30 Aprel 2024, Çərşənbə axşamı

Bakı Ali Neft Məktəbinin ev sahibliyi etdiyi Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən Erasmus+ KA2 proqramı çərçivəsində “Azərbaycanda rektorlar konfransının yaradılması” (ECAR) layihəsinin monitorinqi aparılıb. Görüşdə layihənin koordinatoru və Erasmus+ Milli Ofisindən nümayəndələrlə yanaşı, layihədə tərəfdaş olan Azərbaycan universitetlərindən rektorlar və prorektorlar da iştirak ediblər.


Görüşdə “Naxçıvan” Universitetinin də partnyor olduğu bu layihənin adıçəkilən seminarında universitetin rektoru Nurlana Əliyeva və Tədris və tərbiyə işləri üzrə prorektoru Hüseyn Bağırsoylu iştirak ediblər. Monitorinq zamanı layihənin WP1 (İş Paketi1) üzrə görülmüş işlərin nəticələri geniş müzakirə olunub, bununla bağlı hazırlanan content analiz seminarda iştirak edən Azərbaycan universitetlərinin rektorlarına təqdim edilib. Daha sonra prorektorlar ilə diskussiya aparılıb.
Qeyd edək ki, “Naxçıvan” Universitetinin tərəfdaşı olduğu Erasmus+ ECAR layihəsi menecerlərinin Bakı Biznes Universitetində dəyirmi masa arxasında görüşü keçirilib. Bakı Biznes Universitetinin koordinatoru olduğu bu layihənin görüşündə “Naxçıvan” Universiteti də daxil olmaqla ölkənin ali məktəblərindən olan 15 tərəfdaş universitetin nümayəndələri və avropalı tərəfdaşlar iştirak edib.

“Naxçıvan” Universitetinin mətbuat xidməti

 

 

 

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR