06 Dekabr 2024, Cümə

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən vətəndaşların pensiya təminatının təkmilləşdirilməsi və pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə mütəmadi olaraq tədbirlər görülür. Fond ötən ay ərzində qarşıya qoyulmuş tapşırıqları yerinə yetirmiş, pensiya və məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin qanunvericiliyə uyğun təyin edilməsi və vaxtında maliyyələşdirilməsi üçün müvafiq işlər həyata keçirmişdir. Tələb olunan 15 milyon 129 min manat vəsait pensiyaçıların plastik bankomat kart hesablarına köçürülmüş və ya yerlərdə poçt bölmələri vasitəsilə pensiyaçılara çatdırılmışdır. Məcburi dövlət sosial sığorta ödəmələri almaq hüququ olan şəxslərin də şəxsi hesablarına və ya poçt ünvanına müavinət ödənilməsi üçün 335 min manat vəsait köçürülmüşdür.


Vətəndaşlara pensiyaların qanunvericilikdə nəzərdə tutulmuş qaydada təyinatı üçün müvafiq işlər görülmüş, 68-i yaşa, 20-si sağlamlıq imkanları məhdudluğa, 19-u ailə başçısını itirməyə görə olmaqla, ümumilikdə, 107 nəfərə əmək pensiyası təyin olunmuşdur. Onların 84-ü kişi, 23-ü isə qadındır. Eyni zamanda fərdi uçot sistemi sahəsində də işlər davam etdirilmiş, ilk dəfə əmək fəaliyyətinə başlayan 411 sığortaolunana fərdi şəxsi hesablar açılmışdır.
İqtisadi sahədə inkişafın təmin olunması fondun büdcəsində nəzərdə tutulan daxilolmaların da həcminə müsbət təsir göstərmişdir. Ötən ay müvafiq orqan tərəfindən məcburi dövlət sosial sığorta haqlarının toplanması üzrə fondun xəzinə hesabına 9 milyon 309 min 400 manat vəsait daxil olmuşdur. Pensiya və müavinətlərin ödənişinə ayrılan vəsaitin 60,2 faizi məcburi dövlət sosial sığortahaqqı şəklində muxtar respublikada yığılmışdır. Müvafiq dövr ərzində 4 hüquqi və 180 fiziki şəxs məcburi dövlət sosial sığorta ödəyicisi kimi uçota alınmışdır.
Muxtar respublikada bütün pensiyaçıların pensiyalarını plastik kartlarla bankomatlar vasitəsilə alması üçün hər cür şərait yaradılmışdır. Pensiyaçılar plastik kartlar vasitəsilə pensiyalarını vəsait hesaba köçürüldükdən dərhal sonra bankomatlardan almaq imkanına malikdirlər. Eyni zamanda muxtar respublikanın kəndlərində yaşayan pensiyaçılar rayon mərkəzinə getmədən pensiyalarını yerlərdəki poçt bölmələrindən asanlıqla ala bilirlər. Ötən ay istəklərinə uyğun olaraq kənd yerlərində yaşayan 636 pensiyaçının pensiyası poçt bölmələri vasitəsilə ödənilmişdir.

Naxçıvan Muxtar Respublikası Dövlət
Sosial Müdafiə Fondunun mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR