06 Dekabr 2024, Cümə

Naxçıvan Müəllimlər İnstitutunda İnnovasiya laboratoriyasının təşkilatçılığı ilə “Startap layihələri innovativ gələcəyin təməlidir” mövzusunda maarifləndirici seminar keçirilmiş və tələbələrin yeni layihələrinin təqdimatı olmuşdur.


Seminarı giriş sözü ilə laboratoriyanın mütəxəssisi Səminə Rüstəmova açaraq startap layihələrinin müasir dövrümüzdə mahiyyəti və əhəmiyyətindən, bu layihələrin elmin, iqtisadiyyatın inkişafındakı rolundan danışmış, tələbələrin startapla bağlı layihələrin, təqdimatların təşkilində fəal olmalarının zəruriliyini vurğulaşmışdır.
Sonra institutun Təbiət və incəsənət fakültəsinin IV kurs tələbəsi Rüfət Hacıyevin təqdimatında startap layihələri, onların necə tərtib olunması,təqdimatların hazırlanması istiqamətində maarifləndirici məlumat dinlənilmiş və startapçı tələbələr Bəhriyyə Əhmədova, Aysun Nağdəliyeva, Gülcan Əlizadə, Abutalıb Ağa Kəngərli öz layihələrini təqdim etmişlər.
Seminarda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

Naxçıvan Müəllimlər İnstitutunun
mətbuat və ictimaiyyətlə əlaqələr xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR