07 Dekabr 2024, Şənbə

Naxçıvan Şəhər Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəbləri üzrə 2020-2021-ci tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri müzakirə edilib
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, muxtar respublikada təhsilin inkişafına hərtərəfli diqqət və qayğı göstərilir, bu sahədə ardıcıl tədbirlər həyata keçirilir, infrastruktur yenilənir. Təhsilin səviyyəsinin yüksəldilməsi məqsədilə müstəqillik illərində muxtar respublikanın şəhər, rayon və kəndlərində 200-dən çox təhsil müəssisəsi üçün yeni tədris korpusları tikilib istifadəyə verilib. Hazırda 8 təhsil müəssisəsində binaların tikintisi və ya yenidən qurulması davam etdirilir. Qeyd olunub ki, uğurlu təhsil siyasətinin nəticəsidir ki, ötən il ali məktəblərə qəbulda muxtar respublikanın 109 məktəbinin məzunları 500-700 arası nəticə göstərmişdirsə, cari tədris ilində bu nəticəni göstərən məktəblərin sayı 4,6 faiz artaraq 114-ə çatmışdır. Yüksək nəticə göstərən məktəblərin 83-ü kənd, 31-i isə şəhər məktəblərinin payına düşür. Bununla yanaşı, 33 ümumtəhsil məktəbinin məzunlarının hamısı tələbə adını qazanmışdır.


Ümumilikdə, ali məktəblərə qəbul olanların 1117-si, yəni 75 faizi muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil almağa üstünlük vermişlər.
Naxçıvan Şəhər Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəbləri üzrə 2020-2021-ci tədris ili üzrə məzun sayı 604 olmuşdur.
Məzunlardan 532-si ali təhsil müəssisəsinə, 37-si orta ixtisas təhsili müəssisəsinə olmaqla, ümumilikdə, 569-u ali və orta ixtisas təhsili müəssisələrinə sənəd vermişdir. Bu da ümumi məzun sayının 94,2 faizini təşkil edir.
İmtahanda iştirak edənlərdən 358-i ali təhsil, 6-sı ali hərbi və xüsusi təyinatlı məktəbə, 52-si orta ixtisas təhsili müəssisəsinə olmaqla, ümumilikdə, 416 nəfəri və ya 73,1 faizi ali və orta ixtisas təhsili müəssisəsinə qəbul olmuşdur. Bu da muxtar respublika orta göstəricisindən yüksəkdir.
Naxçıvan şəhər ümumtəhsil məktəblərindən 57 nəfər məzun 500-700 bal intervalında nəticə göstərmişdir. Bunlardan 9-u “Qızıl”, 2-i “Gümüş” nişana, 11-i fərqlənmə attestatına layiq görülmüşdür.
Qeyd olunub ki, yaradılan şəraitin nəticəsində muxtar respublikada təhsilin dövlət qayğısı ilə əhatə edilməsi əldə olunan uğurlu nəticələrin gələcək illərdə də davamlı xarakter alacağını şərtləndirir.
İclasda Naxçıvan Şəhər Təhsil Şöbəsinin əhatə etdiyi 17 ümumtəhsil məktəbinin fəaliyyəti müzakirə olunub, 2021-2022-ci tədris ilində qarışıya qoyulan vəzifələr təhlil edilib.
Sonda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 2020-2021-ci tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında Naxçıvan Şəhər Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəbləri arasında fərqlənən məktəblərə diplomlar təqdim edilib.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR