07 May 2024, Çərşənbə axşamı

Naxçıvan Beynəlxalq Hava Limanında 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıqlarla bağlı ayrı-ayrı xidmət sahələrində qrafik üzrə nəzərdə tutulan bütün işlər başa çatdırılıb. Belə ki, qış mövsümündə hava gəmilərinin təhlükəsiz enib-qalxmasını təmin etmək məqsədilə xüsusi avtonəqliyyat vasitələri tam saz vəziyyətə gətirilib, texniki heyətlə məşğələlər keçirilib və uçuş-enmə zolağı, dönmə yollarının, perron ərazisinin qardan təmizlənmə proseduru işlənib hazırlanıb.


Hava limanının aerodrom təminatı xidmətinin rəisi Həmzə Həmzəli bildirib ki, 1 “Volvo”, l “Man”, 2 “Mercedes” markalı qartəmizləyən, 1 “Supra” markalı qaratan və l “Damman” markalı buz əleyhinə mayesəpən avtonəqliyyat vasitələri imkan verir ki, istənilən qarlı hava şəraitində uçuş-enmə zolağı, dönmə yolları və perron ərazisini qardan və buzlaşmadan təmizləyək. Tam saz vəziyyətə gətirilmiş “ISUZU” və “Qlobal” markalı maşınlar isə hava gəmilərinin buzlaşmasına qarşı emalı üçün nəzərdə tutulub. Bütün bunlar isə Naxçıvan Beynəlxalq Hava Limanının soyuq qış mövsümündə də fasiləsiz fəaliyyət göstərməsinə imkan verir.
Xatırladaq ki, avqustun 28-də Naxçıvan Muxtar Respublikasında 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Naxçıvan Beynəlxalq Hava Limanına da müvafiq tapşırıqlar verilibdir.
Onu da qeyd edək ki, hava limanında sakinlərin və muxtar respublikaya gələn qonaqların rahatlığı üçün taksi xidməti də müasir tələblər səviyyəsində qurulub. Naxçıvan Beynəlxalq Hava Limanının tabeliyində yeni yaradılan “Aeroport Taksi” Məhdud Məsuliyyətli Cəmiyyəti bu istiqamətdə göstərilən xidmətin səviyyəsini daha da yüksəldib. Bu taksi xidməti 3 “Naz Lifan”, 2 “Fiat Doblo” markalı avtomobil olmaqla, ümumilikdə, 5 ədəd taksi ilə təmin edilib. Xüsusi geyim forması və loqosu ilə sərnişinlərə xidmət edəcək taksilər onların rahatlığı və tez mənzilbaşına çatması üçün hər cür şəraitlə təmin olunub. Gələcəkdə taksi xidmətinin genişləndirilməsi nəzərdə tutulur.

Səbuhi HƏSƏNOV

 

 

 

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR