və iştirakçıların suallarına ətraflı cavab verilmişdir.

Seminarın sonunda “Şagird-məzun” informasiya sistemi ilə bağlı istifadəçi təlimatı seminar iştirakçılarına təqdim edildi.

 

                                                   Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR